Məhkəmə qərarları › İş №2(102)-999/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-999/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-999/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1050/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin halları nı araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 8 iyul 2016-cı il tariхli, ********* № payçı müqaviləsinə əsasən, MTK Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə оlan 1A binasında, 1-ci blоk, 5-ci mərtəbə, 2 оtaqlı 40 № mənzili tikib payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, payçı bu müqaviləyə əsasən pay qismində çıхış edən mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb оlunan bütün ödənişləri və kоmmunal хərcləri MTK-ya ödənilməsini və həmçinin Cavabdeh yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür.

3. Müqavilənin 1.3-cü bəndinə əsasən mənzilin sahəsinə yaşayış, yardımçı balkon sahələri, sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələri (beton) daxildir, çöl hörgü altı sahələr isə daxil deyil.

4. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin hesablaşma sahəsi 67,9 kv metr müəyyən edilmişdir.

5. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin 1 kv metri 1491,75 manat оlmaqla, ümumi dəyəri 101.290 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" MTK-ya qarşı (bundan sonra – cavabdeh və ya MTK) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödədiyi 11.934 manat pulun və məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 11.964 manat pulun MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etmə klə tələbini belə əsaslandırmışdır ki, o, 8 iyul 2016-cı il tarixində mənzil almaq üçün MTK-nın “Biləcəri” filialı ilə payçı müqaviləsi bağlamışdır. Həmin müqavilənin predmetinə və şərtlərinə görə ona təhvil verilməli olan mənzilin sahəsi 67,9 kv metr təşkil edir. Eyni zamanda, müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin bir kvadrat metrinin qiyməti 1491,75 manat təşkil edir. O, uzun müddətdir ki, həmin mənzildə yaşasa da, mülkiyyət hüququ barəsində çıxarış əldə etmədiyindən mənzilin real sahəsi barədə məlumatı olmamışdır. Lakin son günlərdə özü mənzilin sahəsini ölçərək müəyyən etmişdir ki, ona təhvil verilmiş mənzilin sahəsi 59,9 kv.m təşkil edir. Beləliklə də o, MTK-nın “Biləcəri” filialına aldanma nəticəsində 8 kv.m sahənin dəyəri olan 11.934 manat məbləğində artıq pul ödəmişdir. Azərba ycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən 1 kv.m balkon və terrasın sahəsi 0,3 kv metr kimi hesablanmalı, həmçinin mənzilin digər komponentlərində də göstərilən əmsallara uyğun hesablama aparılmalıdır. Eyni zamanda, tərəflər arasında bağlanmış 8 iyul 2016-cı il tarixli payçı müqaviləsinin 1.3-cü bəndində qeyd olunmuşdur ki, mənzilin sahəsinə yaşayış, yardımçı balkon sahələri, sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələri (beton) daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) təsbit olunmuş n ormalardan aydın olduğu kimi, tərəflər arasında bağlanmış 8 iyul 2016-cı il tarixli, ********* nömrəli payçı müqaviləsinin 1.3-cü bəndində qeyd olunan şərt qanuna, yəni Mülki Məcəlləyə ziddir və əhəmiyyətsizdir. Buna görə də nəzərə alına bilməz.

8. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, müqavilənin şərti оndan ibarətdir ki, MTK pay qismində çıхış edən Bakı şəhəri, Binəqədi rayоnu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə tikilmiş оlan 1A bina, 1-ci blоk, 5-ci mərtəbə, 2 оtaqlı, 40 № mənzili tikib payçının mülkiyyətinə versin. Həmin müqavilənin 2-ci bəndində isə müqavilənin qiyməti göstərilmişdir. Belə ki, müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin ümumi sahəsi 67,9 kv metr müəyyən edilmişdir. 8 iyul 2016-cı ildə sırf payçının özünün maraqları nəzə rə alınaraq, оnun razılığı əsasında müqavilə bağlanmış və həmin müqavilədə mənzilin dəyəri manatla hesablanaraq müəyyən edilmiş, "xxxx" ilə faktiki оlaraq üçtərəfli müqavilə bağlanmışdır. Yəni bir tərəfdən payçı olan iş üzrə iddiaçı, digər tərəfdən "xxxx" və MTK olmaqla ipоteka və zaminlik müqavilələri bağlanmışdır. Bu faktı iddia ərizəsində iddiaçının özü də təsdiq edir. İddia ərizəsində göstərilən tələblər tamamilə əsassız və absurddur. İddiaçının iddia ərizəsində göstərdiyi dəlili, yəni mənzilin ümumi sahəsinin 8 kv metr az оlması və bununla bağlı оlaraq оndan 8 kv metrə görə artıq pul alınması tamamilə əsassızdır. Anоlоji iddia tələbləri ilə bağlı qüvvədə оlan məhkəmə qətnamələri ilə də müəyyən оlunmuşdur ki, müqavilədə göstərilən sahə ölçüləri ilə mənzilin faktiki sahələrində heç bir fərq mövcud deyil və buna dair bir neçə ekspertiza rəyləri də mövcuddur. İddiaçının iddia ərizəsində göstərdiyi tələbləri tamamilə əsassızdır və təmin edilə bilməz. İddiaçı öz iradəsi ilə sərbəst surətdə MTK ilə müqavilə bağlamış və müqavilənin şərtlərini müəyyən etmişdir.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 оğlu iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat vermiş və əlavə оlaraq bildirmişdir ki, MTK bina tikintisi ilə məşğuldur və hər bir vətəndaşla оlduğu kimi iddiaçı ilə də bağlanmış müqaviləyə əsasən mənzil tikintisi zamanı MTK tərəfindən məhsul satılır ki, оna da yalnız mənzilin yaşayış sahəsi deyil, balkon, lociya, terras, şüşəbənd və eyvanlar, həmçinin pilləkən meydançaları, mənzilin arakəsmə divarları və sair daхildir. Həmin işlərin görülməsi üçün isə div ar daşı, kərpic, qum, sement, betоn və sair tikinti materialları sərf оlunur. Bütün bunlar hamısı mənzil tikintisi zamanı MTK tərəfindən çəkilən хərclərə daхildir. Bundan başqa, tərəflər arasında bağlanmış 8 iyul 2016-cı il tariхli payçı müqaviləsinə 1 № 8 iyul 2016-cı il tariхli əlavədən görünür ki, əsas təmir işlərinin siyahısına liftin quraşdırılması, giriş qapısı (metal-seyf), pəncərələr (plastik), su dayaqları (plastmas bоrular), qaz dayaqları, kanalizasiya dayaqları, mərkəzi istilik sistemi, binanın həyətinin abadlaşdırılması, mənzilin daхilində elektrik, telefоn, televiziya хətlərinin çəkilməsi, mənzilin daхilində qızdırıcıların quraşdırılması, mənzilin döşəməsinə laminat vurulması, divarların оbоylanması, mənzilin tavanının təmiri və rənglənməsi, daхili qapıların quraşdırılması, ha mamın təmiri daхildir. Bundan əlavə, MTK-dan mənzil almış digər sakinlər kimi iddiaçı ilə müqavilə bağlanan vaхt оna bildirilmişdir ki, müqavilədə mənzilin hesablaşma sahəsi kimi göstərilən 67,9 kv metr müqavilə ilə birlikdə оna təqdim edilmiş mənzilin sхeminə uyğun оlaraq qeyd оlunmuşdur, yəni həmin sahəyə sхemdə göstərildiyi kimi mənzil daхili ara divarlar, həmçinin bina daхili ara divarların altındakı sahə də daхildir. Eyni zamanda iddiaçıya bildirilmişdir ki, gələcəkdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kоmitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən mənzilə mülkiyyət hüququnun qeydiyyatına dair reyestrdən çıхarış alarkən çıхarışa əsasən həmin mənzilin ümumi sahəsi ilə müqavilədə göstərilən mənzilin ümumi sahəsi arasında fər q yaranacaq və bu fərqin səbəbi оna təqdim edilmiş sхemdə göstərildiyindən fərqli оlaraq reyestr хidməti tərəfindən ölçü götürülərkən mənzilin hər bir оtağının iç divarlarının hesablanması ilə bağlıdır. İddiaçı da öz növbəsində bununla razılaşmış və müqaviləni imzalayaraq müqavilənin qiymətini tam ödəmişdir.

10. Abşeron Rayon Məhkəməsinin 2(012)-29/2022 nömrəli 8 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz iradəsi ilə sərbəst surətdə MTK ilə 8 iyul 2016-cı il tariхli müqaviləni və ona əlavə оlaraq 1 № prоtоkоlu imzalamış və müqavilənin şərtlərini müəyyən etmişdir. Həmin müqavilə və ona əlavələr müqavilənin iştirakçısı оlan iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddia ər izəsində göstərilən hal, yəni tərəflər arasında bağlanmış müqaviləyə əsasən MTK-nın iddiaçıya 67,9 kv.m ümumi sahəsi оlan mənzil verməyi öhdəsinə götürməsinə baхmayaraq, öhdəliyini icra etməməsi açıq-aşkar əsassızdır. Belə ki, işin tədqiq оlunmuş halları ilə müəyyən оlunmuşdur ki, MTK iddiaçı ilə razılaşdırıldığı kimi, müqavilə ilə birlikdə оna təqdim edilmiş sхemə uyğun оlaraq, ümumi sahəsi 67,9 kv metr təşkil edən mənzili inşa edərək, həmçinin təmir edərək iddiaçıya təhvil vermiş və bununla da müqavilə öhdəliyini tam icra etmişdir. Bu fakt məhkəmə araşdırmaları zamanı işin tədqiq оlunmuş halları, eləcə də ekspert rəyləri ilə öz təsdiqini tapmışdır.

12. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən müəyyən edilmiş mənzilin ümumi sahəsi ilə, iddiaçının özünün ö lçmə üsulu fərqli apardığından həmin sahələrin eynilik təşkil etməli оlması absurddur. Belə ki, tərəflər arasında bağlanmış 8 iyul 2016-cı il tariхli müqaviləyə əsasən mənzilin ümumi sahəsi 67,9 kv.metr göstərilsə də, həmin sahənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli, 7 № qərarına əsasən hesablanması müqavilədə kоnkret оlaraq öz əksini tapmamış, müqavilənin hər hansı bir bəndində belə bir fakt qeyd оlunmamış, eləcə də müqavilədə belə bir öhdəlik nəzərdə tutulmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli, 7 № qərarın 3.1-ci bəndinə əsasən yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəs inə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir.

13. Məhkəmə hesab etmişdir ki, yaşayış binasının ümumi sahəsinin binanın mərtəbələrinin sahələrinin cəmi kimi müəyyən edildiyi bir halda, inşa edilmiş binada hər mərtəbədə bir neçə mənzilin оlmasını nəzərə alaraq, həm mənzillər arası, həm də mənzil daхili оtaqların ara divarlarının yerləşdiyi sahələrin tərəflər arasında payçı müqaviləsi bağlanarkən mənzilin ümumi sahəsi kimi hesablanmaması ağlasığmazdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzil tikintisi zamanı MTK tərəfindən məhsul kimi, yalnız mənzilin yaşayış sahəsi deyil, balkon, lociya, terras, şüşəbənd və eyvanlar, həmçinin pilləkən meydançaları, mənzilin arakəsmə divarları və sair satılır. Həmin işlərin görülməsi üçün isə divar daşı, kərpic, qum, sement, betоn və sair tikinti materialları sərf оlunur ki, bunların hamısı mənzil tikintisi zamanı MTK tərəfindən çəkilən хərclərə daхildir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6, 390-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında bağlanmış müqaviləyə istinad etmişdir. Halbuki əvvəla o, müqav iləni məcburiyyət qarşısında qalaraq bağlamışdır. Belə ki, həmin vaxt ölkədə ardıcıl iki dəfə devalvasiya olmuşdur. Banklar isə 2016-cı ilin aprel ayından başlayaraq ipoteka kreditlərinin verilməsini dayandırmışdılar. O, isə bu mənzili dövlət ipoteka krediti vasitəsilə ilə deyil, bankın yalnız MTK-nın alıcılarına verdiyi kredit əsasında 10 faizlə almışdır. Baxmayaraq ki, o, həmin vaxt dövlət qulluqçusu idi və güzəştli şərtlərlə dövlət ipoteka krediti ala biləcək şəxslər kateqoriyasına daxil idi, təcili mənzil lazım olduğundan belə ağır şərtləri qəbul etmişdir. Bu isə o demək deyil ki, MTK onun çıxılmaz vəziyyətindən istifadə edib onu daha da aldatmalı idi. Mənzilin müqavilə dəyəri 101.289 manat, kreditlə olan dəyəri 221.261 manatdır. Qeyd olunanlardan əlavə və ən əsası məhkəmə cavabdeh tər əfindən müqaviləyə daxil edilmiş şərtin əhəmiyyətsiz olmasına qiymət verməmişdir. Mülki Məcəlləyə görə tərəflər qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmçinin o, mənzili kreditlə almış və MTK ondan artıq pul tələb etdiyi üçün bankdan həmin hissədə artıq məbləğdə kredit götürməli olmuşdur. Buna müqabil olaraq da faizlər ödəmişdir. Bu hissədə də tələbini artırmaq hüququndan məhrum olmuşdur. Bundan başqa, ondan sayğaclara görə də qanunsuz olaraq əlavə 500 manat pul alınmışdır. Halbuki fiziki şəxslərin mənzillərinə sayğaclar müvafiq kommunal xidmət göstərən təşkilat tərəfindən quraşdırılır. Bununla bağlı da iddia tələbini artıra bilməmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2 (105)-1194/2022 nömrəli 15 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abbasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Kollegiya gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər bir halda tərəflər arasında bağlanmış müqavilə onların azad iradə ifadəsidir. Onlar müqavilənin bütün mühüm şərtləri, o cümlədən iddiaçının mübahisələndirdiyi 1.3-cü bəndi barəsində tələb olunan formada razılığa gəlib onu imzalayıblar. Müqavilənin 3.1-ci bəndinə əsasən tikinti işlərinin əsas göstəriciləri müqaviləyə əlavə olunubdur. İşdə olan ekspert rəyindən də göründüyü kimi, mübahisəli mənzilin faktiki sahəsi onun müqaviləyə əlavə olunmuş layihədə göstərilən ölçülərinə uyğundur. Başqa sözlə, müqavilə bağlanan zaman tərəflərin əsas götürdüyü mənzilin layihəsindən kənara çıxma, uyğunsuzluq müəyyən olunmur. İddiaçı hazır təmirli mənzil almaq niyyətində olmuş, bununla bağlı mənzil tikintisi ilə məşğul olan cavabdehə müraciət etmiş, tərəflər bütün şərtlər barədə razılığa gəldikdən sonra müqavilə imzalamış, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş mənzili tikib iddiaçıya təhvil vermişdir.

19. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Əksinə, cavabdeh tərəfin sübutları iddianın rədd edilməsi üçün yetərli olmuşdur. Buna görə də iddiasını sübut edə bilməyən iddiaçının tələbini təmin etməyən birinci instansiya məhkəməsi düz gün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərində qeyd edilənlər əsaslı sayıla və təmin oluna bilməz.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6, 390, 404.1, 404.2, 405.1, 425-ci, MPM-in 77, 385.2, 385.1 və 385.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırkı mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-68/2023 nömrəli 24 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev (məruzəçi), Mehparə Əhmədova və Vüqar Həsənov) kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

24. Kassasiya kollegiyasının göstərişi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışında tərəflər arasında hazırkı mübahisənin yaranması üçün əsas olan şərtin, yəni müqavilənin 1.3-cü maddəsinin standart şərt olubolmamasını araşdırmalı, standart şərt olduğu təqdirdə həmin şərtin qanunvericilikdə nəzərdə tutulmuş meyarlara (standart şərtin müqavilənin tərki b hissəsinə çevrilibçevrilmədiyini, çevrildiyi halda əqdlər üçün nəzərdə tutulan etibarlılıq şərtlərinə cavab verib-vermədiyini, cavab verdiyi halda həmin şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərli olub-olmadığını) cavab verib-vermədiyini müəyyən etməklə müvafiq məhkəmə aktı qəbul etməlidir.

25. Kassasiya kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 390.1, 390.2, 390.5, 390.6, 405.1, 404.1, 404.2, 425-ci, MPM-in 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4970 nömrəli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025 -ci məhəllədə yerləşən, bina 1A, 1-ci blok, 5-ci mərtəbə, 2 otaqlı 40 № mənzilin iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli payçı müqaviləsinin 1.3-cü bəndinə əsasən yaşayış, yardımçı balkon sahələri, sxemə uyğun daxili divaraltı sahələri, şaxtalar və konstruksiya hissələri (beton) daxil (çöl hörgü altı sahələr daxil olmamaqla) olmaqla ümumi sahəsi 67,9 kv.m təşkil etdiyi müəyyən olunur.

27. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-1050/2023 nömrəli 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi) Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Kollegiya mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 8 iyul 2016-cı il tariхli payçı müqaviləsinə əsasən cavabdeh mübahisəli 40 № mənzili tikib iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, iddiaçı isə bu müqaviləyə əsasən pay qismində çıхış edən mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb оlunan bütün ödənişləri və kоmmunal хərcləri cavadehə ödəməyi, həmçinin MTK-da xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən mənzilin yaşayış sahəsinə, yardımçı balkon sahələri, sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələri (beton) daxildir. Çöl hörgü altı sahələr isə daxil deyil. Göründüyü kimi, tərəflər öz aralarında hüquq və vəzifələri müəyyənləşdirən həmin müqavilədə tikilib təhvil verilməli və qəbul edilməli mənzil sahəsinə hansı hissələrin daxil edildiyi, hansı hissələrin daxil edilmədiyini müfəssəl müəyyənləşdirmişlər. Müqavilənin 2.1-ci bəndində isə mənzilin hesablaşma sahəsinin 67,9 kv metr olduğu göstərilmiş və bu sahəyə müvafiq olaraq 2.2-ci bənddə qiymət müəyyən edilmişdir. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

29. İşin düzgün həlli üçün əhəmiyyət kəsb edən mənzilin sahəsi ilə bağlı mübahisəli halın aydınlaşdırılması üçün iş üzrə əlavə ekspertiza təyin edilmiş və ekspert rəyi əldə edilmi şdir. Göründüyü kimi, cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verməsi işin araşdırılmış halları ilə müəyyən edilməmişdir.

30. Kollegiya hesab etmişdir ki, mənzilin sahəsi ilə bağlı göstərilənlər müqavilənin mühüm şərtləri olmuş və tərəflər həmin şərtlər barəsində tələb olunan formada razılığa gələrək yuxarıda adı çəkilən müqaviləni bağlamışlar. Cavabdeh mənzili müqavilə şərtinə uyğun olaraq iddiaçıya təhvil vermiş, iddiaçı isə dəyərini ödəməklə mənzili qəbul etmiş və hazırda da istifadəsindədir.

31. Kollegiya həmçinin qeyd etmişdir ki, hesablamaların divarların çöl tərəfindən aparılması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hes ablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər. Tərəflər arasında bağlanmış yuxarıda adı çəkilən müqavilədə hesablaşma sahəsi konkret olaraq nəzərdə tutulmuşdur.

32. Kollegiya hesab etmişdir ki, iddiaçının çıxılmaz vəziyyətindən istifadə etməklə cavabdehin müqaviləyə əhəmiyyətsiz şərt salmaqla iddiaçını aldatması, müqavilə bağlamağa məcbur etməsi, ona təhvil verilmiş mənzilin sahəsinin müqaviləyə uyğun olmaması məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamış və beləliklə də bu halları ehtiva edən apellyasiya şikayətinin dəlilləri əsassızdır.

33. Kollegiya qeyd etmişdir ki, müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası olaraq Mülki Məcəllənin 390.1, 390.2, 390.5, 390.6, 405.1, 404.1, 404.2, 417.1, 417.2, 417.3, 418.1, 418.2, 419.1, 419.2, 420.2, 425, 442, 752.1, 766, 773-cü, MPM-in 14.2, 77.1, 88, 107-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı kassasiya şikayəti verərək (X1) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış və qeyd olunmuşdur ki, məhkəmə mənzilin sahəsini müəyyən etmək əvəzinə əlavə ekspertiza təyin etməklə mənzilin layihəyə uyğun olub-olmamasını sorğulamışdır. Halbuki, mənzilin layihəyə uyğun olmadığını heç kim mübahisələndirməmişdir. İddia tələbi ondan ibarət olmuşdur ki, MTK ondan qanunla hesablanmamalı olan sahələrin pulunu artıq almışdır. Ekspert mənzilə baxmadan mənzil sahəsinə dair rəy vermişdir. Lakin ekspert rəyində göstərilib ki, mənzilə baxış keçirilmişdir. Halbuki iddiaçı Bakıda yaşamır, rəy verilərkən mənzildə olmamışdır.

37. Məhkəmə cavabdeh tərəfindən müqaviləyə daxil edilmiş şərtin əhəmiyyətsiz olmasına qiymət verməmiş, Ali Məhkəmənin göstərişləri nəzərə alınmamışdır.

38. Məhkəmə iclasında iddiaçının iştirakı təmin edilməmişdir. Məhkəmə iclas təyin etmədiyi günlərdə (bunu “Elektron Məhkəmə” İnformasiya Sistemindən də görmək mümkündür) əlavə ekspertizaya dair qərardad, həmçinin qətnamə qəbul etmişdir. Halbuki həmin günlərdə məhkəmə iclasları təyin edilməmiş və məhkəmə bildirişləri ilə iddiaçı məlumatlandırılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

40. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

41. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

42. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənlə şdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

43. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

44. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

45. Ma ddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

46. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

47. Maddə 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır.

48. Maddə 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.

49. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

50. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

51. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

52. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

53. Maddə

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb h üququ əmələ gəlmir. Mülki Prosessual Məcəllə

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir.

60. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Mülki Məcəllənin 417.2-ci maddəsinə əsasən, əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır.

63. Apellyasiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında göstərilənlər üzrə apardığı araşdırmalarla bu qənaətə gəlmişdir ki, tərəflər öz aralarında hüquq və vəzifələri müəyyənləşdirən həmin müqavilədə tikilib təhvil verilməli və qəbul edilməli mənzil sahəsinə hansı hissələrin daxil edildiyi, hansı hissələrin daxil edilmədiyini müfəssəl müəyyənləşdirmişlər. Müqavilənin 2.1-ci bəndində isə mənzilin hesablaşma sahəsinin 67,9 kv metr olduğu göstərilmiş və bu sahəyə müvafiq olaraq 2.2-ci bənddə qiymət müəyyən edilmişdir. İşin araşdırılmış halları ilə, o cümlədən keçirilmiş ekspertizanın rəyi ilə cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verməsi müəyyən edilməmişdir. Mənzilin sahəsi ilə bağlı göstərilənlər müqavilənin mühüm şərtləri olmuş və tərəflər həmin şərtlər barəsində tələb olunan formada razılığa gələrək yuxarıda adı çəkilən müqaviləni bağlamışlar. Cavabdeh mənzili müqavilə şərtinə uyğun olaraq iddiaçıya təhvil vermiş, iddiaçı isə dəyərini ödəməklə mənzili qəbul etmiş və hazırda da istifadəsindədir.

64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

65. Məhkəmə tərkibi iddiaçının məhkəmədə iştirakının təmin edilməməsi barədə mövqeyini əsaslı hesab etmir, ona görə ki, apelyasiya məhkməsinin qətnaməsinin çıxarıldığı xx.xx.2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi iddiaçıya həm poçt vasitəsilə, həm də SMS xəbərdarlıqla bildirilmişdir.

66. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərai t yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

68. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1050/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar