Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-469/2024 03.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Cavabdeh qarşı PVC kənar bantlama avadanlığının qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6127/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı X3 Publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X6 Cavabdeh ilə aralarında bağlanmış “özünüməşğulluğa kömək göstərilməsinə dair” 10 fevral 2022-ci il tarixində, 7DBL-073 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN:xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli PVC kənar bantlama avadanlığının (yapışqanın qızma müddəti 30 dəqiqə, qalınlığı 0.40x32 mm, işləmə sürəti (dəq.) 10 metr, elektrik 4-5.5 kvt, yapışqan qabının həcmi 3.5 kq, frezləmə 0.40x3 mm. Meg tab 2) natura şəklində agentliyə qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı X3 Publik hüquqi şəxsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Cavabdeh qarşı PVC kənar bantlama avadanlığının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “özünüməşğulluğa kömək göstərilməsinə dair” 10 fevral 2022-ci il tarixində 73 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN:xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli PVC kənar bantlama avadanlığının (yapışqanın qızma müddəti 30 dəqiqə, qalınlığı 0.40x32 mm, işləmə sürəti (dəq.) 10 metr, elektrik 4-5.5 kvt, yapışqan qabının həcmi 3.5 kq, frezləmə 0.40x3 mm. Meg tab 2) natura şəklində agentliyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) 7 saylı Ərazi Məşğulluq filialı arasında bağlanan “özünüməşğulluğa kömək göstərilməsinə dair” 10 fevral 2022-ci il tarixində 73 nömrəli müqaviləyə əsasən agentlik tərəfindən Cavabdeh “mebel (bant vurma)” zərfinə daxil olan aktivlər, yəni PVC kənar bantlama avadanlığı, yapışqanın qızma müddəti 30 dəqiqə, qalınlığı 0.40x32 mm, işləmə sürəti ( dəq.) 10 metr, elektrik 4-5.5 kvt, yapışqan qabının həcmi 3.5 kq, frezləmə 0.40x3 mm. meg tab 2 natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 10 fevral tarixli aktla vətəndaş Cavabdeh “mebel (bant vurma)” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli qərarı ilə təsdiq olunmuş “özünüməşğulluğunun təşkili qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinqlər keçirilmiş və 2023-cü il tarixli 16 may tarixli yekun monitorinq aktlarına əsasən Cavabdeh verilmiş “mebel (bant vurma)” zərfinə daxil olan aktivlərdən, yəni PVC kənar bantlama avadanlığı, yapışqanın qızma müddəti 30 dəqiqə, qalınlığı 0.40x32 mm, işləmə sürəti (dəq.) 10 metr, elektrik 4- 5.5 kvt, yapışqan qabının həcmi 3.5 kq, frezləmə 0.40x3 mm. meg tab 2 aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı X3 Publik hüquqi şəxsi Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 7 saylı Ərazi Məşğulluq filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 10 fevral 2022-ci il tarixində 73 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Mebel (bant vurma)” zərfinə daxil olan aktivlər, yəni PVC kənar bantlama avadanlığı, yapışqanın qızma müddəti 30 dəqiqə, qalınlığı 0.40x32 mm, işləmə sürəti ( dəq.) 10 metr, elektrik 4-5.5 kvt, yapışqan qabının həcmi 3.5 kq, frezləmə 0.40x3 mm. Meg tab 2 natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 10 fevral tarixli aktla vətəndaş Cavabdeh “Mebel (bant vurma)” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinqlər keçirilmiş və 2023-ci il tarixli 16 may tarixli yekun monitorinq aktlarına əsasən Cavabdeh verilmiş “Mebel (bant vurma)” zərfinə daxil olan aktivlərdən, yəni PVC kənar bantlama avadanlığı, yapışqanın qızma müddəti 30 dəqiqə, qalınlığı 0.40x32 mm, işləmə sürəti ( dəq.) 10 metr, elektrik 4-5.5 kvt, yapışqan qabının həcmi 3.5 kq, frezləmə 0.40x3 mm. Meg tab 2 aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyi və ona verilən aktivlər aşkar edilmədiyi üçün aktivlər onun mülkiyyətinə verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinqlər keçirilmiş və 2023-ci il tarixli 16 may tarixli yekun monitorinq aktlarına əsasən Cavabdeh verilmiş “Mebel (bant vurma)” zərfinə daxil olan aktivlərdən, yəni PVC kənar bantlama avadanlığı, yapışqanın qızma müddəti 30 dəqiqə, qalınlığı 0.40x32 mm, işləmə sürəti ( dəq.) 10 metr, elektrik 4-5.5 kvt, yapışqan qabının həcmi 3.5 kq, frezləmə 0.40x3 mm. Meg tab 2 aşkar edilməmişdir. Bu barədə akt iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, sözügedən əmlakların cavabdeh tərəfindən 1 (bir) il müddətindən tez satılması iş materialları ilə öz təsdiqini tapmamışdır. Ancaq cavabdeh əmlakların onun tərəfindən 1 (bir) il müddətindən tez satılmadığını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini tərəflər arasında bağlanmış 10 fevral 2022-ci il tarixli 7DBL-073 nömrəli müqavilədə tərəflərin məsuliyyəti müəyyən edilərkən müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etməməsinin təsdiq edilməməsi, özünüməşğulluğa cəlb olunmuş Cavabdeh tərəfindən müqavilə şərtlərini pozan hərəkətlərin sübut olunmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı tərəfindən özünəməşğulluq proqramı çərçivəsində cavabdehə müqaviləyə əsasən PVC kənar bantlama avadanlığının (yapışqanın qızma müddəti 30 dəqiqə, qalınlığı 0.40x32 mm, işləmə sürəti (dəq.) 10 metr, elektrik 4-5.5 kvt, yapışqan qabının həcmi 3.5 kq, frezləmə 0.40x3 mm. Meg tab 2) verilməsi işin mübahisəsiz halıdır. Hazırkı iş üzrə iddia tələbi PVC kənar bantlama avadanlığının qaytarılması barədədir. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.3., 24.4-cü maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən agentliyin müvafiq yerli qurumları və ya mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a (“Məşğulluq” altsistemi) daxil etməlidir. Həmin Qaydanın 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi, agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. O cümlədən, həmin şəxs müqavilə müddətində fəaliyyəti və ona təhvil verilmiş əmlak barədə məlumatları məşğulluq altsistemə daxil etməlidir. Lakin cavabdeh bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmiş, sonuncunun fəaliyyətinin yoxlanması və monitorinq zamanı 10 fevral 2022-ci il tarixli 7DBL-073 nömrəli müqavilə əsasında ona təhvil verilmiş PVC kənar bantlama avadanlığın olmadığı aşkar edilmişdir. Bununla da cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Cavabdeh həmin əmlakın nəzərdə tutulmuş bir illik müddətin başa çatması ilə bağlı satıldığını bildirsə də, bunu təsdiq edən tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası tərəfindən avadanlığın hazırkı orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə mülki iş üzrə ekspertiza təyin edilmişdir. “B+Ş Audit Konsaltinq” MMCnin 17 mart 2024-cü il tarixli A-30/24 nömrəli mütəxəssis rəyinə əsasən PVC kənar bantlama avadanlığının (yapışqanın qızma müddəti 30 dəqiqə, qalınlığı 0.40x32 mm, işləmə sürəti (dəqiqə) 10 metr, elektrik 4-5.5 kvt, yapışqan qabının həcmi 3.5 kq, frezləmə 0.40x3 mm. Meg tab 2) indiki orta bazar qiyməti 4500 (dörd min beş yüz) manat, likvid dəyəri 4000 (dörd min) manat müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş halları qanunvericiliyin yuxarıda sadalanan dizpozisiya şərtləri ilə uzlaşdığından, iddia tələbi təmin edilməli, Cavabdeh PVC kənar bantlama avadanlığı (yapışqanın qızma müddəti 30 dəqiqə, qalınlığı 0.40x32 mm, işləmə sürəti ( dəq.) 10 metr, elektrik 4-5.5 kvt, yapışqan qabının həcmi 3.5 kq, frezləmə 0.40x3 mm. Meg tab 2) natura şəklində iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2ytarılmalı, avadanlıq naturada mövcud olmadıqda dəyəri 4000 (dörd min) manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Cavabdeh alınaraq “B+Ş Audit Konsaltinq” MMCnin hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbində qeyd olunan avadanlığının dəyəri 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh PVC kənar bantlama avadanlığı (yapışqanın qızma müddəti 30 dəqiqə, qalınlığı 0.40x32 mm, işləmə sürəti ( dəq.) 10 metr, elektrik 4-5.5 kvt, yapışqan qabının həcmi 3.5 kq, frezləmə 0.40x3 mm. Meg tab 2) natura şəklində iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2ytarılsın, avadanlıq naturada mövcud olmadıqda dəyəri 4000 (dörd min) manat tutularaq iddiaçıya ödənilsin. Cavabdeh keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat alınaraq “B+Ş Audit Konsaltinq” MMC-nin hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-469/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-469/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver