Məhkəmə qərarları › İş №2(012)-4110/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4110/2020

29.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4110/2020 29.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X6 kаtibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxxxx 1979cu il təvəllüdlü həyat yoldaşı X3 ünvan 1 110 saylı mənzildə xx xxxxxx 2020-ci il tarixdə ölüm faktının müəyyən edilməsinə və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxs üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1979-cu il təvəllüdlü həyat yoldaşı X7 xx xxxxxx 2020-ci il tarixdə yaşadıqları ünvan 1 mənzil 110 ünvanında vəfat etmişdir və Binəqədi rayon Biləcəri qəsəbəsində 1 saylı qəbirstanlıqda dəfn edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının TTYS-nın xx.xx.2020-ci il tarixli xəbərdarlıq vərəqəsinə əsasən, ölümün ilkin səbəbi kimi həkimə qədər ölüm, meyit üzərində gözlə görünən sahələrdə zorakı əlamət olmaması göstərilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şöbənin xx.xx.2020-ci il tarixli 05/Q-1109/15 nömrəli cavab məktubu ilə imtina verilmişdir. Hal-hazırda xx xxxxxxxx 1979-cu il təvəllüdlü həyat yoldaşı X3 ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımi qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmiş və Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin məhkəməyə ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubunda mülki işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bеlə оlаn hаldа məhkəmə, Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 185.5. mаddəsinə əsаsən işə оnun iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş, X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun gəlini, vəfat etmiş şəxs X7 isə oğludur. Pandemiya ilə əlaqədar gəlini uşaqlarla birlikdə rayonda, oğlu ilə özü isə yaşadıqları Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3, 110 saylı mənzildə qalmışdır. Mərhum oğlu böyük qardaşı Ayaz ilə birlikdə bağ evinə getmiş, bağ evindən qayıtdıqdan sonra evdə yatmışdır. Axşam üstü saat 4-5 radələrində mərhumun divanda oturub halının pisləşdiyini görmüşdür. Əvvəlcə təcili yardım çağırılsa da Mahirin vəziyyəti yaxşılaşmış təcili yardım geri qaytarılmışdır. Bir az vaxt keçəndən sonra yenidən Mahirin vəziyyəti pisləşmiş təcili yardıma zəng edilmiş, lakin təcili yardım gəlib çatana qədər Mahir vəfat etmişdir. Mərhumun heç bir xəstəliyi olmamış, ölüm təbii olaraq qəflətən baş verib. Mərhumu Binəqədi rayon Biləcəri qəsəbəsində 1 saylı qəbirstanlıqda dəfn etmişlər. Pandemiya ilə əlaqədar hüzr mərasimi məhdud qaydada yalnız ailə üzvləri və yaxın qohumlarının iştirakı ilə evdə olmuşdur. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Onların mehriban qonşuluq münasibəti var. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 4-5 radələrində qışqırıq səsləri eşitmişlər, dərhal ərizəçinin evinə getmiş, orada ərizəçinin həyat yoldaşı X3 ürək tutması nəticəsində vəfat etdiyini öyrənmişdir. X19 çağırılsa da, həkimlər yardım edə bilməmişdir və həkim gələnədək Mahir vəfat etmişdir. Mərhum vəfat edərkən heç bir bədbəxt hadisə baş verməmişdir. Onu Binəqədi rayon Biləcəri qəsəbəsində 1 saylı qəbirstanlıqda dəfn etmişdirlər. Pandemiya ilə əlaqədar mərhuma ailə daxilində mərasimlər keçirilmişdir və o da yaxın qonşu kimi həmin mərasimdə iştirak etmişdir. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, mərhum X7 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur və Abşeron rayonu, Xırdalan şəhərində qeydiyyatdadır. -Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ № 115939 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X15 arasında xx.xx.2004-cü il tarixdə rəsmi nikah bağlanmış, X14 Allahverdiyeva soyadı verilmişdir. -Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş A.1034 nömrəli arayışdan görünür ki, X7 həqiqətən də Binəqədi rayon Biləcəri qəsəbəsində 1 saylı qəbirstanlıqda dəfn olunmuşdur. -xx.xx.2020-ci il tarixdə Abşeron rayon X11 və Təхirəsаlınmаz Tibbi Yаrdım Stansiyasının verdiyi xəbərdarlıq vərəqəsindən görünür ki X7 xx.xx.2020-ci ildə ünvan 1 mənzil 110 ünvanında vəfat etmişdir. Ölümün ilkin səbəbi həkimə qədər ölüm. Meyit kişi cinsindədir. Meyit üzərində gözlə görünən sahələrdə zorakı əlamət yoxdur. Tənəffüsü yoxdur. Bəbəyin işığa qarşı reaksiyası yoxdur. Yuxu arteriyasında nəbz yoxdur. -“Abşeron rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 1476 nömrəli məktubdan görünür ki, M.Allahverdiyevin ölümünün səbəbi məlum olmadığı və hər hansı xəstəliklə bağlı Abşeron rayon Poliklinikasına müraciət etmədiyinə görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, atası X8, anası X2r. -İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X7 həqiqətən də dəfn olunub, qəbirüstü abidəsi var və abidənin üzərində “X7”, “xx.xx.1979-xx.xx.2020” sözləri yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maraqlı şəxs xx xxxxxxxx 2020-ci il tarixli 05/Q-1109/15 №-li məktubundan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün ərizəçinin həyat yoldaşı X5 aid ölüm haqqında akt qeydinin aparılmasından imtina edilmiş və ölüm faktının müəyyən olunması üçün ərizəçiyə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X7 ərizəçinin həyat yoldaşı olmuş, sonuncu xx xxxxxx 2020-ci il tarixdə axşam saat 4-5 radələrində ev şəraitində vəfat etmişdir. Ölümün səbəbi məlum olmadığından “Abşeron rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən X3 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməmiş və bu səbəbdən də ölüm faktı ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarında müvafiq qeydiyyat aparılmamışdır. Ona görə də ərizəçi ölüm faktının müəyyən olunması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ölüm faktının müəyyən edilməsi barədə ərizə əsaslıdır. Belə ki, X3 ölüm faktı, ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər ilə öz təsdiqini tapır. Göründüyü kimi şahidlərin məhkəmədə verdikləri ifadələrində X3 xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 mənzil 110 ünvanında vəfat etməsini təsdiq etmişlər. Beləliklə işin məhkəmə iclasında araşdırılan halları və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin həyat yoldaşı X7 xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 mənzil 110 ünvanında vəfat etmişdir. Vəfat etməsinə səbəb təbii bioloji ölüm olmuş, heç bir kənar təsir və bədbəxt hadisə nəticəsində ölüm baş verməmişdir. Eyni zamanda ərizədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxs üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə hesab edir ki, ərizə həmin hissədə təmin edilməməlidir. Qeydiyyat şöbəsi inzibati orqan olduğundan onun üzərinə yalnız inzibati məhkəmələr tərəfindən öhdəliklər qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməli, xx xxxxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 mənzil 110 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsas olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx xxxxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 mənzil 110 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar