Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3839/2021 23.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 04.11.1965-ci il təvəllüdlü X2 08.03.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 13-cü küçədə yerləşən fərdi yaşayış evində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 13-cü küçədə yerləşən fərdi yaşayış evində yaşamış həyat yoldaşı 04.11.1965-ci il təvəllüdlü X4 08.03.2021-ci il tarixdə onların faktiki yaşadıqları həmin ünvanda vəfat etmişdir. Belə ki, sözügedən ünvanda 08.03.2021-ci il tarixdə həyat yoldaşı X2 halı qəflətən pisləşmiş, o da öz növbəsində Təcili və X3 Stansiyasına müraciət etmişdir. Evə həkim briqadası gəlmiş, gələn həkimlər Firuzə Məmmədovanın artıq vəfat etdiyini bildirmiş və Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən ona xəbərdarlıq vərəqəsi verilmişdir. Həmin xəbərdarlıq vərəqəsi əsasında o, Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən ona 503 nömrəli, 13.04.2021-ci il tarixli cavab məktubu göndərilmiş və ölümün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə həyat yoldaşının adına ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi bildirilmişdir. O, bundan sonra Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs tərəfindən ona 15.04.2021-ci il tarixli imtina məktubu verilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşı, X4 onun qardaşının yoldaşıdır. Qardaşı arvadının halı qəflətən işdə olan günü pisləşmişdir. Firuzə Məmmədovanın təzyiqi qalxmış, infarkt keçirmiş, 08.03.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumə 08.03.2021-ci il tarixdə dəfn olunmuşdur. Dəfn mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Ərizəçi və onun həyat yoldaşı mərhumə X4 ilə qonşu olmuş və uzun illər mehriban qonşuluq münasibətində yaşamışdır. Bu səbəbdən ona mərhumə X2 08.03.2021-ci il tarixdə vəfat etməsi, 08.03.2021-ci il tarixdə dəfn olunması bəllidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, uzun müddətdir ki, Ərizəçi ilə qonşudur. Bu səbəbdən bilir ki, ərizəçinin həyat yoldaşı olmuş mərhumə X4 08.03.2021-ci il tarixdə ölmüş, 08.03.2021-ci il tarixdə dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Abşeron Rayon Mərkəzi Xəstəxanası Təcili və X3 Stansiyası tərəfindən verilmiş 08.03.2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 00:20 radələrində Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 13-cü küçə ünvanında yaşayan X2 adına çağırış daxil olmuş, həkim gələnə qədər qadın cinsində meyid aşkar edilmiş, üzərində zorakılıq əlaməti, meyid ləkələri aşkar edilməmiş və Covid-19 virusuna görə yaxma götürülmüşdür. - 03.08.1992-ci il tarixli Vİ-ЖГ № 269200 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi ilə X9 03.08.1992-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı 15.04.2021-ci il tarixli 05/Q-496/15 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə X14 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 11.04.2021-ci il tarixli 503 saylı məktubdan görünür ki, Ərizəçi 05.04.2021-ci il tarixli, həyat yoldaşı X2 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. F.Məmmədovanın ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotodan görünür ki, X4 dəfn olunmuşdur. - 4 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 19.04.2021-ci il tarixli 1378 saylı arayışdan görünür ki, mərhumə X4 08.03.2021-ci il tarixdə ölmüş, ölən günədək Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 13-cü küçə ünvanında yerləşən yaşamışdır. - Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsi tərəfindən verilmiş 05.04.2021-ci il tarixli 539/01 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən də həyat yoldaşı mərhumə X4 08.03.2021-ci il tarixdə Xocasən Bələdiyyəsinin inzibati ərazisində yerləşən Sulutəpə qəbiristanlığında dəfn edilmişdir. Dəfn xərcini həyat yoldaşı Ərizəçi çəkmişdir. -19.04.2016-cı il tarixli AZE 15780843 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 rayonu, Maarif kəndində qeydiyyatda olmuşdur. - 31.05.2021-ci il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Gədəbəy rayonu Gödəkdərə kəndində anadan olmuş Ərizəçi Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 13-cü küçə 56 saylı evdə qeydiyyatda olmaqla bu qeydiyyat 31.05.2022-ci il tarixindək qüvvədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X4 ərizəçinin həyat yoldaşı olmuş, sonuncu 08.03.2021-ci il tarixdə ev şəraitində vəfat etmiş və X2 ölüm faktı, ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər ifadələrində X2 08.03.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 13-cü küçə ünvanında yerləşən fərdi yaşayış evində vəfat etməsini təsdiq etmişlər. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi həyat yoldaşının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin həyat yoldaşı X4 08.03.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 13-cü küçə ünvanında yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 04.11.1965-ci il tarixdə Gədəbəy rayonu Maarif kəndində anadan olmuş X2 08.03.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04.11.1965-ci il tarixdə Gədəbəy rayonu Maarif kəndində anadan olmuş X2 08.03.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3839/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3839/2021
23.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver