Məhkəmə qərarları › İş №2(012)-4073/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4073/2025

21.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4073/2025 21.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 13 X8) barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 13 X8) barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs1 arasında Bakı 13 X8nda bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-01160 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.2012-ci il tarixdə Maraqlı şəxs1 ilə rəsmi nikah münasibətlərinə girməklə ailə qurmuş, bu nikah Binəqədi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2012-ci il tarixli, 1437 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2014-cü il tarixdə X7 və xx.xx.2018-ci il tarixdə X5 dünyaya gəlmişdir. Aralarında olan ailə münasibətləri korlandığından nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmiş, Abşeron Rayon Məhkəməsinin 2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. İşi ilə əlaqədar xarici ölkəyə getmək zərurəti yarandığından Bakı 13 X8na müraciət edərək qarşı tərəflə birgə nikahdan olan övladlarının ölkə hüdudlarından kənara getmələri və orda daimi yaşamaları ilə bağlı razılığa gəlinmi, bununla əlaqədar Bakı 13 X8nda xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-01160 saylı barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin şərtlərinə əsasən, 1) 2-ci tərəf Maraqlı şəxs1 övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 1-ci tərəf X3 ilə birlikdə sərbəst surətdə ölkə hüdudlarından kənara çıxarılmasına razılıq vermişdir; 2) tərəflər - 1-ci tərəf X3 və 2-ci tərəf Maraqlı şəxs1 övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün ödədiyi aliment məbləğinin xx.xx.2025-ci il tarixdən dayandırılması barədə razılığa gəlmişlər; 3) 2ci tərəf Maraqlı şəxs1 övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 ölkə hüdudlarından kənarda təhsil müəssisələrində təhsil almalarına, daimi yaşamaqlarına (oturum izini almalarına) və bundan irəli gələn digər məsələlərin həllinə razılıq vermişdir. Barışıq sazişinin icra olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş 10 günlük müddətdən uzun müddət keçməsinə baxmayaraq, Maraqlı şəxs1 könüllü olaraq barışı sazişini icra etməmişdir. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Tərəflərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. İş materiallarında olan: - Bakı 13 X8nda təsdiq edilmiş MŞB/13/2024-01160 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, 2-ci tərəf Maraqlı şəxs1 övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 1-ci tərəf Ərizəçi ilə birlikdə sərbəst surətdə ölkə hüdudlarından kənara çıxarılmasına dair razılıq vermiş, tərəflər - 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs1 övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün ödədiyi aliment məbləğinin xx.xx.2025-ci il tarixdən dayandırılması barədə razılığa gəlmiş, 2-ci tərəf Maraqlı şəxs1 övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 ölkə hüdudlarından kənarda təhsil müəssisələrində təhsil almalarına, daimi yaşamaqlarına (yaşayış icazəsi almalarına) və bundan irəli gələn digər məsələlərin həllinə dair razılıq vermişlər. - Həmin sazişin 6-cı maddəsinə əsasən, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. - Həmçinin həmin 8-ci maddəsinə əsasən, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-26-cı maddəsinə əsasən məhkəmə, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 iddiaçı ilə birlikdə sərbəst surətdə ölkə hüdudlarından kənara çıxarılması, onların saxlanılması üçün ödənilən aliment məbləğinin xx.xx.2025-ci il tarixdən dayandırılması, həmçinin xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 ölkə hüdudlarından kənarda təhsil müəssisələrində təhsil almaları, daimi yaşamaqları (yaşayış icazəsi almalarına) və bundan irəli gələn digər məsələlərin həlli barədə mediasiya prosesində razılaşmış və saziş bağlamışlar. Lakin Maraqlı şəxs1 bu sazişlə üzərinə götürdüyü öhdəlikləri orada göstərilən qaydada yerinə yetirmədiyindən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 1-ci və 3-cü bəndləri qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişinin qeyd edilən bəndləri məhkəmə qaydasında təsdiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli barışıq sazişinin 2-ci bəndinin təmin olunması uşağın mənafeyinə toxunan hal olduğundan, yəni qeyd edilən alimentlə bağlı məsələ barışıq sazişi ilə həll ediləcək məsələ olmamaqla, eyni zamanda bu məsələnin barışıq sazişi ilə həll edilməsi qanunvericiliyə də zidd olmuş olardı. Belə ki, MPM-nin: 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Həmçinin Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” xx.xx.1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında imzalanmış MŞB/13/2024-01160 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi İ) 2-ci tərəf Maraqlı şəxs1 övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 1-ci tərəf Ərizəçi ilə birlikdə sərbəst surətdə ölkə hüdudlarından kənara çıxarılmasına dair razılıq verir və İİİ) 2-ci tərəf Maraqlı şəxs1 övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 ölkə hüdudlarından kənarda təhsil müəssisələrində təhsil almalarına, daimi yaşamaqlarına (yaşayış icazəsi almalarına) və bundan irəli gələn digər məsələlərin həllinə dair razılıq verir hissələrində təsdiq edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/13/2024-01160 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “2-ci tərəf Maraqlı şəxs1 övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 1-ci tərəf Ərizəçi ilə birlikdə sərbəst surətdə ölkə hüdudlarından kənara çıxarılmasına dair razılıq verir.” “2-ci tərəf Maraqlı şəxs1 övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 ölkə hüdudlarından kənarda təhsil müəssisələrində təhsil almalarına, daimi yaşamaqlarına (yaşayış icazəsi almalarına) və bundan irəli gələn digər məsələlərin həllinə dair razılıq verir” Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar