Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3840/2025 29.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun oğlu - xx.xx.1988-ci il təvəllüdlü X5 xx.xx.1989-cu il tarixdə Abşeron rayonunda və qızı - xx.xx.1994-cü il təvəllüdlü X3 xx.xx.1994-cü il tarixdə Abşeron rayonunda ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1988-ci il təvəllüdlü X5 xx.xx.1989-cu il tarixdə Abşeron rayonunda və qızı - xx.xx.1994-cü il təvəllüdlü X3 xx.xx.1994-cü il tarixdə Abşeron rayonunda ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onun əsaslandırmışdır ki, onunla xx.xx.1964-cü il təvəllüdlü X8 xx.xx.1987-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə Şamaxı rayon Hacılı kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 sayla qeyd edilmişdir. Onların birgə nikahdan xx.xx.1988-ci il təvəllüdlü X9 və xx.xx.1994-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. xx.xx.1988-ci il təvəllüdlü X5 doğumu barədə Azərbaycan SSR Şamaxı rayon Hacılı kənd soveti tərəfindən Xİİİ-İQ seriyalı, 331755 nömrəli doğum haqqında şəhadətnamə verilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixində 39 sayla qeyd edilmişdir. Onun qızı Sevinc Məmmədova doğulduqdan sonra onun doğumu Maraqlı şəxs tərəfindən qeydə alınmış və bu barədə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin sonradan o, qızı Sevinc Məmmədovaya verilmiş həmin şəhadətnaməni itirmişdir. Ona görə də xx.xx.2025-ci il tarixli, 163 saylı sorğu ilə Maraqlı şəxsnə müraciət edərək, Abşeron rayonunda doğulmuş xx.xx.1994-cü il təvəllüdlü X3 adına verilmiş doğum haqqında şəhadətnamənin təkrarı və ya onun doğumu haqqında akt qeydləri kitabından çıxarışın (arayışın) təqdim edilməsini xahiş etmişdir. Həmin sorğuya Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-165/7-16-1387/2025 saylı məktubu ilə cavab verilmiş, cavab məktubunda sorğuya şöbədə baxıldığı, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktı qeydi tərtib olunmuş şəxslərin özlərinə verildiyi, şəhadətnamələrin notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə biləcəyi, S.Məmmədovaya məxsus ölüm haqqında akt qeydinin vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış informasiya sistemində aşkar edilmədiyi üçün şəxsin doğum haqqında arayışının təqdim edilməsinin qeyrimümkün olduğu göstərilmişdir. Onun oğlu Ətraf Məmmədov xx.xx.1989-cu ildə və qızı Sevinc Məmmədova xx.xx.1994-cü ildə Abşeron rayonunda vəfat etmişdirlər. X2 xx.xx.1989-cu il tarixdə və X6 xx.xx.1994-cü il tarixdə Abşeron rayonunda vəfat etsələr də övladlarının ölümləri qeydə alınmamış və ölüm haqqında şəhadətnamələr verilməmişdir. Hazırda oğlu Ətraf Məmmədov və qızı Sevinc Məmmədovanın ölüm haqqında şəhadətnamələrin verilməsi zəruridir. xx.xx.2025-ci il tarixli, 167 nömrəli sorğu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək, X8 ilə birgə nikahdan Şamaxı rayonu, Hacılı kəndində doğulmuş, xx.xx.1988-ci il təvəllüdlü X5 xx.xx.1989-cu il tarixində Abşeron rayonunda ölməsi və Abşeron rayonunda doğulmuş, xx.xx.1994-cü il təvəllüdlü X3 xx.xx.1994-cü il tarixində Abşeron rayonunda ölməsi ilə bağlı onların adına ölüm haqqında tibbi şəhadətnamələrin verilməsini xahiş etmişdir. Həmin sorğuya Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X25 tərəfindən xx.xx.2025-ci il tarixli, 18-1-20/2-1805/2025 nömrəli məktubla cavab verilmiş, həmin məktubda xx.xx.1988-ci il təvəllüdlü X9 və xx.xx.1994-cü il təvəllüdlü X3 adına ölüm halını təsdiq edən heç bir sənədin tapılmadığı göstərilmişdir. xx.xx.2025-ci il tarixli, 166 nömrəli sorğu ilə Maraqlı şəxsnə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü X5 xx.xx.1989-cu il tarixində Abşeron rayonunda ölməsi və xx.xx.1994-cü il təvəllüdlü X3 xx.xx.1994-cü il tarixində Abşeron rayonunda ölməsi ilə bağlı onların adına ölüm haqqında şəhadətnamələrin verilməsini xahiş etmişdir. Həmin sorğuya Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixli, 3/65-5/8-15-1455/2025 nömrəli məktubla cavab verilmiş, həmin məktubda oğlu Ə.Məmmədov və qızı S.Məmmədovaya məxsus ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuş və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Buna görə də o, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, oğlu Ətraf Məmmədov və qızı Sevinc Məmmədova barədə ölüm haqqında şəhadətnamələr ona sənədləşdirmə işləri ilə əlaqədar lazımdır. Hesab edir ki, onun oğlu - xx.xx.1988-ci il təvəllüdlü X5 xx.xx.1989-cu il tarixdə Abşeron rayonunda və qızı xx.xx.1994-cü il təvəllüdlü X3 xx.xx.1994-cü il tarixdə Abşeron rayonunda ölmələri faktı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsində qeyd edilənləri təsdiq edərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X18 məhkəmədə ifadəsində bildirdi ki, Ərizəçi onun baldızı və bacanağının yoldaşıdır. O, vaxtilə ərizəçinin övladları X9 və X3 dəfnində iştirak etmişdir. Belə ki, X9 və X1 rayonu, Qonaqkənd kəndində dəfn edilmişdirlər. Ərizəçinin övladlarının ölüm səbəbləri isə ona məlum deyildir. Məhkəməyə şahid qismində cəlb edilmiş X19 məhkəmədə ifadəsində bildirdi ki, Ərizəçi onun əmisinin həyat yoldaşının bacısıdır. O, Şamaxı rayonu, Qonaqkənd kəndində, Ərizəçi isə Xırdalan şəhərində yaşamışdırlar. Lakin onunla ərizəçi vaxtilə qonşu olmuşdurlar. Ərizəçinin övladlarından biri təxminən 1988-1989-cu illərdə, digəri isə 1994-cü ildə vəfat etmişdir. O, həmin vaxtlar tibb məntəqəsində işləmişdir. Ərizəçi övladları Şamaxı rayonu, Qonaqkənd kəndində dəfn edilmişdirlər. İş materiallarında olan Azərbaycan SSR Şamaxı rayon Hacılı kənd sovetliyi tərəfindən verilmiş İV-ЖГ № 365518 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X10 06 oktyabr 1987-ci il tarixdə nikahlarını bağlamışlar və bu nikah 14 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada «Məmmədova» soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan SSR Şamaxı rayon Hacılı kənd sovetliyi tərəfindən verilmiş Xİİİ-ЖГ № 331755 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 12 sentyabr 1988-ci il tarixdə Şamaxı rayonu, Qonaqkənd kəndində doğulmuşdur, atası X8, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 28 iyun 1994-cü il tarixli, 451 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X6 20 iyun 1994-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur, atası X8, anası Ərizəçidır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 25 mart 2025ci il tarixdə verilmiş AZ-İİ № 491349 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonunda vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 173 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ünvanlanmış 13 may 2025-ci il tarixli, 3-165/7-16-1387/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibamamə əsasında digər şəxslərə verilə bilər. X4 məxsus ölüm haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış informasiya sistemində aşkar edilmədiyi üçün şəxsin doğum haqqında arayışının təqdim edilməsi qeyri-mümkündür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ünvanlanmış 16 may 2025-ci il tarixli, 3-16-5/8-15-1455/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Onlara ölüm haqqında tibbi şəhadətnamə təqdim edilə bilmədiyi üçün ölümün qeydə alınması imkan xaricindədir. Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilir. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X25 tərəfindən verilmiş 26 may 2025-ci il tarixli, 18-1-20/2-1805/2025 №-li cavab məktubundan görünür ki, Xırdalan Ailə Sağlamlıq Mərkəzində xx.xx.1988-ci il təvəllüdlü X9 və xx.xx.1994-cü il təvəllüdlü X3 adına ölüm halını təsdiq edən heç bir sənəd tapılmamışdır. İş materiallarında olan Qonaqkənd kənd İƏD-si üzrə nümayəndəsi X12, Qonaqkənd kənd İƏD-si üzrə nümayəndə müavini X20, Qonaqkənd kənd vətəndaşları X26 (Alşan) oğlu, X21 və X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktlardan görünür ki, 12 sentyabr 1988-ci il təvəllüdlü X9 xx.xx.1989-cu il tarixində Abşeron rayonunda vəfat etmiş , həmin tarixdə Qonaqkənd kənd qəbiristanlığında kənd sakinlərinin iştirakı ilə dəfn olunmuş, 20 iyun 1994-cü il təvəllüdlü X6 isə xx.xx.1994-cü il tarixində Abşeron rayonunda vəfat etmiş, həmin tarixdə Qonaqkənd kənd qəbirstanlığında kənd sakinlərinin iştirakı ilə dəfn olunmuş və bu faktı Qonaqkənd kənd İƏD-si üzrə nümayəndəsi X12, Qonaqkənd kənd İƏD-si üzrə nümayəndə müavini X20, Qonaqkənd kənd vətəndaşları X26 (Alşan) oğlu, X21 və X7 öz imzaları ilə təsdiq etmişdirlər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 12 sentyabr 1988-ci il təvəllüdlü X5 15 fevral 1989-cu il tarixdə və 20 iyun 1994-cü il təvəllüdlü X3 10 avqust 1994-cü il tarixdə Abşeron rayonunda ölmələri faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12 sentyabr 1988-ci il təvəllüdlü X5 15 fevral 1989-cu il tarixdə və 20 iyun 1994-cü il təvəllüdlü X3 10 avqust 1994-cü il tarixdə Abşeron rayonunda ölmələri faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3840/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3840/2025
29.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver