Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3933/2021 16.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı iddiaçılar BAĞİYEV BAĞİ TOFİQ OĞLUNUN, İddiaçı2 QİZİNİN, ƏŞRƏFOVA XANİMZƏR İSRAFİL QİZİNİN, İddiaçı4, İddiaçı5 QİZİNİN, İddiaçı6NİN Cavabdeh1NƏ, Cavabdeh2 QİZİNA, Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxaraq MÜƏYYƏN ETDİM: İddiaçılar BAĞİYEV BAĞİ TOFİQ OĞLUNUN, İddiaçı2 QİZİNİN, ƏŞRƏFOVA XANİMZƏR İSRAFİL QİZİNİN, İddiaçı4, İddiaçı5 QİZİNİN, İddiaçı6NİN Cavabdeh1NƏ, Cavabdeh2 QİZİNA, Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İlhamə Quliyevanın adına Xırdalan Bələdiyyəsinin 01.08. 2012-ci il tarixli ,08 saylı qərarının və bu əsasda onun adına verilən Çıxarışın etibarsız hesab edilməsi habelə İlhamə Quliyeva ilə digər şəxsin arasında bağlanan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçının iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil, çünki avabdeh İlhamə Quliyevanın adına Xırdalan Bələdiyyəsinin 01.08. 2012-ci il tarixli ,08 saylı qərarı və bu əsasda onun adına verilən Çıxarış üçün əsas olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2012-ci il tarixli qərarı həmin məhkəmənin 03 dekabr 2019-cu il tarixli Qərarı ilə ləğv edilmiş, sonuncu qərar isə hazırda qüvvədədir. İlhamə Quliyevanın adına Xırdalan Bələdiyyəsinin 01.08. 2012-ci il tarixli ,08 saylı qərarın və bu əsasda onun adına verilən Çıxarış ləğvi üçün iddiaçı ilkin olaraq həmin sənədləri verən orqana müraciət etmə\li, ondan sonra isə qeyd edilən torpaq sahəsinə dair İlhamə Quliyeva ilə Məmmədov Elkin Saleh oğlu arasında bağlanan əqdin etibarsızlığı ilə bağlı Abşeron rayon Məhkəməsinə iddia ilə müraciət edə bilər. Qeyd edilənlərdən göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilərsə, iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçılar BAĞİYEV BAĞİ TOFİQ OĞLUNUN, İddiaçı2 QİZİNİN, ƏŞRƏFOVA XANİMZƏR İSRAFİL QİZİNİN, İddiaçı4, İddiaçı5 QİZİNİN, İddiaçı6NİN Cavabdeh1NƏ, Cavabdeh2 QİZİNA, Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3933/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3933/2021
16.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver