Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3873/2024 17.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək ərizənin baxılmamış saxlanılmasını xahiş etdi. O bildirdi ki, onlar artıq barışmışlar və aralarında mübahisə yoxdur. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin nəzərə alınaraq iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Mülki-Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, ərizənin qaytarılması barədə ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, ərizəçinin ərizəsi təmin edilməli, həmin ərizə əsasında ərizə baxılmamış saxlanılmalı və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə Ərizəçi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilsin. Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə edilən sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3873/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3873/2024
17.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver