Məhkəmə qərarları › İş №2(012)-3882/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3882/2025

24.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3882/2025 24.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X19 İlham oğlunun sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü Ərizəçi xx.xx.2019-cu il tarixində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, xx.xx.1990-cı il təvəllüdlü X2 xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib izahatında bildirdi ki, 06 iyul 1990-cı il təvəllüdlü X3 onun qardaşı olmuşdur. X14 26 may 2019-cu il tarixdə yaşadıqları ünvan 1 ünvanında keçinmədən vəfat etmiş və onu Hökməli qəsəbə qəbristanlığında dəfn etmişlər. Bu günə kimi qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişlər. Belə ki, müraciətinə cavabında Abşeron Rayon Mərkəzi Xəstəxanası X20 qardaşının ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Maraqlı şəxs tərəfindən isə müraciətə cavabda məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. O da öz növbəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. Ərizəçi onun əmisi oğludur. Əmisi oğlu ilə demək olar ki, qonşudurlar. Eyni küçədə yaşayırlar. X1 da onun əmisi oğlu olmuşdur. Mirbağır Miriyev 26 may 2019-cu il tarixdə yaşadığı ünvan 1 ünvanında keçinmədən vəfat etmişdir. Əmisi oğlu rəhmətə gedəndə o, işdə olmuşdur. Atası zəng edib əmisi oğlunun vəfat etdiyi bildirmiş, o da öz növbəsində evə gəlmişdir. Mərhum Hökməli qəsəbə qəbristanlığında dəfn edilmişdir. Dəfndə və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. Ərizəçi onun qonşusudur. Ərizəçi ilə bir neçə ev aralıq məsafədə yaşayırlar. X1 isə ərizəçinin qardaşıdır. Mirbağır Miriyev 26 may 2019-cu il tarixdə yaşadığı ünvan 1 ünvanında keçinmədən vəfat etmişdir. Mərhum Hökməli qəsəbə qəbristanlığında dəfn edilmişdir. Dəfndə və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan AZE seriyalı 15103480 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X3 xx.xx.1990-cı il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuşdur. Mülki işin materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan 20 iyul 1990-cı il tarixdə verilmiş XV-JQ seriyalı, 381426 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 06 iyul 1990-cı il təvəllüdlü X2 atası X5, anası isə X8r. Mülki işin materiallarında olan 01 iyul 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 560952 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2000-ci il təvəllüdlü Ərizəçi atası X5, anası isə X6r. Mülki işin materiallarında olan “Abşeron Rayon Mərkəzi Xəstəxası” X20 tərəfindən verilmiş 12 may 2025-ci il tarixli, 18-1-20/2-A-20xx-xx-1876/2025 nömrəli məktubdan görünür ki, Ərizəçi X2 ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkünsüzlüyü bildirilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 14 may 2025-ci il tarixli, 3-16-5/8-15-1414/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyi üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin materiallarında olan Abşeron rayonu Hökməli Bələdiyyəsi tərəfindən verilmiş 26 may 2025-ci il tarixli arayışdan görünür ki, X4 26 may 2019-cu il tarixdə dünyasını dəyişmiş və Hökməli qəsəbə qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 26 may 2019-cu il tarixdə X3 yaşadığı ünvan 1 ünvanında ölmüşdür. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 06 iyul 1990cı il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş X2 26 may 2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06 iyul 1990-cı il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş X2 26 may 2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: F.Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar