Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4112/2021 27.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus olan iddia ərizəsində qeyd edilən qızıl-zinyət əşyalarının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında nikah məhkəmə qaydasında 19.04.2021-ci il tarixdə pozulmuşdur. Məhkəməyə iddia verməmişdən əvvəl iddiaçı və valideynləri qərara gəlmişlər ki, iddiaçı uşaqla birliklə ata evinə gəlsin. Bundan xəbər tutan qaynanası ona məxsus qızıl-zinət əşyalarını gizlətmişdir. İddiaçıya məxsus aşağıdakı qızıl-zinət əşyaları qaynanası gizlədib və ona vermir, cehizlərini məhkəməsiz qaytarmışlar. Lakin, qızıl-zinət əşyalarını qaytarmaqdan imtina edirlər. Həmin qızıl-zinət əşyalarının hamisi ona toy vaxtı keçmiş qaynanası və qaynatası tərəfindən ona hədiyyə edilmişdir. Cehizlərini apararkən qızıl-zinət əşyalarını geri istəsələr də, keçmiş həyat yoldaşı və qaynanası verməyəcəklərini və almaq istiyirsə məhkəməyə müraciət edə biləcəyini bildirmişlər. Ona görə də, iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət qərarına gəlmişdir. Həmin qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir:
1. 750 əyar briliant qaşlı ağ qızıl üzük (4.3 qr, 1.12 st)
2. 750 əyar briliant qaşlı ağ qızıl komplekt dəst .Dəstə daxildir: sırğa, üzük, qol baq, kulon və boyunbağı 3.585 əyar sarı qzıl komplekt dəst.Dəstə daxildir: sırğa, üzük, kulon və boyunbağı 4.585 əyar qızıl qolbaq (5.5 qr) 5.585 əyar ağ qızıl üzük (4.14 qr) 6.585 əyar Cartier firmasının sırğası (2.44 qr) 7.585 əyar Tiffany firmasının qolbağı (2.46 qr) və boyunbağı (3.67 qr) 8.585 əyar sırğa (5.3 qr) 9.585 əyar uşaq qolbağı (2.48 qr)
10. 583 əyar uşaq kulonu
11. 585 əyar Arpas firmasının sarı qızıl üzüyü (2.23 qr)
12. 585 əyar sarıqızıl üzük (3.20 qr). Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək bildirmişdir ki, proses zamanı qarşı tərəf, Cavabdeh iddia olunan qızılziynətlərdən 2 ədəd qızılı (585 əyar sırğa 5.3 qr, 585 əyar uşaq qolbağı, 2.48 qr) ona qaytarmışdır. Onun məhkəməyə təqdim etdiyi siyahıda 12 ədəd qızıl var. Hal-hazırda 2 ədəd qızılı (585 əyar sırğa 5.3 qr, 585 əyar uşaq qolbağı, 2.48 qr) ona qaytardığına görə bunun nəzərə alınmasını və qalan aşağıdakı qızılların qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1.750 əyar brilliant qaşlı ağ qızıl üzük, 4.3 qr, 1.2 karat 800 man. 2.750 əyar brilliant qaşlı ağ qızıl komplekt dəsti (sırğa, üzük, qolbaq, klon və boyunbağı) 23.4 qr, 4.78 karat 3600 man. 3.585 əyar qızıl komplekt dəsti (sırğa, üzük, klon və boyunbağı) 830 man 4.585 əyar qızıl qolbaq 5.5 qr. 360 man, 5.585 əyar ağ qızıl üzük 4.14 qr. 244 man. 6.585 əyar Cartier firmasının sırğası 2.44 qr. 280 man. 7.585 əyar Tiffany firmasının qolbağı 2.46 qr. və boyunbağı 3.67 qr. 600 man 8.583 əyar rus qızılı uşaq kulonu 2 qr. 120 man. 9.585 əyar Arpas firmasının qızıl üzüyü 2.23 qr. 194 man.
10. 585 əyar sarı qızıl üzük 3.20 qr. 292 man. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə 26.10.2021-ci il tarixdə teleqram ünvanlayaraq bildirmişdir ki, iddia ilə razı deyildir. İddiada göstərilən qızıl iddiası həqiqəti əks etdirmir. Birgə nikah dövründə iddiaçını da bildirdiyi kimi anası qızılları əlindən almayıb, sadəcə təklif edib ki qoy, get. Birgə nikah dövründə 6 ay atasının evində yaşamış və onun yanına qayıtdıqdan sonra qızıllar təklif olunsa da, qəbul etməyəcəyini və aparın satın problemlərinizi həll edin bildirmişdir. Öz razılığı ilə qızıllardan imtina etmişdir. Şahid anasıdır. Səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasını təxirə salaraq başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarından olan Sumqayıt şəhər Məhkəməsinin 19.04.2021-ci il tarixli, 2(060)-2583/2021 saylı qətnaməsinin surətindn görünür ki, iddıa tələbi təmin edilmiş. Cavabdeh ilə Mehrabova (Quliyeva) Ayşən Mahmud qızı arasında 23.10.2018-ci il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2927 nömrəli akt qeydli nikah pozulmuş, boşanmadan sonra birgə nikahdan anadan olmuş 10 iyun 2019-cu il təvəllüdlü X6 ananın- İddiaçı yanında qalması, Cavabdeh İddiaçı xeyrinə 10 iyun 2019cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 09.02.2021-ci il tarixdən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pu məbləğində aliment tutulması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Mülki işin materiallarından olan X2, X5, X10, X4, X3 tərəfindən 02.04.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, İddiaçı nişan və toy zamanı aşağıdakı qızıl zinət əşyalarının Cavabdeh ailəsi və özü tərəfindən İddiaçı hədiyyə olunmuşdur.
1. 750 əyar brilliant qaşlı ağ qızıl üzük (4.3 qr, 1.12 st.).
2. 750 əyar brilliant qaşlı ağ qızıl komplekt dəst. Dəstə daxildir: sırğa, üzük, qolbaq, kulon və boyunbağı.
3. 585 əyar sarı qızıl komplekt dəst. Dəstə daxildir: sırğa, üzük, kulon və boyunbağı.
4. 585 əyar qızıl qolbaq (5.5 qr).
5. 585 əyar ağ qızıl üzük (4.14 qr).
6. 585 əyar Cartier firmasının sırğası (2.44 qr).
7. 585 əyar Tiffany firmasının qolbağı (2.46 qr) və boyunbağısı (3.67 qr).
8. 585 əyar sırğa (5.3 qr).
9. 585 əyar uşaq qolbağı (2.48 qr).
10. 583 əyar uşaq kulonu.
11. 585 əyar Arpaş firmasının sarı qızıl üzüyü (2.23 qr).
12. 585 əyar sarı qızıl üzük (3.20 qr). Mülki işin materiallarından olan Bakı şəhəri, Nəsimi rayonu Asif Məhərrəmov küç.64 ünvanında yerləşən lombardın müdiri X7 tərəfindən 25.10.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, təqdim olunmuş qızıl zinət əşyalarının şəkillərinə və məlumatlarına əsasən aşağıdakı qiymətləri müəyyən edildi. (Bugünə olan rəsmi qiymətlərlə)
1. 750 əyar brilliant qaşlı ağ qızıl üzük, 4.3 qr, 1.2 karat 800 man.
2. 750 əyar brilliant qaşlı ağ qızıl komplekt dəsti (sırğa, üzük, qolbaq, klon və boyunbağı) 23.4 qr, 4.78 karat 3600 man.
3. 585 əyar qızıl komplekt dəsti (sırğa, üzük, klon və boyunbağı) 830 man
4. 585 əyar qızıl qolbaq 5.5 qr. 360 man.
5. 585 əyar ağ qızıl üzük 4.14 qr. 244 man.
6. 585 əyar Cartier firmasının sırğası 2.44 qr. 280 man.
7. 585 əyar Tiffany firmasının qolbağı 2.46 qr. və boyunbağı 3.67 qr. 600 man
8. 583 əyar rus qızılı uşaq kulonu 2 qr. 120 man.
9. 585 əyar Arpas firmasının qızıl üzüyü 2.23 qr. 194 man.
10. 585 əyar sarı qızıl üzük 3.20 qr. 292 man, cəmi 7320 manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan foto şəkillərdən brilliant qaşlı ağ qızıl üzük, brilliant qaşlı ağ qızıl komplekt dəsti (sırğa, üzük, qolbaq, klon və boyunbağı), qızıl komplekt dəsti (sırğa, üzük, klon və boyunbağı), qızıl qolbaq, ağ qızıl üzük, Cartier firmasının sırğası, Tiffany firmasının qolbağı, rus qızılı uşaq kulonu, Arpas firmasının qızıl üzüyü, sarı qızıl üzüyün tay mərasimində və müxtəlif tədbirlərdə iddiaçının üzərində olduğu müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından, o cümlədən təqdim olunan foto- şəkillərə sasən iddia olunan qızıl-ziynət əşyalarından 750 əyar brilliant qaşlı ağ qızıl üzük, 4.3 qr, 1.2 karat 800 manat., 750 əyar brilliant qaşlı ağ qızıl komplekt dəsti (sırğa, üzük, qolbaq, klon və boyunbağı) 23.4 qr, 4.78 karat 3600 manat, 585 əyar qızıl komplekt dəsti (sırğa, üzük, klon və boyunbağı) 830 manat, 585 əyar qızıl qolbaq 5.5 qr. 360 manat, 585 əyar ağ qızıl üzük 4.14 qr. 244 manat, 585 əyar Cartier firmasının sırğası 2.44 qr. 280 manat, 585 əyar Tiffany firmasının qolbağı 2.46 qr. və boyunbağı 3.67 qr. 600 manat, 583 əyar rus qızılı uşaq kulonu 2 qr. 120 manat, 585 əyar Arpas firmasının qızıl üzüyü 2.23 qr. 194 manat, 585 əyar sarı qızıl üzük 3.20 qr. 292 manat olmaqla qızıl-zinyət əşyalarının qiymətləndirmə tarixinə, yəni 25 oktyabr 2021-ci il tarixinə yekun bazar dəyəri cəmi 7320 (yedi min üç yüz iyirmi) manat təşkil etməsi, həmin əşyaların cavabdehdə olması isə iddiaçının özünün izahatı və cavabdehin etirafı ilə tam sübutdur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, 750 əyar brilliant qaşlı ağ qızıl üzük, 4.3 qr, 1.2 karat 800 manat., 750 əyar brilliant qaşlı ağ qızıl komplekt dəsti (sırğa, üzük, qolbaq, klon və boyunbağı) 23.4 qr, 4.78 karat 3600 manat, 585 əyar qızıl komplekt dəsti (sırğa, üzük, klon və boyunbağı) 830 manat, 585 əyar qızıl qolbaq 5.5 qr. 360 manat, 585 əyar ağ qızıl üzük 4.14 qr. 244 manat, 585 əyar Cartier firmasının sırğası 2.44 qr. 280 manat, 585 əyar Tiffany firmasının qolbağı 2.46 qr. və boyunbağı 3.67 qr. 600 manat, 583 əyar rus qızılı uşaq kulonu 2 qr. 120 manat, 585 əyar Arpas firmasının qızıl üzüyü 2.23 qr. 194 manat, 585 əyar sarı qızıl üzük 3.20 qr. 292 manat olmaqla qızıl-zinyət əşyaları onlar mövcud olmadığı halda isə onların dəyərləri Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 750 əyar brilliant qaşlı ağ qızıl üzük, 4.3 qr, 1.2 karat 800 manat., 750 əyar brilliant qaşlı ağ qızıl komplekt dəsti (sırğa, üzük, qolbaq, klon və boyunbağı) 23.4 qr, 4.78 karat 3600 manat, 585 əyar qızıl komplekt dəsti (sırğa, üzük, klon və boyunbağı) 830 manat, 585 əyar qızıl qolbaq 5.5 qr. 360 manat, 585 əyar ağ qızıl üzük 4.14 qr. 244 manat, 585 əyar Cartier firmasının sırğası 2.44 qr. 280 manat, 585 əyar Tiffany firmasının qolbağı 2.46 qr. və boyunbağı 3.67 qr. 600 manat, 583 əyar rus qızılı uşaq kulonu 2 qr. 120 manat, 585 əyar Arpas firmasının qızıl üzüyü 2.23 qr. 194 manat, 585 əyar sarı qızıl üzük 3.20 qr. 292 manat olmaqla qızıl-zinyət əşyaları, mövcud olmadığı halda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində iddiaçı tərəfindən ödənmiş dövlət rüsumuna görə pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim : Cəmilə Səfiyeva