Məhkəmə qərarları › İş №2(012)-3976/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3976/2022

25.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3976/2022 25.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, Ərizəçi, onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 25 oktyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X3 26 may 2014-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəyə dəqiqləşmə verərək, X3 26 may 2014-cü il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası X6 13 fevral 1964-cü ildə anadan olmuşdur. Anası “böyrək çatışmamazlığı” xəstəliyindən əziyyət çəkirdi. O, 23 may 2013-cü il tarixdən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin X12ində KTM-in hemodializ şöbəsində müalicə alırdı. 26 may 2014-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Onu Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən qəbirstanlığında dəfn etmişlər. Bütün bunları şahidləri və verilən arayışlar vasitəsilə təsdiq edə bilər. Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə anasının ölüm qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Lakin Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsindən ona məktubla bildirilmişdir ki, X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığına görə ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək lazımdır. X1 ev şəraitində rəhmətə getməsi və təcili tibbi yardım çağırılmaması səbəbindən tibbi şəhadətnamə almaq mümkün deyildir. Belə ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasına rəsmi ərizə ilə müraciət edilmiş və 17 iyun 2022-ci il tarixli 939 saylı məktubuna əsasən X3 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına tibbi şəhadətnamə verilməkdən imtina olunmuşdur. Ona görə də bu ərizə ilə yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi, onun vəkili-nümayəndəsi Vəkil ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, ərizəçinin xalası, mərhum X3 bacısıdır. Bacısı böyrək çatışmazlığından əziyyət çəkmişdir. Bacısı hər dəfə həkimə getdikdə onunla getmişdir. Bir dəfə həkimə getmədiyi gün halı pisləşmiş, təzyiqi aşağı düşmüşdür. 26 may 2014-cü ildə vəfat etmişdir. Onu Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, ərizəçinin dayısı, mərhum X3 qardaşıdır. Bacısı böyrək çatışmazlığından əziyyət çəkmişdir. Bacısının vəziyyəti birdən pisləşmiş, təzyiqi aşağı düşmüş, 26 may 2014-cü ildə vəfat etmişdir. Onu Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən qəbirstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin, onun vəkili-nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1964-cü ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Mülki işin materiallarında olan Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, X3 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi Ərizəçi tövsiyə olunmuşdur. Mülki iş materiallarında olan X12 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, X4 Xroniki qlomerulonefrit XBÇ. Terminal mərhələ. Proqramlı hemodializ. Xəstə xx.xx.2013-cü il tarixdən hal-hazırki dövrədək KTM-n hemodializ şöbəsində müalicə alır. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mərhum X6 (təvəllüdü xx.xx.1964) xx.xx.2014-cü il tarixdə Abşeron rayonu Qobu qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan Abşeron RİHB-nın Qobu qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. Mülki işin materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, N.Bədəlovanın ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 13 fevral 1964-cü il təvəllüdlü X6 “böyrək çatışmamazlığı” xəstəliyindən əziyyət çəkmiş, 26 may 2014-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında ölmüşdür. Abşeron rayon X7 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda 13 fevral 1964-cü il təvəllüdlü X3 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilmədiyi bildirilmiş, ölümün qeydə alınması barədə Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin X3 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1964-cü ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş X3 26 may 2014-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş X3 26 may 2014-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar