Məhkəmə qərarları › İş №2(012)-4199/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4199/2024

11.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4199/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi, Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci ildə anadan olmuş X2 Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evində xx.xx.2024-cü il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib izahatında bildirdi ki, 05 iyun 1965-ci il təvəllüdlü mərhum X5 onun həyat yoldaşı olmuşdur. Həyat yoldaşı Mirzəquli Mustafayev 29 iyun 2024-cü il tarixdə Abşeron rayonu, Masazır kəndində yerləşən evlərində vəfat etmişdir. Ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsindən ona imtina cavabı verilərək məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. O da öz növbəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, Mirzəquli Mustafayev ilə 1989-cu il tarixdə ailə həyatı qurmuşlar və birgə nikahlarından 2 övladları anadan olmuşdur. Həyat yoldaşının vəfat etməsinə səbəb səhhətində yaranan xərçəng xəstəliyi olmuş və o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Eyni zamanda poliklinikaya müraciət etsə də, ordan da ona məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Ona həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi vərəsəlik işi üçün lazımdır. Belə ki, Mirzəquli Mustafayev ilə birgə nikahlarında əldə etdikləri fərdi yaşayış evi mövcuddur. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu, Masazır kəndində yaşayır. Ərizəçi ilə qapı qonşudurlar. X1 da sağlığında tanımışdır. Kübra Mustafayev ilə Mirzəquli Mustafayev ailəli olmuşlar. Mirzəquli Mustafayev ağır xəstə olmuş və yaşadığı evdə xəstəlikdən vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu, Masazır kəndində yaşayır. Ərizəçi ilə qonşudurlar. X1 da sağlığında tanımışdır. Kübra Mustafayev ilə Mirzəquli Mustafayev ailəli olmuşlar. Mirzəquli Mustafayev yaxşı insan və yaxşı qonşu olmuşdur. Mirzəquli Mustafayev ağır xəstə olmuş və yaşadığı evdə xəstəlikdən vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Oğlu Ceyhun isə mərhumun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o da Abşeron rayonu, Masazır kəndində yaşayır. Ərizəçi ilə qonşudurlar. X1 da sağlığında tanımışdır. Kübra Mustafayev ilə Mirzəquli Mustafayev ailəli olmuşlar. Mirzəquli Mustafayev uzun müddət ağır ankoloji xəstə olmuş və yaşadığı evdə həmin xəstəlikdən vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan AA5501544 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X5 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan 02 iyul 1989-cu il tarixdə verilmiş V-JQ seriyalı 296825 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X9 02 iyul 1989-cu il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 iyul 1989-cu il tarixdə 1756 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. Mülki işin materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ Təcili və X7 Stansiyası tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə təqribən saat 16:17 radələrində döş qəfəsi və onurğa stunun bədxassəli yenitörəməsindən vəfat etmişdir. Meyit TTYS-nın çağırışçı həkimi tərəfindən müayinə edilmiş və meyit üzərində gözlə görünən zədə əlamətləri aşkar edilməmişdir. Mülki işin materiallarında olan “Abşeron Rayon Mərkəzi Xəstəxası” X17 tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli, 18-1-20/2-M-482-42-187/2024 nömrəli məktubdan görünür ki, Ərizəçi X3 ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkünsüzlüyü bildirilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 11 iyul 2024-cü il tarixli, 3-16-5/8-15-1700/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyi üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin materiallarında olan Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli arayışdan görünür ki, 30 iyun 2024-cü il tarixdə Binəqədi qəsəbəsinin kənd qəbristanlığında X3 dəfni icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 29 iyun 2024-cü il tarixdə olmuş X3 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 05 iyun 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 29 iyun 2024-cü il tarixdə Abşeron rayonu, Masazır kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 iyun 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 29 iyun 2024-cü il tarixdə Abşeron rayonu, Masazır kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar