Məhkəmə qərarları › İş №2(012)-4008/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4008/2021

03.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4008/2021 03.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Səfiyevanın sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X3 və Cavabdeh vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və cehiz əmlakın qaytarılması iddia tələbinə dair mülki işə 03 noyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 2 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd televizor altı, 1 stol, 8 stulu ilə birlikdə; qorka mebel (Türkiyə istehsalı) - 9000 manat; 1 ədəd “Samsung” markalı televizor - 1200 manat; quran qabı - 120 manat;, mətbəxdə olanlar: - mətbəx mebeli - 3.300 manat; qaz peçi - 150 manat; asperator - 150 manat; boz rəngli “Samsung” markalı soyuducu - 1.400 manat; boz rəngli “Samsung” markalı paltaryuyan - 850 manat; 1 mətbəx stolu 4 stul ilə birlikdə - 270 manat; mətbəx üçün jalüz - 200 manat; çılçıraq -120 manat; “Tefal” markalı sokçəkən - 100 manat; kofemalka - 33 manat; rumkalar - 200 manat; 3 ədəd süfrə - 135 manat; çərəz qabı; kül qabı - 100 manat; tort qabı - 28 manat; dönər aparatı - 150 manat; qazan - 120 manat; qazan - 50 manat; qazan - 70 manat; qazan - 150 manat; samovar (Türkiyə istehsalı) - 120 manat; çörək qabı - 65 manat; 4 qazan dəsti - 450 manat; çay dəsti - 180 manat; ağ bağıma - 150 manat; 24 ədəd kasa, boşqab, bulud qablar -400 manat; stəkanlar - 150 manat; vazlar və güldan - 1.200 manat; göy rəngli bagema qablar -700 manat; çamadan bıçaq - 70 manat; çamadanda qaşıq dəsti - 70 manat; nəlbəki - 80 manat; padnos - 30 manat; soba - 120 manat; “Tefal” markalı ət çəkən maşın - 120 manat; kapron qablar - 70 manat; pol silən - 20 manat; 24 ədəd çay dəsmalı - 70 manat; oxlov - 10 manat; çuqun vedrə, biton, 2 ədəd tas - 75 manat; ət taxtası - 15 manat; salat doğrayan - 15 manat; bıçaq dəsti - 28 manat; suşilka - 55 manat; qrafinka stəkanı ilə - 35 manat; 2 ədəd qrafinka - 16 manat; 12 ədəd salat qabları - 25 manat; maskuralar - 30 manat; 8 ədəd yemək saxlamaq üçün qablar - 40 manat; qəddan - 15 manat; 2 ədəd padnos - 16 manat; 8 ədəd stol üstü örtü - 24 manat; qaşıq qabı - 10 manat; blinçik tavası - 28 manat; nabor taxta - 55 manat; 2 ədəd aşsüzən - 11 manat; 2 ədəd su çayniki - 55 (35 manat+20 manat) manat; 3 ədəd dəm çayniki - 15 manat; göz muncuğu ağacı - 18 manat; kapron vedrə - 12 manat; 12 ədəd duz qabları - 28 manat; mətbəx üçün dəst boşqab - 45 manat; 2 ədəd mürəbbə qabı; paltar zənbili - 6 manat; mikser blendrlə birlikdə - 120 manat; ikili çaynik - 95 manat; zərli vazlar, xrustal qənddan - 300 manat; ədviyyat qabları - 35 manat; limon götürən - 3 manat; aura salat qabı - 22 manat; meyvə yumaq üçün setka qab - 7 manat; süfrə 12 ədəd salfetka ilə birlikdə - 50 manat; 2 ədəd salfetka qabı ağ qaşlı - 10 manat; 2 ədəd salfetka qabı - 70 manat; pomidor formalı qırmızı qazan - 20 manat; yataq otağında olanlar: - 1 ədəd taxt, 1 ədəd dolab, 2 ədəd tumba, 1 ədəd termo (Türkiyə istehsalı) - 9000 manat; 1 ədəd çılçıraq - 150 manat, uşaq mebeli - 1 ədəd çarpayı, 1 ədəd beşik, 1 ədəd dolab, 1 ədəd tumba, yazı masası, termos, oyuncaq şkafı, pərdə, çılçıraq, naçnik, Türkiyə istehsalı xalça, döşək, 1 ədəd balış, pakrıval, matras, 4 ədəd balış, 2 ədəd yorğan, pastel, divar aksessuarı - 5000 manat; 3 ədəd yataq dəsti - 320 (120 manat+150 manat+50 manat) manat; 2 ədəd naçnik - 70 manat; qalın adyal -105 manat; üzqırxan - 90 manat; qotazlı ədyal - 25 manat; lampa - 8 manat; 4 otaq üçün karniz; 1 taxt döşəyi, 2 yük döşəyi, 4 ədəd yorğan, 4 ədəd 70x70 ölçüdə balış - 800 manat; 1 ədəd pakrıval - 350 manat; 5 ədəd xalça (Türkiyə istehsalı) - 695 manat; 3 ədəd kolidor çılçırağı - 150 manat; 2 ədəd tozsoran - 330 (250 manat+80 manat) manat; 1 ədəd xalça - 350 manat; uşaq mebeli - 5000 manat; ütü stulu - 50 manat; ütü - 80 manat; paltar asan - 70 manat; hamam xalatı - 50 manat; alt geyimləri - 120 manat; atlas gecə geyimi -70 manat; 8 ədəd dəsmal - 140 manat; hədiyyələr: - qazan; 2 ədəd fil və at suvenir şirniyyat qabı; meyvə qabı; ləbləbi qabı, qızıllar: - 1 ədəd İtaliya istehsalı 750 əyyar qızıl sırğa - 550 manat; Rusiya istehsalı 5 qaş brilliant qızıl nişan üzüyü - 1.200 manat; tək qaş brilliant - 500 manat; Rusiya istehsalı qızıl komplekt - 2.000 manat; Rusiya istehsalı qızıl qol saatı - 1.250 manat; Rusiya istehsalı 800 manat dəyərində olan qızıl boyunbağı klonu ilə birlikdə olan cehiz və qızılzinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi, cehiz və qızıl-zinət əşyaları aşkar edilməzsə onların dəyəri olan 52.678 manat pul məbləğinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 13 iyun 2019cu il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahları qeydə alınmışdır. Birgə nikahlarından 25 may 2020-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Bir müddət cavabdehlə birgə təsərrüfat aparsalar da sonralar münasibətləri gərgin olmuşdur. Nəticədə aralarında olan nikah əlaqələri Abşeron Rayon Məhkəməsinin 2(012)- 746/2021 saylı, 25.02.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra cehiz əşyaları gəlin köçdüyü ünvan 1 ünvanına aparılmış və iddiaçı həmin evdə yaşamağa başlamışdır. Belə ki, cehiz əşyaları və qızıl-zinət əşyaları həmin evdə qalmışdır. Dəfərlərlə əyalarını tələb etməyinə baxmayaraq, cavabdeh ona məxsus cehiz və qızıl-zinət əşyalarını qaytamaqdan imtna edir. Buna görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi X7 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini xahiş etdi. İzahatında bildirdi ki, iddiaçı evdən gedərkən heç bir əşyalarını özü ilə aparmamışdır. Ailədə söz-söhbət yarandığından ara sakitləşənə qədər onun müəyyən müddət atası evində qalması məsləhət görülmüşdür. Geyim əşyaları və diplomu sonradan verilmişdir. Cavabdehin məqsədi iddiaçı ilə aralarında olan nikahın pozulması olmuşdur. Lakin, uşaq doğulmasını gözlədikləri üçün aralarındakı nikahın pozulması gec baş vermişdir. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi X2 iddia tələbinə etiraz verərək, məhkəmənin iddianın təmini tədbiri haqqında müvafiq qərardadını icra etmək üçün icra məmurları oktyabr ayının əvvəllərində sözügedən mənzildə olmuşlar . Mənzildə mövcud olan cehiz əmlakların hamısı tək-tək siyahıya alınmış və bu barədə akt tərtib olunmuşdur. Bundan əlavə, keçən məhkəmə prosesində iddiaçı tərəfin xahişi ilə məhkəmədən cehiz əmlakın könüllü təhvil alınması üçün vaxt istənildi və biz cavabdeh olaraq buna etiraz etməmişlər. Növbəti 03.11.2021-ci il tarixli məhkəmə iclasına qədər tərəflər arasında cehiz əmlakın könüllü götürülməsi razılaşdırıldı. Lakin iddiaçı tərəfin özlərinin məhkəmədən əmlakının götürülməsi üçün vaxt verilməsini xahiş etməsinə baxmayaraq heç bir addım atmamışlar, son sözləri isə ‘'yekıın məhkəmə qətnaməsi çıxandan sonra icra məmurunun müşayəti ilə götürəcəkləri" - olmuşdur. Cavabdeh dəfərlərlə iddiaçının vəkili və anas ilə telefon daşıqları apararaq onlara istədikləri vaxt gəlib əmlaklarını götürə biləcəklərini bildirmişlər və hətta cavabdeh tərəf olaraq götürüləcək əşyaların yerinə yenilərini belə sifariş vermişlər. Əşyaların götürülməsi iddiaçıdan çox cavabdeh üçün lazımdır, çünki cavabdeh tərəfin özü üçün sifariş olunmuş əşyaları artıq gəlib çıxmışdır. İddiaçı tərəfin bu biganə laqeyd həkətinə görə onlar artıq xərc çəkib həmin əşyaları anbarda saxlatdırmaq məcburiyyətində qalmışlar. Məhkəməyə bildiririk ki, ərizədə sadalanan bir qisim əşyalar var hansı ki, onlar birgə nikah müddətində cavabdehin anası Züleyxa xanım tərəfindən alınmışdır, lakin iddiaçı tərəf bəmin əşyaları da özünün cehiz əmlakı kimi qeyd etmişdir. Qızıl zinət əşyalarıda iddiaçının digər əmlaklarının qiyməti kimi həddindən artıq şişirdilmə qiymətlərlə dəyərləndirilmişdir. Belə ki, iddiaçı xanıma toyunda hədiyyə olunmuş qızıl zinət əşyaları 750 əyarlı olmuşdur. Qızıl əşyaları həmişə Ədilə xanımın özündə olmuşdur. İddiaçı evi tərk edib gedən zaman digər geyim əşyaları ilə birlikdə aparmışdır. Belə ki, 29.08.2020-ci il tarixdə ailədə söz-söhbət baş vermişdir. İddiaçının ailəsi onu aparmağa gəldikə cavabdehin anası Züleyxa xanım onlara getmələrini və bir gün sonra gəlinini özünün gətirəcəyini bildirmişdir. 30.08.2020-ci ildə iddiaçı özü geyim əşyalarını və qızıl əşyalarının onun olduğunu bildirmiş və özü ilə aparmışdır. Cavabdeh və ailəsi tərəfindən həmin əşyaların götürülməsinə heç bir şəkildə narazılıq bildirilməmişdir. İddia ərizəsində qeyd olunan həmin qızıl əşyalarının yenidən tələbi qərəzli olaraq atılmış addımdır və heç bir əsası yoxdur. İddiaçının ərizəsində özünə məxsus geyim əşyalarının adını cəkməməsi özlüyündə bir daha sübut edir ki, iddiaçı ona məxsus geyim və qızıl əşyalarını sərbəst şəkildə toplamış və özü ilə aparmışdır. Əgər bu halın əksi olsaydı Ədilə xanım iddia tələbində bütün bu əmlakı ilə yanaşı geyim əşyalarının da adını qeyd edib məhkəmədən onların da qaytarılmasını xahiş edərdi. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, Cavabdeh onun oğlu, iddiaçı isə onun dayısı nəvəsidir. Oğlu iddiaçı ilə 1 il 3 ay evli olmuşdur. İyun ayının 29-da aralarında söz-söhbət olmuş, qızın qohumları gəlmiş,aralarında yaranan mübahisənin səbəbi iddiaçının anasıgilə getmək istəyi olmuşdur.Yaxın qohum olduqlarından razılaşmışlar ki, Ədilə gələn qohumları ilə getməsin, qalsın sakitləşsin, əgər istəyirsə sabah həttə özü onu gətirər atası evinə.Elə də oldu, səhərisi gün iddiaçı gedərkən öz əşyalarını yığmış o və oğlu avtomaşınla iddiaçını aparıb ata evinə qoymuşlar. Bir müddət atasıgildə qalacaqdır ki, arada sakitçilik yaransın. Özü iddiaçını aparıb yola salmışdır. Sentyabrın 22si zəng edib yoldaşı ilə gəlib onu evə gətirəcəklərini bildirmişlər, bir dəfə də iddiaçının ata eviə onu gətirmək üçün getmişlər,lakin iddiaçı geri qayıtmayacağını bildirmişdir.İddiaçı gedərkən özü ilə qızıl-ziynət əşyalarını da aparmışdı. Qızıllar həmişə iddiaçıda olurdu, üstündə olurdu həmişə. Onu da qeyd edir ki, o, iddiaçıya saat- 750 manat, 5 qaş brilliant üzük-300 manat, tək qaş qızıl-580 manat, 32 qr komplekt -4500 manat, 2 dənə alyans –ağ qızıl-480 manat almışdır. İddiaçı gedərkən özü ilə 2 sumka aparmışdır. Paltarları az olmuşdur. Diplomu özü ilə aparmışdır. İddiaçının iddia tələbində qeyd etdiyi suşilka özü işlədən zaman paslamış və atmışdır,ədviyyat qabını 5 manatadan İrandan iddiaçı özü pulunu verib almışdır. Üzqırxan oğluna məxsusdur. 70 manat dəyərində paltar asan iddiaçı işlədən zaman sınmışdır bundan iddiaçının da xəbəri var. 50 manat olan hamam xalatını öz bacısı üçün almışdır. Mətbəxində özünün mətbəx mebeli, aspiratoru və jalüzü olmuşdur.Qeyd edilənlərin iddiaçıya aidiyyatı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatını, şahid ifadəsini dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, tərəflər 13 iyun 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ailə quran zaman iddiaçı çehiz əmlaklarını cavabdehin yaşadığı ünvan 1 ünvanına aparmış, həmin əmlaklar halhazırda da həmin evdədir. Abşeron Rayon Məhkəməsinin 2(012)-746/2021 saylı, 25.02.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan rəsmi nikah pozulmuşdur. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11, iş üzrə tərəlbkar İddiaçı, iş üzrə borclu Cavabdeh, hal şahidi X12 tərəfindən imza edilməklə 07.10.2021-ci il tarixdə tərtib olunmuş aktın surətindən müəyyən olunur ki, Abşeron rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli, 2(012)-4008/2021 saylı icra sənədinin icrası ilə əlaqədar 07.10.2021-ci il tarixində ünvan 3 ünvanına gəlmişlər. Gəlmələrinin səbəblərini tərəflərə edlan etmişlər. Mənzilə baxış keçirilən zaman icra sənədində adları sadalanan ev-cehiz və dəyəri 55 manat olan suşilka, 35 manat olan ədviyyat qabları, 90 manat olan üzqırxan, 70 manat olan paltar asan, 50 manat olan hamam xalatı və ümumi dəyəri 6300 manat olan qızıl-zinət əşyaları istisna olmaqla, qalan əşyaların üzərinə yerində aşkarlanaraq həbs qoyulmuşdur. Həmçinin borclu şəxsə üzərinə həbs qoyulmuş əşyaların məhv edilməsi, korlanması və özgəninkiləşdirilməsi ilə bağlı cinayət məsuliyyəti elan olunmuşdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göstərilən maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilmiş işin hallarını nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbi cehiz əşyalarına dair hissədə iddia əsaslıdır və bu hissədə iddianı təmin edilməli, ünvan 1 ünvanında olan iddiaçıya məxsus 2 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd televizor altı, 1 stol, 8 stulu ilə birlikdə; qorka mebel (Türkiyə istehsalı) - 9000 manat; 1 ədəd “Samsung” markalı televizor - 1200 manat; quran qabı - 120 manat; mətbəxdə olanlar: - boz rəngli “Samsung” markalı soyuducu - 1.400 manat; boz rəngli “Samsung” markalı paltaryuyan - 850 manat; 1 mətbəx stolu 4 stul ilə birlikdə - 270 manat; çılçıraq -120 manat; “Tefal” markalı sokçəkən - 100 manat; kofemalka - 33 manat; rumkalar - 200 manat; 3 ədəd süfrə - 135 manat; çərəz qabı; kül qabı - 100 manat; tort qabı - 28 manat; dönər aparatı - 150 manat; qazan - 120 manat; qazan - 50 manat; qazan - 70 manat; qazan - 150 manat; samovar (Türkiyə istehsalı) - 120 manat; çörək qabı - 65 manat; 4 qazan dəsti - 450 manat; çay dəsti - 180 manat; ağ bağıma - 150 manat; 24 ədəd kasa, boşqab, bulud qablar -400 manat; stəkanlar - 150 manat; vazlar və güldan - 1.200 manat; göy rəngli bagema qablar -700 manat; çamadan bıçaq - 70 manat; çamadanda qaşıq dəsti - 70 manat; nəlbəki - 80 manat; padnos - 30 manat; soba - 120 manat; “Tefal” markalı ət çəkən maşın - 120 manat; kapron qablar - 70 manat; pol silən - 20 manat; 24 ədəd çay dəsmalı - 70 manat; oxlov - 10 manat; çuqun vedrə, biton, 2 ədəd tas - 75 manat; ət taxtası - 15 manat; salat doğrayan - 15 manat; bıçaq dəsti - 28 manat; qrafinka stəkanı ilə - 35 manat; 2 ədəd qrafinka - 16 manat; 12 ədəd salat qabları - 25 manat; maskuralar - 30 manat; 8 ədəd yemək saxlamaq üçün qablar - 40 manat; qəddan - 15 manat; 2 ədəd padnos - 16 manat; 8 ədəd stol üstü örtü - 24 manat; qaşıq qabı - 10 manat; blinçik tavası - 28 manat; nabor taxta - 55 manat; 2 ədəd aşsüzən - 11 manat; 2 ədəd su çayniki - 55 (35 manat+20 manat) manat; 3 ədəd dəm çayniki - 15 manat; göz muncuğu ağacı - 18 manat; kapron vedrə - 12 manat; 12 ədəd duz qabları - 28 manat; mətbəx üçün dəst boşqab - 45 manat; 2 ədəd mürəbbə qabı; paltar zənbili - 6 manat; mikser blendrlə birlikdə - 120 manat; ikili çaynik - 95 manat; zərli vazlar, xrustal qənddan - 300 manat; limon götürən - 3 manat; aura salat qabı - 22 manat; meyvə yumaq üçün setka qab - 7 manat; süfrə 12 ədəd salfetka ilə birlikdə - 50 manat; 2 ədəd salfetka qabı ağ qaşlı - 10 manat; 2 ədəd salfetka qabı - 70 manat; ədviyyat qabları - 5 manat pomidor formalı qırmızı qazan - 20 manat; yataq otağında olanlar: - 1 ədəd taxt, 1 ədəd dolab, 2 ədəd tumba, 1 ədəd termo (Türkiyə istehsalı) - 9000 manat; 1 ədəd çılçıraq - 150 manat, uşaq mebeli - 1 ədəd çarpayı, 1 ədəd beşik, 1 ədəd dolab, 1 ədəd tumba, yazı masası, termos, oyuncaq şkafı, pərdə, çılçıraq, naçnik, Türkiyə istehsalı xalça, döşək, 1 ədəd balış, pakrıval, matras, 4 ədəd balış, 2 ədəd yorğan, pastel, divar aksessuarı - 5000 manat; 3 ədəd yataq dəsti - 320 (120 manat+150 manat+50 manat) manat; 2 ədəd naçnik - 70 manat; qalın adyal -105 manat; qotazlı ədyal - 25 manat; lampa - 8 manat; 4 otaq üçün karniz; 1 taxt döşəyi, 2 yük döşəyi, 4 ədəd yorğan, 4 ədəd 70x70 ölçüdə balış - 800 manat; 1 ədəd pakrıval - 350 manat; 5 ədəd xalça (Türkiyə istehsalı) - 695 manat; 3 ədəd kolidor çılçırağı - 150 manat; 2 ədəd tozsoran - 330 (250 manat+80 manat) manat; 1 ədəd xalça - 350 manat; uşaq mebeli - 5000 manat; ütü stulu - 50 manat; ütü - 80 manat; alt geyimləri - 120 manat; atlas gecə geyimi -70 manat; 8 ədəd dəsmal - 140 manat; hədiyyələr: - qazan; 2 ədəd fil və at suvenir şirniyyat qabı; meyvə qabı; ləbləbi qabından ibarət cehiz əşyaları, aşkar edilməzsə onların dəyəri cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddia tələbinin suşilka - 55 manat, üzqırxan - 90 manat, paltar asan - 70 manat, hamam xalatı - 50 manat, mətbəx üçün jalüz - 200 manat olan mətbəx mebeli, aspirator cehiz əşyalarının cavabdehdən alınıb olna verilməsi hissəsində iddiaçı hər hansı sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. İddia tələbinin qızıl-ziynət əşyalarına dair hissəsində məhkəmə qeyd edir ki, tərəflərin izahatından göründüyü kimi həmin əşyaları həmişə iddiaçının özündə olmuşdur, iddiaçı evdən gedərkən sərbəst qaydada əşyalarını götürməklə evdən getmişdir, hətta cavabdeh tərəf ailənin bərpası üçün bir neçə dəfə onun ardınca getmişlər, lakin iddiaçı geri qayıtmamışdır. Bütün bu hallar isə belə nəticəyə gəlir ki, iddia tələbinin qızıl ziynət əşyalarını dair hissəsində iddiaçı iddiasının əsaslı olduğunu sübut edə bilmədi Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qızıl-ziynət əşyalarına dair hissədə əsassızdır və təmin edilməməlidir. İddia ərizəsi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilməli olan, lakin ödənilməmiş 30 manat dövlət rüsumuna görə pulun 15 manatı iddiaçıdan, 15 manatı isə cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bu hissədə tədqiq edilmiş sübutlara qiymət verərək qeyd edir ki, iddiaçı mübahisə edilən qızıl əşyaların cavabdehlərdə qalmasını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında olan iddiaçıya məxsus 2 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd televizor altı, 1 stol, 8 stulu ilə birlikdə; qorka mebel (Türkiyə istehsalı) - 9000 manat; 1 ədəd “Samsung” markalı televizor - 1200 manat; quran qabı - 120 manat; mətbəxdə olanlar: qaz peçi - 150 manat; boz rəngli “Samsung” markalı soyuducu - 1.400 manat; boz rəngli “Samsung” markalı paltaryuyan - 850 manat; 1 mətbəx stolu 4 stul ilə birlikdə - 270 manat; çılçıraq -120 manat; “Tefal” markalı sokçəkən - 100 manat; kofemalka - 33 manat; rumkalar - 200 manat; 3 ədəd süfrə - 135 manat; çərəz qabı; kül qabı - 100 manat; tort qabı - 28 manat; dönər aparatı - 150 manat; qazan - 120 manat; qazan - 50 manat; qazan - 70 manat; qazan - 150 manat; samovar (Türkiyə istehsalı) - 120 manat; çörək qabı - 65 manat; 4 qazan dəsti - 450 manat; çay dəsti - 180 manat; ağ bağıma - 150 manat; 24 ədəd kasa, boşqab, bulud qablar -400 manat; stəkanlar - 150 manat; vazlar və güldan - 1.200 manat; göy rəngli bagema qablar -700 manat; çamadan bıçaq - 70 manat; çamadanda qaşıq dəsti - 70 manat; nəlbəki - 80 manat; padnos - 30 manat; soba - 120 manat; “Tefal” markalı ət çəkən maşın - 120 manat; kapron qablar - 70 manat; pol silən - 20 manat; 24 ədəd çay dəsmalı - 70 manat; oxlov - 10 manat; çuqun vedrə, biton, 2 ədəd tas - 75 manat; ət taxtası - 15 manat; salat doğrayan - 15 manat; bıçaq dəsti - 28 manat; qrafinka stəkanı ilə - 35 manat; 2 ədəd qrafinka - 16 manat; 12 ədəd salat qabları - 25 manat; maskuralar - 30 manat; 8 ədəd yemək saxlamaq üçün qablar - 40 manat; qəddan - 15 manat; 2 ədəd padnos - 16 manat; 8 ədəd stol üstü örtü - 24 manat; qaşıq qabı - 10 manat; blinçik tavası - 28 manat; nabor taxta - 55 manat; 2 ədəd aşsüzən - 11 manat; 2 ədəd su çayniki - 55 (35 manat+20 manat) manat; 3 ədəd dəm çayniki - 15 manat; göz muncuğu ağacı - 18 manat; kapron vedrə - 12 manat; 12 ədəd duz qabları - 28 manat; mətbəx üçün dəst boşqab - 45 manat; 2 ədəd mürəbbə qabı; paltar zənbili - 6 manat; mikser blendrlə birlikdə - 120 manat; ikili çaynik - 95 manat; zərli vazlar, xrustal qənddan - 300 manat; limon götürən - 3 manat; aura salat qabı - 22 manat; meyvə yumaq üçün setka qab - 7 manat; süfrə 12 ədəd salfetka ilə birlikdə - 50 manat; 2 ədəd salfetka qabı ağ qaşlı - 10 manat; 2 ədəd salfetka qabı - 70 manat; ədviyyat qabları - 5 manat pomidor formalı qırmızı qazan - 20 manat; yataq otağında olanlar: - 1 ədəd taxt, 1 ədəd dolab, 2 ədəd tumba, 1 ədəd termo (Türkiyə istehsalı) - 9000 manat; 1 ədəd çılçıraq - 150 manat, uşaq mebeli - 1 ədəd çarpayı, 1 ədəd beşik, 1 ədəd dolab, 1 ədəd tumba, yazı masası, termos, oyuncaq şkafı, pərdə, çılçıraq, naçnik, Türkiyə istehsalı xalça, döşək, 1 ədəd balış, pakrıval, matras, 4 ədəd balış, 2 ədəd yorğan, pastel, divar aksessuarı - 5000 manat; 3 ədəd yataq dəsti - 320 (120 manat+150 manat+50 manat) manat; 2 ədəd naçnik - 70 manat; qalın adyal -105 manat; qotazlı ədyal - 25 manat; lampa - 8 manat; 4 otaq üçün karniz; 1 taxt döşəyi, 2 yük döşəyi, 4 ədəd yorğan, 4 ədəd 70x70 ölçüdə balış - 800 manat; 1 ədəd pakrıval - 350 manat; 5 ədəd xalça (Türkiyə istehsalı) - 695 manat; 3 ədəd kolidor çılçırağı - 150 manat; 2 ədəd tozsoran - 330 (250 manat+80 manat) manat; 1 ədəd xalça - 350 manat; uşaq mebeli - 5000 manat; ütü stulu - 50 manat; ütü - 80 manat; alt geyimləri - 120 manat; atlas gecə geyimi -70 manat; 8 ədəd dəsmal - 140 manat; hədiyyələr: - qazan; 2 ədəd fil və at suvenir şirniyyat qabı; meyvə qabı; ləbləbi qabından ibarət cehiz əşyaları aşkar edilməzsə onların dəyəri cavabdehdən alınıb iddiaçıya verilsin. İddiaçı və Cavabdeh hər birindən 15 manat dövlət rüsumuna görə pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Hakim : Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar