Məhkəmə qərarları › İş №2(012)-4174/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4174/2024

11.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4174/2024 11.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi, Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, atası – X4 1955-ci il fevralın 5-də Zəngilan rayonunda vəfat etməsi faktının müəyyən edilməsinə əmin olub qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, O, 1 iyul 1951-ci ildə Zəngilan şəhərində anadan olmuşdur. Abşeron rayonunda qeydiyyatdadır və Abşeron rayonunda yaşayır. X9 onun doğma atası olub. 1955-ci ilin fevralın 5-də Zəngilan rayonunda vəfat edib və orada da dəfn edilib. Müəyyən səbəblərdən atasının ölümü haqqında şəhadətnamə alınmayıb. Bu il martın 8-də bacısı X2 76 yaşında vəfat edib. Bacısının vəfatından sonra onun mirasının övladına keçməsi üçün atasının ölüm şəhadətnaməsi tələb olundu. O, Zəngilan rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Zəngilan rayon X3 Hüquqi Şəxsin direktorunun 12 iyul 2024-cü il 19-1-80/2-154/2024 tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.1, 8.4 və 8.5 bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 307.2.3 maddəsinə əsasən yaşadığım ərazinin məhkəməsinə müraciət edir. Vəfat edən 76 yaşlı bacısını həyat yoldaşı 1975-ci ildə vəfat edib. Övladını tək böyüdüb, təhsil verib, evləndirib. Oğlunun onun varisi hesab edilməsi üçün atasının ölüm haqqında sənədinə ehtiyac duyulub. Atasının ölüm vaxtının müəyyən edilməsi zəruridir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, Nazilər Kabinetinin 2023-cü il tarixli qərarına əsasən ölüm faktının müəyyən edildiyi hallar göstərilmişdir. Ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə doğulmuşdur. - AЗ 598347 saylı nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (ərizəçi) xx.xx.1951-ci il tarixdə Zəngilan rayonunda doğulmuşdur. X1, anası X5r. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Zəngilan rаyоn Qеydiyyаt Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1925-ci il tarixdə Zəngilan rayonunun Pirçivan kəndində doğulmuş, 1955-ci il tarixdə vəfat etmiş X6 ölüm faktının dövlət qeydiyyatına alınmasına dair müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.1., 8.4. və 8.5-ci bəndlərinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə dövlət qeydiyyatına alındığını, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edildiyi bildirilərək aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Tibbi Ərazi Bölmələrini X8 X13 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Zəngilan rayonunun işğalı səbəbindən arxiv sənədləri olmadığı üçün ölüm haqqında şəhadətnaməni vermək mümkün olmamışdır. - AA seriyalı 357497 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, Ərizəçi1993-cü ildən Zəngilan rayonundan məcburi köçkün olmaqla, Nəsimi rayonunda müvəqqəti məskunlaşmışdır. Məhkəmə işin obyektiv araşdırılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Arxivinə sorğu ünvanlamışdır. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Ərizəçi arxiv şəxsi işindən xidmət siyahısının və tərcümeyi-hal blanklarının surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş tərcümeyi-haldan (avtobioqrafiyadan) görünür ki, Ərizəçi 1951-ci il iyunun 1-də Azərbaycan SSR, Zəngilan rayonunda anadan olmuş, X1 1925-ci ildə anadan olub, X11 veteranı olub, 1955-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçini uşaqlıqdan tanıyır, Zəngilan rayonunda qonşu olublar. Ərizəçinin atasının öldüyünü bilmişdir. Onlar birlikdə daima Yunis Kazımovun qəbrini ziyarət etmişlər. Sonradan məlum hadisələrlə bağlı məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışlar. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X9 ərizəçinin atası olmuş, xx.xx.1955-ci il tarixdə vəfat etmişdir. X4 ölüm faktı ərizəçinin izahatı və şahid ifadəsi ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Atası vəfat edərəkən ərizəçi azyaşlı olduğundan müvafiq sənədləşmələrlə məşğul ola bilməmişdir. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadəsi ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin X1 xx.xx.1955-ci il tarixdə Zəngilan rayonunda ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X4 xx.xx.1955-ci il tarixdə Zəngilan rayonu ərazisində ölməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1925-ci ildə Zəngilan rayonu, Pirçivan kəndində doğulmuş X4 xx.xx.1955-ci ildə Zəngilan rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar