Məhkəmə qərarları › İş №2(012)-3959/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3959/2025

17.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3959/2025 17.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/13/2023-01413 saylı barışıq sazişinin üçüncü bəndinin təsdiq edilməsinə və barışıq sazişinin aliment hissəsində məcburi icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 5580/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, onunla Maraqlı şəxs arasında xx.xx.2013-cü il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində bağlanmış 940 nömrəli akt qeydli nikahın pozulması qət edilmişdir. Belə ki, məhkəmədən əvvəl onunla Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli Barışıq Sazişi bağlanılmışdır. X9r aşağıdakı göstərilən şərtlərlə razılığa gəlmişdirlər: 1. (nikahın pozulması tələbi) Tərəflər 1-ci tərəf X10 və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək 26 noyabr 2013-cü il tarixində Abşeron rayon qeydiyyat şəbəsində bağladıqları, 940 saylı ilə qeydə alınan nikahı pozsunlar. Nikahın pozulması tələbi məhkəmələrin müstəsna səlahiyyətinə aid olunduğundan nikahın pozulması tələbinin icra edilməsini müvafiq məhkəmə vasitəsilə iddia qaldırmaqla icra etsinlər; 2. (uşaqların ananın himayəsində saxlanılması tələbi) Tərəflər 1-ci tərəf X10 və 2-ci tərəf Maraqlı şəxs ilə xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatan kimi 1-ci tərəf X1 himayəsində saxlanılması barədə razılığa gəldilər; 3. (aliment tələbi) Tərəflər 1-ci tərəf X10 və 2-ci tərəf Maraqlı şəxs ilə xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdən başlayaraq, yetkinlik yaşına çatana kimi hər ay hər uşağa 70 manat olmaqla ümumi 280 manat sabit pul məbləğində alimenti 2-ci tərəf Maraqlı şəxs könüllü olaraq 1-ci tərəf X2 aid kart və ya bank hesabına ödəməyi öhdəsinə götürür. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli Barışıq Sazişi 2-ci tərəf Maraqlı şəxs tərəfindən pozulur və icra edilmir. Bu müddət ərzində o, qarşı tərəfə pulu ödəməsi ilə bağlı möhlət versə də maraqlı şəxs onun bu etibarından sui-istifadə edir. O, çətinliklə 4 övladının tələbatını ödəyir. Övladlarının 3-ü məktəblidir. Onun aliment almağa ehtiyacı vardır. Borcluya alimentin məbləği və ödəməsi ilə bağlı xeyli güzəşt etmişdir, lakin borclu hələ də ona aliment ödəmir. Əlavə olaraq bildirir ki, o, işləyir və ayda 400 manat məbləğində maaş alır. Odur ki, qeyd edilənlərə əsasən o, barışıq sazişinin üçüncü bəndinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirdi ki, o, 378 manat maaş alır və yaşayış yeri yoxdur. Həmçinin bronxlarında xəstəlik olduğundan iş yerini dəyişə bilmir. O, hər gün saat 08:00-da işə gedir, 17:00-da isə işdən qayıdır, həmçinin əlavə işdə də işləyə bilmir. Qeyd edir ki, o, övladlarının saxlanması üçün maaşının yarısını ödəməyə razıdır. İş materiallarında olan AZE seriyalı, 11516453 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan X11 21 aprel 2012-ci ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan AZE seriyalı, 11516457 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan X12 13 yanvar 2014-cü ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan AZE seriyalı, 11516454 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan X13 22 sentyabr 2016-cı ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan AA6317051 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan X14 23 iyul 2019-cu ildə doğulmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(012)- 5580/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi təmin edilmiş, X10 ilə Maraqlı şəxs arasında xx.xx.2013-cü il tarixdə Abşeron Rayon Qeydiyyat Şöbəsində bağlanmış 940 nömrəli akt qeydli nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 469202 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X3 nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən pozulmuş, nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına “Qavrilina” soyadı verilmişdir. İş materiallarında olan Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 05 oktyabr 2023-cü il tarixli, MŞB/13/2023-01413 saylı barışıq sazişinin surətindən görünür ki, tərəflər aşağıdakı bəndlərdə qeyd olunan məsələlərlə bağlı razılığa gəlmişlər: 1. (nikahın pozulması tələbi) Tərəflər 1-ci tərəf X10 və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək 26 noyabr 2013-cü il tarixində Abşeron rayon qeydiyyat şəbəsində bağladıqları, 940 saylı ilə qeydə alınan nikahı pozsunlar. Nikahın pozulması tələbi məhkəmələrin müstəsna səlahiyyətinə aid olunduğundan nikahın pozulması tələbinin icra edilməsini müvafiq məhkəmə vasitəsilə iddia qaldırmaqla icra etsinlər; 2. (uşaqların ananın himayəsində saxlanılması tələbi) Tərəflər 1-ci tərəf X10 və 2-ci tərəf Maraqlı şəxs ilə xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatan kimi 1-ci tərəf X1 himayəsində saxlanılması barədə razılığa gəldilər; 3. (aliment tələbi) Tərəflər 1-ci tərəf X10 və 2-ci tərəf Maraqlı şəxs ilə xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdən başlayaraq, yetkinlik yaşına çatana kimi hər ay hər uşağa 70 manat olmaqla ümumi 280 manat sabit pul məbləğində alimenti 2ci tərəf Maraqlı şəxs könüllü olaraq 1-ci tərəf X2 aid kart və ya bank hesabına ödəməyi öhdəsinə götürür; 3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur; 4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir; 5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər; 6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır; 7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar; 8. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir; 10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir; 11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır; 12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır; 13. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz; 14. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; 15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər; 16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz; 16.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 16.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 16.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 16.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); 17. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir;

18. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının aktları aiddir; 19. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır; 20. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir; 21. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir; 22. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır; 23. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır; 24. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir; 25. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-in 355-26-ci maddəsi ilə müəyyən edilmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin aliment hissəsini özündə əks etdirən 3-cü bəndinin təsdiq edilməsindən imtina olunması ilə bağlı əsaslar müəyyən edilmədiyindən, Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01413 saylı barışıq sazişinin alimentə aid olan 3-cü bəndi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01413 saylı barışıq sazişinin tərəflərin birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 70 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin 2-ci tərəf Maraqlı şəxs tərəfindən 1-ci tərəf X4 aid kart və ya bank hesabına ödənilməsi barədə 3-cü bəndi təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar