Məhkəmə qərarları › İş №2(012)-4257/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4257/2023

15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4257/2023 15.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası 07 oktyabr 1956-cı il təvəllüdlü X5 27 may 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib izahatında bildirdi ki, 07 oktyabr 1956-cı il təvəllüdlü X9 onun atasıdır. X17 27 may 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində intihar edərək vəfat etmişdir. Atasının ölümünün qeydiyyata alınması barədə Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə imtina cavabı verilmişdir. O, ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün Abşeron Rayon X6 hüquqi şəxsinə müraciət etmişdir. Oradan isə ona atasının ölüm səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmaması barədə cavab verilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Verilmiş suallara cavabında qeyd edir ki, X17 müharibə iştirakçısıdır. Anasının vəfatından sonra isə atasının psixi vəziyyəti bir azda pisləşmişdir. Bununla əlaqədar hətta atası Bakı şəhərində Amerika səfirliyinin yanında yerləşən 2 saylı poliklinikada belə müalicədə almışdır. O, evdə olmayan vaxtda isə atası intihar etmişdir. Ona atasının ölümü haqqında şəhadətnaməsi müxtəlif sənədləşmə işləri üçün lazımdır. Göstərilənlərə əsasən atası 07 oktyabr 1956-cı il təvəllüdlü X5 27 may 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, mərhum X5 böyük oğlu X10 ilə orta məktəbin birinci sinifindən bir yerdə oxumuşlar və həmin dövrdən də bu günə kimi dostluq münasibətindədirlər. Rəşid Əhmədov ANAMA təşkilatının əməkdaşı kimi Şuşa şəhərində işləyir. 27 may 2023-cü il tarixdə təxminən saat 19-20 rədələrində Rəşidlə mobil telefonla danışanda qardaşı Nuran Rəşidə zəng etmişdir. Telefon danışığından sonra isə Rəşid ondan onlara getməsini xahiş etmişdir. O da öz növbəsində təxminən onun yaşadığı evdən 150-200 metr aralıda yerləşən mərhumun yaşadığı evə getmişdir. Həmin vaxt orda polis əməkdaşlarının toplaşdığını görmüşdür. O, həyətdən içəri daxil olduqda həyətdə Sabir Əhmədovun turnikdən özünə məxsus bel kəmərilə özünü asaraq intihar etdiyinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, mərhum X5 oğlu Ərizəçi ilə 3 ildən artıq müddətdə hərbidə bir yerdə işləmişlər. Həmçinin Saray qəsəbəsində bir-birilərindən 3 məhəllə aralıda yaşayırlar. Hərbidən çıxandan da sonra Ərizəçi ilə telefonla danışıb və görüşürlər. 27 may 2023-cü il tarixdə qonşular ona qonşuluqda qeyd edilən hadisənin baş verdiyini bildirmişlər. O da atası ilə birlikdə hadisə yerinə getmişdir. Hadisə yerinə gələndə Sabir Əhmədovun özünə məxsus bel kəmərilə özünü turnikdən asaraq intihar etdiyinin şahidi olmuşdur. Mərhumun Saray qəbiristanlığında dəfnində iştirak etmişdir. Maraqlı şəxs isə məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclasında iş yükünün çox olması ilə əlaqədar nümayəndələrinin iştirakının təmin etməyin mümkün olmayacağını bildirərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan 17 iyul 1985-ci il tarixdə verilmiş X-JQ seriyalı, 472702 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1985-ci il təvəllüdlü X8 atası X12, anası isə X1r. Mülki işin materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixdə ASAN-SUMQAYİT tərəfindən verilmiş AZE seriyalı 16727695 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X9 07 oktyabr 1938-ci il tarixdə Ermənistanın Meqri rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi X11 Şəxs Təcili və X4 Şöbəsinin xəbərdarlıq vərəqəsindən görünür ki, 27 may 2023-cü il tarixdə saat 21:04-də 1956-ci il təvəllüdlü X5 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmiş, meyitin boğaz nahiyyəsində stranqulyasiyon xətt görünür. Mülki işin materiallarında olan Abşeron rayon X6 Hüquqi Şəxsi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, PHŞ-6-20/2-Ə-347-42-281/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi X5 ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkünsüzlüyü bildirilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 16 iyun 2023-cü il tarixli, 3-16-5/8-15-1494/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyi üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin materiallarında olan Abşeron rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X2 07 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, 27 may 2023-cü il tarixdə saat 20:20-də Abşeron RPİ-dən Abşeron rayonu Saray qəsəbəsində X5 yaşadığı evin həyətində intihar edərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Araşdırma zamanı 27 may 2023-cü il tarixdə Abşeron rayonu Saray qəsəbəsində X5 yaşadığı evin həyətində uzun müddət əziyyət çəkdiyi psixoloji xəstəliyi ilə əlaqədar özünü kəmər ilə turnikdən asaraq intihar etdiyi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X9 27 may 2023-cü il tarixdə Abşeron rayonu Saray qəsəbəsində yaşadığı evin həyətində uzun müddət əziyyət çəkdiyi psixoloji xəstəliyi ilə əlaqədar özünü kəmər ilə turnikdən asaraq intihar etmiş, 27 may 2023-cü il tarixdə saat 21:04-də X5 adına çağırış olmuş, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 07 oktyabr 1956-cı il tarixdə Ermənistan Respublikasının Meqri rayonunda anadan olmuş X5 27 may 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07 oktyabr 1956-cı il tarixdə Ermənistan Respublikasının Meqri rayonunda anadan olmuş X5 27 may 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar