Məhkəmə qərarları › İş №2(012)-3868/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3868/2025

30.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3868/2025 30.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, bacısı – 23 yanvar 1962-ci il tarixdə Xaçmaz rayonunun Mollabürhanlı kəndində anadan olmuş X2 17 aprel 2024-cü il tarixdə Xaçmaz rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 23 yanvar 1962-ci il tarixdə Xaçmaz rayon Mollaburhanlı kəndində anadan olmuş bacısı X6 17 aprel 2024-ci il tarixdə doğulduğu Mollabürhanlı kəndində vəfat etmiş və kənd sakinlərinin iştirakı ilə həmin gün Mollabürhanlı kənd qəbirstanlığında dəfn olumuşdur. Bacısı dünyasını dəyişərkən ağır xəstə idi, ona görə kəndə köçüb, son günlərini doğulduğu kənddə başa vurmaq qərarına gəlmişdi. O, rəhmətə gedərkən, yanında doğmalarından kimsə olmadığından həkim çağırmaqla ölüm faktının rəsmiləşdirilməsi istiqamətində qanuni addımlar atılmamışdır. Ona görə də, rəsmi arayış əldə olunaraq, bunun əsasında bacısının ölümünə dair ölüm haqqında şəhadətnamə əldə olunmamışdır. Hal-hazırda bu məqsədlə, ölüm faktının baş verdiyi Xaçmaz rayon Mərkəzi Xəstəxanasına edilən müraciətə imtina cavabı verilmişdir. Bu imtinanı onunla əsaslandırmışlar ki, bacısının ölüm faktı baş verərkən, təcili yardım xidmətinə müraciət edilməmiş, həkim briqadası hadisə yerinə gələrək ölüm faktını rəsmi qeydə almamış və bu barədə arayış tərtib edilməmişdir. Belə olan halda, ölüm faktının təsdiq olunması yalnız məhkəmə qaydasında həyata keçirilə bilər. Hal-hazırda bacısından qalmış miras əmlakının vərəsələr arasında bölünməsinin həyata keçirilməsi üçün onun ölüm haqqında şəhadətnaməsinin əldə olunması zərurəti meydana çıxmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahid ifadəsini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi və Kəmalə Əsədova onun bacılarıdır. Kəmalə xəstəlikdən əziyyət çəkirdi. Ömrünün son günlərini dogma kəndində yaşamışdır. O, 17 aprel 2024-cü il tarixdə doğulduğu Mollabürhanlı kəndində vəfat etmiş və kənd sakinlərinin iştirakı ilə həmin gün Mollabürhanlı kənd qəbirstanlığında dəfn olumuşdur. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1968-ci il tarixdə doğulmuşdur. X1r. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Bakı şəhəri Xətai rаyоn qеydiyyаt şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-1315 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Bakı şəhəri Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Tibbi Ərazi Bölmələrini X9 Hüquqi Şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X17 38 Nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli, 74 saylı məktubdan görünür ki, - ünvan 1 ünvanında qeydiyyatda olmuş 1962-ci il təvəllüdlü X6, bacısı Ərizəçi deməsinə görə xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonunda vəfat etmişdir. Qeydiyyat ünvana xidmət göstərən 38 nömrəli ŞP-da X2 adına olan ambulator karta bir dəfə 2015-ci ildə sanator kurort müalicəsinə gedən zaman müraciət etməsi haqqında qeyd vardır. Nə bundan əvvəl, nə də bundan sonra həkimə müraciət etməmişdir. Ölümə səbəb olacaq hər hansı bir xəstəliyin olmasını təsdiq edən tibbi sənədlər olmaması səbəbindən ölüm haqqında F-106 verilməsi mümkün olmamışdır. - Xaçmaz rayonu Mollabürhanlı kənd sakinləri X5, X14 və X3 tərtib etdikləri xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, 23 yanvar 1962-ci il tarixdə Xaçmaz rayonu Mollabürhanlı kəndində anadan olmuş Bakı şəhər sakini X6 17 aprel 2024-cü il tarixdə vəfat etmiş, kənd sakinlərinin iştirakı ilə elə həmin gün Mollabürhanlı qəbirstanlığında dəfn olumuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X6 ərizəçinin bacısı olmuş, 17 aprel 2024-cü il tarixdə ev şəraitində vəfat etmişdir. X2 ölüm faktı ərizəçinin izahatı və şahidin ifadəsi ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahid ifadəsində X2 17 aprel 2024-cü il tarixdə Xaçmaz rayonu, Mollabürhanlı kəndində vəfat etməsini təsdiq etmişdir. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi bacısının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin bacısı X6 17 aprel 2024-cü il tarixdə Xaçmaz rayonunda ölmüşdür. Məhkəmə şahid ifadəsini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X2 17 aprel 2024-cü il tarixdə Xaçmaz rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 17 aprel 2024-cü il tarixdə Xaçmaz rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar