Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3836/2022 22.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X2 Səfiyeva İddiaçı X1 Cavabdeh qarşı avtomobilin saxlanılaraq duracağa qoyulması tələbinə dair iddia ərizəsinə 22 iyun 2022-ci il tarixdə, Xırdalan şəhərində,Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ M: İddiaçı X3 Cavabdeh qarşı avtomobilin saxlanılaraq duracağa qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia ərizəsində Cavabdeh qeydiyyat ünvanının Şərur rayon, Mühmudkənd, faktiki ünvanının ünvan 2amanda iş materiallarına əlavə olunmuş Abşeron RİHB-nın Mehdiabad qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Musayev X4 rayonu, Mehdiabad qəsəbəsi, He=üseyn Arif küçəsində qeydiyyatsız yaşayır. İddia ərizəsini və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyat qaydalarına əsasən düzgün verilmədiyindən MPM-nin 152.1.3-cü maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi cavabdeh Musayev X4 rayonu ərazisində qeydiyyatda deyildir. Bundan əlavə, iddiaçı iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsi qanunla müəyyən edilmiş forma və məzmunda tərtib edilməmişdir. Belə ki, iddia ərizəsinin xahiş etdi hissəsində iddiaçı avtomobilin saxlanılaraq duracağa qoyulmasını məhkəmədən xahiş edir, cavabdehə qarşı isə hər hansı tələbi yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya hazırkı iddia ərizəsi ilə cavabdehin rəsmi qeydiyyatda olduğu müvafiq yerin məhkəməsinə müraciət etməsi izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263, 264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı X3 Cavabdeh qarşı avtomobilin saxlanılaraq duracağa qoyulması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırılmaqla hazırkı iddia ərizəsi ilə cavabdehin rəsmi qeydiyyatda olduğu müvafiq yerin məhkəməsinə müraciət etməsi izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3836/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3836/2022
22.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver