Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3987/2020 18.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X1 ölümünü təsdiq edən sənədin alınmasını və mərhuma ölüm haqqında şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, mərhum X3 onun həyat yoldaşıdır, onlar 2010-cu ildə ailə həyatı qurmuş və birgə nikahlarından 2 övladları vardır. 2015-ci ildə o, Abşeron rayon Saray qəsəbəsində yeni ev alaraq köçüb orada yaşamağa başlamışlar. xx xxxx 2020-ci il tarixdə evlərində bədbəxt hadisə baş vermişdir. Həmin gün Sumqayıt şəhərində olarkən qardaşının həyat yoldaşı ona zəng vuraraq həyəcanlı səslə onu təcili evlərinə çağırmışdır. O, evlərinə gələrkən arvadı Mahizərin dəhlizdə yerə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Dərhal qardaşına məlumat vermiş, qardaşı gələnə qədər o, dəfələrlə təcili tibbi yardıma zəng vurmuş, lakin yardım gəlməmişdir. Bundan sonra o, arvadına süni nəfəs verib, havaya çıxarsa da, heç bir nəticəsi olmadı. Uzun müddət keçməsinə baxmayaraq, təcili tibbi yardım gəlmədiyi üçün arvadını dayısı Mirbağır Mövsümovun avtomobili ilə Sumqayıt şəhər Xəstəxanasına aparmaq məcburiyyətində qalmışlar. Xəstəxanada həkimlərin səyinə baxmayaraq arvadı Mahizərin həyatını xilas etmək mümkün olmadı və polisin müşayəti ilə arvadının nəşini xəstəxananın meyitxanasına aparmışlar. xx.xx.2020-ci il tarixdə Mahizərin meyitini xəstəxanadan götürüb, Abşeron rayon Saray rayon qəbirstanlığında dəfn etmişlər. İş Abşeron rayon prokurorluğun icraatında olduğu üçün ölüm haqqında arayış və ekspert rəyini ala bilməmişdir. Prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarıilə işdə cinayət tərkibi olmadığı üçün icraata xitam verilmişdir. Həmin qərarı Maraqlı şəxsnə təqdim etsə də, mərhumun ölümü barədə sənədi ala bilməmişdir. Odur ki, X1 ölümünü təsdiq edən sənədin alınmasını və mərhuma ölüm haqqında şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbləri əsasında məhkəməyə ərizə ilə müraciət edərək, xx xxxxxxx 1985-ci il təvəllüdlü X1 xx xxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, ərizəçi onun əmisi oğludur. O, təsdiq edir ki, mərhum X2 xx xxxx 2020-ci il tarixdə hamamda çimərkən dəm qazından zəhərlənərək vəfat etmişdir. O, mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, ərizəçi onun sinif yoldaşıdır. Mərhum Mahizər xx xxxx 2020-ci il tarixdə evlərində hamamda dəm qazından zəhərlənərək vəfat etmişdir. O, mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 digər şahidlərlə eyni məzmunlu izahat verdi. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 05/Q- 663/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Odur ki, məhkəməyə müraciət etməyiniz tövsiyyə edilir. İşdə olan Abşeron rayon prokurorluğun xx xxx 2020-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, ********* saylı cinayət işi üzrə icraata hər hansı bir cinayət tərkibi olmadığından xitam verilmişdir. İşdə olan foto şəkildən görünür ki, X2 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan Abşeron rayon Saray bələdiyyəsi tərəfindən verilmiş 441 saylı, xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X2 xx xxxx 2020-ci il tarixdə vəfat etmiş və Abşeron rayon Saray qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 14831041 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin həyat yoldaşı X2 xx xxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmiş, lakin Maraqlı şəxs tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx xxxxxxx 1985-ci il təvəllüdlü X2 xx xxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilməli və bu barədə müvafiq qeydiyyatın aparılması vəzifəsi Maraqlı şəxsnə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxxx 1985-ci il təvəllüdlü X1 xx xxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhdətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-3987/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3987/2020
18.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver