Məhkəmə qərarları › İş №2(012)-3960/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3960/2024

16.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3960/2024 16.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Sumqayıt şəhər 4 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X19 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Sumqayıt şəhər 4 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X19 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə dair Cavabdeh4 ( Cavabdeh5) ilə Cavabdeh3 arasında bağlanmış AN-İ № 0949860, xx.xx.2021 -ci il tarixli 4-Ə/1664 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə dair Cavabdeh3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 36 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi X6 mülkiyyətində olmuşdur. Bu torpaq sahəsinə dair həyat yoldaşı Cavabdeh5 xx.xx.2008-ci ildə Cavabdeh4 həyat yoldaşı mərhum X12 tərəfindən alqı-satqı edilməsinə və başqa sərəncamlar verilməsinə dair 38 (otuz səkkiz) il müddətində etibarnamə verilmişdir. Faktiki olaraq onlar torpaq sahəsini X4 2008-ci ildə alqı-satqını rəsmləşdirmədən almışlar. Həmin ildən də başlayaraq bir neçə il müddətində öz zəhməti ilə bu torpaq sahəsində iki mərtəbəli ev tikib ailəsi ilə yaşamışdır. Hazırda bu torpaq sahəsi Abşeron rayonu, Saray qəsəbəsi, Ömər Xəyyam küçəsi fərdi ev kimi adlandırılır. Bu torpaq sahəsini alan vaxt həmin vaxtın pulu ilə 11.000 (on bir min) manatı mərhum X7 və ailəsi Cavabdeh4 vermişlər. Mərhum 2021-ci ildə rəhmətə getdikdən sonra onlar həyat yoldaşı olan Cavabdeh4 yenidən sənədləşməni xahiş etmiş və o, onlara yeni etibarnamə vermişdir. Lakin indi onlara məlum olur ki, Cavabdeh4 tamah məqsədi ilə və həyat yoldaşı digər Cavabdeh5 savadsızlığından sui-istifadə edərək etibarnaməni bir il müddətinə vermişdir. Cavabdeh həyat yoldaşı Cavabdeh5 borcu olduğundan tanışı və yaxınlıq etdiyi cavabdehlərdən Cavabdeh3 ilə danışıb ki, ona pul köməkliyi göstərsin və borclarını ödəməkdə maddi yardım etsin. Cavbdeh Cavabdeh3 həyat yoldaşını aldadaraq həyat yoldaşına pul yardımları etmək üçün əvəzində onun və ailə üzvlərinin 2008-ci ildən sahibliyində və istifadəsində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin girov qoyulmalı olmasının lazım olduğunu bildirib. Cavabdeh3 həyat yoldaşını bu formada aldadaraq ona maddi köməklik edəcəyinə vədlər verib onu Sumqayıt şəhər 4 saylı notariat ofisinə aparmışdır. Sumqayıt şəhər 4 saylı notariat ofisi bu qanunsuz müqavilə (əqdi) məzmununu yoxlanılmadan və şəxslərin iradə ifadələri yoxlanılmadan təsdiq etmişdir. Ancaq, torpaq sahəsinin alqı-satqısı üzrə həyat yoldaşına pul məbləği ödənilməmiş, nə də ki, torpağın alqı-satqı müqaviləsi səlahiyyətli şəxs tərəfindən real iradə ifadəsi ilə bağlanmamışdır. Cavabdehlər razılaşarkən bu torpaq sahəsinin alqı-satqı müqaviləsini deyil, həyat yoldaşının borclarının qaytarılmasının təmin edilməsi üçün razılığa gəlmişlər. Cavabdeh həyat yoldaşı Cavabdeh5 savadsız olduğundan hansı sənədləşmənin getdiyindən xəbərsiz olmuş və hər hansı torpaq sahəsinin alqı-satqı müqaviləsi barədə aralarında söhbətlər olmamışdır. Cavabdeh3 həyat yoldaşı Cavabdeh5 düşdüyü ağır vəziyyətdən istifadə etməklə onunla Cavabdeh4 verdiyi etibarnamə üzrə formal alqı-satqı müqaviləsi bağlanmışdır. Hansı ki, o, Cavabdeh3 fərdi xüsusiyyətlərinin nəzərə alaraq həyat yoldaşını aldatdığını bilirdi və ona inanmamağını dəfələrlə tapşırırdı. Lakin həyat yoldaşı onun sözünə baxmayaraq onun yalan vədlərinə inanmış və yaşadıqları evin torpaq sahəsini notariat orqanında girov qoymaq barədə onunla razılaşmışdır. Lakin Cavabdeh3 torpaq sahəsinin alqı-satqı müqaviləsinin həyat yoldaşının etibarnamədə imza etmək səlahiyyətlərinin olmasından istifadə edərək onu aldadaraq ona alqı-satqı müqaviləsinə imza atdırmağa nail olmuşdur. Cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinin notariusu onların sahibliyində və istifadəsində olan bu torpaq sahəsinin alqı-satqı müqaviləsini təsdiq etməklə onun və ailə üzvlərinin hüquq və qanuni mənafelərini pozmuşdur. Bu alqı-satqı müqaviləsinin aldadılma yolu ilə bağlanıldığı aydınlaşdırılmamışdır. Bu torpaq sahəsi yaşayış evi olduğu halda yaşayış evində yaşayan yetkinlik yaşına çatmayan şəxslərin razılığını tələb etməmişdir. Həmin şəxslər tərəfindən cavabdeh həyat yoldaşı Cavabdeh5 aldadılması nəzərə alınaraq müqavilə Notariat Qaydaları haqqında Təlimata zidd olaraq rəsmiləşdirmişdir. Nəticədə onun faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evi iradəsinin ziddinə və qanuna zidd Cavabdeh3 sahibliyinə keçmişdir. Hansı ki, onun bu torpaq sahəsində evi var və ailəsi və uşaqları ilə orada yaşayır. Cavabdeh3 onlara məxsus olmuş, onun maddi vəsaiti ilə tikilmiş fərdi yaşayış evini zəhmətsiz gəlir əldə edərək sahibliyinə almışdır. Bundan başqa da Cavabdeh4 və mərhum həyat yoldaşı bu torpaq sahəsini onlara 2008-ci ildə boş sərbəst torpaq sahəsi kimi satdıqları halda, 2021-ci ildə digər cavabdehə Cavabdeh3 yaşayış evi ola-ola satıla bilməzdi. O, indiyə kimi özünün və ailəsinin şəxsi vəsaiti və şəxsi zəhməti ilə bu torpaq sahəsində iki mərtəbəli evi tikərək yaşamışdır. Bunu bütün qonşular və aidiyyəti orqanlar təsdiq edirlər. Bu barədə arayış məhkəmələrə verilmiş və mülki işlər üzrə məhkəmələr işə baxarkən bu arayışı nəzərə almışlar. 2008-ci ildən fərdi yaşayış evinin vergilərini, o və ailə üzvləri yerli bələdiyyənin büdcəsinə 2021-ci il kimi ödəmişdir. Fərdi yaşayış evini kommunal sənədləşmələri onların adına olmuşdur. Mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin 8 və 11 -ci bəndlərinə istinadən, satıcının alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməsi və daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2021-ci il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürülmüşdür. Göründüyü kimi, bu müqavilə üzrə mübahisəli torpaq sahəsi üzərində yerləşən yardımçı tikillər qeyd edilmişdir. Hansi ki, 2008-ci ildən bu torpaq sahəsində özbaşına tikili də olsa fərdi yaşayış evi var. O, həmin vaxt ailə üzvləri ilə bu evdə yaşamışdır. Bu torpaq sahəsi artıq 2008-ci ildən yüklü olmuş (fərdi yaşayış evi olmaqla ) və onların hüquqları və qanuni mənafeləri ilə yüklənmişdir. Bundan başqa Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Fərdi yaşayış evi alq-satqının predmeti olmamışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19n 4 saylı Abşeron Ərazi İdarəsi alqısatqı müqaviləsini və digər sənədləri hüquqi ekspertiza etmədən, yerində müayinə aparmadan, Təlimatları və Əsasnamələrini pozmaqla Cavabdeh3 adına mülkiyyət hüququna dair çıxarış vermişdir. Bu səbəbdən daşınmaz əmlak olan torpaq sahəsinə dair qeydiyyat qeyri-dəqiq aparılmışdır. Belə ki, torpaq sahəsi yüklü olduğu halda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19n 4 saylı Abşeron Ərazi İdarəsi belə torpaq sahəsinə çıxarış verilməsinə imtina verməli idi. Ancaq boş və yaxud yaşayış evi sənədli olduğu halda Qeydiyyat İdarəsi qeydiyyat əməliyyatı apara bilərdi. Bu İdarənin hərəkətsizliyi nəticəsində onun və 2 övladının hüquqları və qanuni mənafeləri pozulmuşdur. Buna görə də Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 36 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə, **********74 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın qeyri-dəqiqliyi müəyyən olunmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdil. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul edərək, təmin edilməsinə etiraz etmədi. Cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinin notariusu X2 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X19 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisəli əmlakla bağlı artıq tərəflər arasında bir çox məhkəmə çəkişməsi olmuş və alqı satqı müqaviləsinin qanuniliyini təsdiq edən bir çox qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var. O, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2021 -ci il tarixli, AN-l seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial tasdiq edilmiş surətinden görünür ki, satıcı Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsini alıcı Cavabdeh3 satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcıya alıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2021-ci il tarixadək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür, X10 notariusda etibarnamə əsasında Cavabdeh4 nümayəndəsi qismində çıxış etmişdir. - xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh4 onu bütün idarə və təşkilatlarda, dövlət və qeyri-dövlət orqanlarında, Nikah, Arxiv, VVAQ İdarələrində, “ASAN’’ Xidmət Mərkəzlərində, notariat ofislərində təmsil etməyi, Sumqayıt şəhər 4 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 2V/175 reyestrli vərəsəlik hüququ haqqında şəhadətnaməni qeydiyyatdan keçirməyi, sənədləri “ASAN’’ Xidmət Mərkəzinə təqdim etməyi, mülkiyyət hüququ haqqında sənədi aldıqdan sonra Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsini sənədləşdirməyi, özəlləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya (girov) qoymağı, istifadə etməyi, icarəyə verməyi, notariat ofisinin depozit hesabına pul qoymağı və götürməyi, notariat ofisində qanunla icazə verilmiş bütün əqdləri rəsmiləşdirməyi, bank əməliyyatları aparmağı və digər hərəkətləri etməyi Cavabdeh5 etibar etmişdir. - xx.xx.2008-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 Fərman Məmməd oğluna Abşeron rayonu, Saray qəsəbəsi, 0.03 ha torpaq sahəsinə sərəncam verməyi, satmağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığı yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi va digər hərəkətləri etməyi etibar etmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X19 4 Saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu 2-ci dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-cı ii tarixli 4Ə-04-458 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən JN-4314 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X3 və ailə üzvlərinin ürnumi birgə mülkiyyətində olan 0.4347 ha torpaq sahəsindən 0.03 ha hissəsi X6 adma özgəninkiləşdirilmişdir. 0.03 ha torpaq sahəsi üzərində X6 adma mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-cı il tarixdə ********* qeydiyyat, **********74 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sumqayıt şəhər 4 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-175 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 mülkiyyətində olan 0.03 ha torpaq sahəsi Cavabdeh4 adına özgəninkiləşdirilmişdir. xx.xx.2021-ci ii tarixində Cavabdeh4 adına ********** qeydiyyat, **********74 reyestr nömrəli çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə- 1664 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.03 ha torpaq sahəsi Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. 0.03 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat, **********74 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Nəzərinizə çatdırırıq ki, torpaq sahəsi üzərinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 16(012)-319/2023 saylı icra vərəqəsinə əsasən həbs qoyulmuşdur. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, səhmdar cəmiyyətin elektron bazasında qeyd olunan ünvanın **********50160 nömrəli abunə kodu ilə 01 avqust 2009-cu il tarixdə qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilməsinə dair məlumat vardır. Qeyd olunan abunə kodu üzrə 22 may 2015-ci il tarixdə Cavabdeh5 abonent olaraq qeydiyyata alınmış, 07 noyabr 2022-ci il tarixdə əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilərək abunə kodu Cavabdeh3 adına dəyişdirilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-701/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qarşı mülkiyyətin qanunsuz istifadədən geri tələbinə dair iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsi boşaldılaraq iddiaçı Cavabdeh3 təhvil verilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutulub iddiaçı Cavabdeh3 verilməsi qət edilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-140/2023 saylı qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)- 701/2022 saylı icra sənədinin icraatına xitam verilməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1839/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh5 cavabdehlər Cavabdeh3 və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı (Cavabdeh4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4441/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı, Cavabdeh5 və X5 cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinə istifadə sahiblik hüququnun tanınması, torpaq sahəsi üzərində tikilmiş yaşayış evinə yaşayış hüququqlarının tanınması və yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh5 xx.xx.2008-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsini notariat orqanında sənədləşdirmədən, faktiki olaraq X12 ilə alqı-satqı edərək, torpaq sahəsini almışlar. Həmin vaxt Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh4 mərhum həyat yoldaşı X6 mülkiyyətində olmuşdur. Bu torpaq sahəsinə dair Cavabdeh5 ƏN-İ№ 111489 olan xx.xx.2008-ci il tarixli Cavabdeh4 həyat yoldaşı olmuş mərhum X12 tərəfindən aralarında baş vermiş alqı-satqının təsdiqi üçün alqı-satqı edilməsinə və başqa sərəncamlar verilməsinə dair etibarnamə verilmişdir. Həmin ildən də başlayaraq bu torpaq sahəsində iddiaçı cavabdehlərdən Cavabdeh5 ilə birlikdə öz şəxsi vəsaitləri ilə iki mərtəbəli ev tikib ailəsi ilə yaşamışlar. xx.xx.2021-ci il tarixdə mübahisəli torpağın mülkiyyətçisi Cavabdeh4 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsini 5300 manata Cavabdeh3 satmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-701/2022 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qarşı mülkiyyətin qanunsuz istifadədən geri tələbinə dair iddia ərizəsi təmin edilmiş, çıxarışa əsasən iddiaçı Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsi boşaldılaraq iddiaçı Cavabdeh3 təhvil verilməsi qət edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1839/2023 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh5 cavabdehlər Cavabdeh3 və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı (Cavabdeh4 mübahisə predmeti barəsində müstəqil irəli sürməyən üçüncü şəxs qismində cəlb eilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməmişdir. Bundan sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 4441/2023 saylı qətnaməsinə əsasən, iddiaçılar İddiaçı, Cavabdeh5 və X5 cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinə istifadə sahiblik hüququnun tanınması, torpaq sahəsi üzərində tikilmiş yaşayış evinə yaşayış hüququqlarının tanınması və yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Hazırda iddiaçı mübahisəli torpaq sahəsində onun sahibliyi və istifadəsində olan fərdi yaşayış evinin olmasını, həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasının nəzərə alınmamasını əsas gətirərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə dair Cavabdeh4 ( Cavabdeh5) ilə Cavabdeh3 arasında bağlanmış AN-İ № 0949860, xx.xx.2021 -ci il tarixli 4-Ə/1664 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə dair Cavabdeh3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 36 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139-1.1.3. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Məhkəmə, ilk öncə iddia tələbi üzrə İddiaçı hazırkı iddia tələbini irəli sürmək hüquqlarının olub-olmamasını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, hazırki iş üzrə iddiaçının hazırki tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hüququ pozulmadığından onun müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mübahisə predmeti olan torpaq sahəsini birgə nikah dövründə həyat yoldaşı cavabdeh X8 Cavabdeh4 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamə əsasında əldə etmiş olsa belə, həmin torpaq sahəsinə dair rəsmi qaydada alqı-satqı müqaviləsi bağlanmamış və torpaq sahəsinə dair mülkiyyət hüquqları əldə edilməmişdir. Bundan sonra Cavabdeh4 mülkiyyətində olan həmin torpaq sahəsini xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh3 5300 manata satmışdır. Hazırda da, sözügedən torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh3dur. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətində olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “Affirmanti, non neganti, incumbit probatio” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmə həmçinin V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı istinad etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcudluğu əmlak sahibinin hüquqlarının mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Əksinə, alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Müqavilə tərəflərin iradə ifadəsinə uyğun, notarial qaydada təsdiq olunmaqla bağlanılmışdır. İşdən görünür ki, İddiaçı alqı-satqı müqaviləsi üzrə tərəf olmamışdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən müqavilənin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin bu müqavilənin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışın ləğv olunması barədə tələb də təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Sumqayıt şəhər 4 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X19 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Sumqayıt şəhər 4 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X19 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar