Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3859/2022 22.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı X1 cavabdehlər Bakı Hərrac Mərkəzinə, Cavabdeh3, Cavabdeh2 ASC-yə, Cavabdeh4 qarşı hərracın nəticələrinin ləğvi və sair tələbinə dair iddia ərizəsinə 22 iyun 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı X2 cavabdehlər Bakı Hərrac Mərkəzinə, Cavabdeh3, Cavabdeh2 ASC-yə, Cavabdeh4 qarşı hərracın nəticələrinin ləğvi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Məhəmmədli qəsəbəsi Yeni yaşayış massivi 9 saylı evin 5 saylı mənzilinə dair hərracın nəticələrinin ləğv edilməsi, Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanmış 04 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun adına olan çıxarışın ləğv edilməsini xahiş etmişdir. Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.1.2 maddəsinə görə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi X2 iddia ərizəsinin xahiş etdi hissəsində Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanmış 04 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun adına olan çıxarışın ləğv edilməsini xahiş etmişdir. Halbuki, müqavilənin ləğv edilməsi səlahiyyəti tərəflərə məxsusdur.İddiaçı qeyd olunan müqavilənin tərəfi deyildir. O, həmin müqavilənin etibarsızlığını mübahisələndirə bilər. Bu mənada hazırkı iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçinin yenidən məhkəməyə müraciət etmək hüququ ona izah olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı X1 cavabdehlər Bakı Hərrac Mərkəzinə, Cavabdeh3, Cavabdeh2 ASC-yə, ğayeva Aynurə Zaman qızına qarşı hərracın nəticələrinin ləğvi və sair tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək olar. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılsın. Bu hissədə Qərardadın icrası Abşeron rayon Maliyyə İdarəsinə tapşırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3859/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3859/2022
22.06.2022 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver