Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4056/2021 28.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliyinin icrası tələbinə dair iddia ərizəsi üzrə mülki işə 28 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliyinin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 26 dekabr 2018-ci il tarixli, 62 saylı müqaviləyə uyğun olaraq Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 63,3 kv.metr olan 1 otaqlı, 19 saylı mənzilin bütün sonlama işlərini tamamlayaraq növbəti 2 ay ərzində ona təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, mənzili tikib ona təhvil vermək öhdəliyini vaxtında icra etmədiyinə görə cavabdehin üzərinə kirayə pulu üçün ödədiyi 400 manat məbləğin 01.01.2020-ci ildən başlayaraq mənzilin təhvil verilməsinə qədər cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı payçı kimi icraçı Cavabdeh ilə 26 dekabr 2018-ci il tarixli, 62 saylı müqavilə bağlayaraq Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 63,3 kv.metr olan 1 otaqlı, 19 saylı mənzili pulunu birdəfəlik və nağd qaydada ödəməklə almışdır. Cavabdeh həmin müqavilənin 2.1-ci maddəsinə əsasən mənzili tikib iddiaçıya təhvil vermək öhdəliyi götürmüşdür. Lakin, 3 ilə yaxın müddətdə nəinki iddiaçıya məxsus mənzil, binanın özü belə sonacan tikilib qurtarmamış və sonlanmanın nə vaxt olacağı da məlum deyil. İddiaçı və digər payçılar dəfələrlə Cavabdeh rəhbəri Emil Səməndərovla görüşərək müqavilə öhdəliyinə riayət etməsini, mənzili vaxtında və keyfiyyətlə tikərək təhvil verməsini tələb etmiş, lakin sonuncu hər dəfə 2-3 ay da möhlət verin deyərək üzərinə düşənləri yerinə yetirməkdən yayınmışdır. İddiaçı hazırda 4 nəfər ailə üzvü ilə birlikdə kirayədə yaşayır və hər ay 400 manat kirayə haqqı ödəyir. Hansı ki, cavabdeh mənzili vaxtında tikib iddiaçıya təhvil versəydi hər ay sözügedən məbləği kirayəyə ödəməzdi. Cavabdehin günahı üzündən iddiaçı həm də maddi zərər çəkir. Məhkəmə iclasında işrtirak edən İddiaçı iddianı müdafiə edib,iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 63,3 kv.metr olan 1 otaqlı, 19 saylı mənzil İddiaçı məxsusdur. İddiaçı həmin mənzilə sahiblənə və istifadə edə bilər. Qeyd olunan mənzillə bağlı heç bir narahatçılıq yoxdur. Sözügedən mənzilin iddiaçıya məxsus olması ilə bağlı heç bir mübahisə yoxdur. Ona görə də, hesab edir ki, digər iddia tələbi əsaslı deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 26.12.2018-ci il tarixli, 62 nömrəli mənzil tikintisi haqqında müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, “İcraçı” Cavabdeh ilə “Payçı” İddiaçı arasında müqavilə bağlanmış, müqaviləyə əsasən “İcraçı” Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 63,3 kv.metr olan, izolə olunmuş 1 otaqdan ibarət 19 №-li mənzili pay kimi “Payçı”ya ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bir kvadrat metr sahə üçün 650 manat təşkil edir və sahəsi 63,3 kv.m olan mənzil üçün cəmi 41.145 manat ödənilmişdir. Mülki işin materiallarında olan Cavabdeh 26 dekabr 2018-ci il tarixli maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Paşayev X2 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1 “A” ünvanda inşa olunan 5 bloklu 15 mərtəbəli yaşayış binasının 5-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 63,3 kv.metr olan 1 otaqlı 19 saylı mənzilin dəyəri olan 41.145 manatı MTK-ya ödəmişdir, heç bir borcu yoxdur. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən verilmiş ƏXZ seriyalı, 675467 №li kassa mədaxil orderinin qəbzinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı 41.145 manat pay haqqını Cavabdeh kassasına mədaxil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 752.1.maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı tərəfindən mübahisəli Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 63,3 kv.metr olan, izolə olunmuş 1 otaqdan ibarət 19 №-li mənzilin dəyəri tam olaraq Cavabdehnə ödənilmişdir. Tərəflərin izahatlarından, işin materiallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli mənzil ilə bağlı öhdəlik tam yerinə yetirilmiş, lakin həmin mənzil iddiaçıya təhvil verilməmişdir. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində qanunvericiliyin tələblərinə uyğundur, cavabdeh tərəfindən mübahisəli mənzilin iddiaçıya təhvil verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanan 26 dekabr 2018-ci il tarixli, 62 №-li müqaviləyə əsasən həmin Mənzil tikinti kooperativinin Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 63,3 kv.metr olan, izolə olunmuş 1 otaqdan ibarət 19 №-li mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdehnə üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin “mənzilin bütün sonlama işlərini tamamlayaraq növbəti 2 ay ərzində iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzili tikib təhvil vermək öhdəliyini vaxtında icra etmədiyinə görə cavabdehin üzərinə kirayə pulu üçün ödədiyi 400 manat məbləğin 01.01.2020-ci ildən başlayaraq mənzilin təhvil verilməsinə qədər cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilədə tərəflər arasında mənzilin tikilib təhvil verilməsi ilə əlaqədar hər hansısa müddət müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.Bundan başqa, iddia tələbinin kirayə haqqı ilə əlaqədar hissəsini də, məhkəmə əsassız hesab edir. Belə ki, qeyd edildiyi kimi cavabdeh tərəfindən mənzillə bağlı müqavilə öhdəliyi yerinə yetirilmişdir, müqavilədə müddət nəəzərdə tutulmasa da ğhdəlik ağlabatan üç illik müddətdə artıq yerinə yetirilmişdir.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qalan hissədə əsassızdır və təmin edilməməlidir. Beləliklə, qeyd e dilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli,İddiaçı ilə Cavabdeh arasında bağlanan 26 dekabr 2018-ci il tarixli, 62 №-li müqaviləyə əsasən həmin Mənzil tikinti kooperativinin Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 63,3 kv.metr olan, izolə olunmuş 1 otaqdan ibarət 19 №-li mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 10 manatı cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında bağlanan 26 dekabr 2018-ci il tarixli, 62 №-li müqaviləyə əsasən həmin Mənzil tikinti kooperativinin Abşeron rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 63,3 kv.metr olan, izolə olunmuş 1 otaqdan ibarət 19 №-li mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdehndən 10 manat rüsuma görə ödənilmiş pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4056/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4056/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver