Məhkəmə qərarları › İş №2(012)-4274/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4274/2021

03.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4274/2021 03.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 03 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək,qardaşı X1 10 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Ceyrabatan qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi qardaşı X3 02 noyabr 1977-ci il tarixdə anadan olmuşdur. 10 iyun 2021-ci il tarixdə vəziyyəti qəflətən pisləşmiş və o Abşeron rayonu, Ceyranbatan qəsəbəsində İnternet Klubda vəfat etmişdir. Həmin vaxt X10 çağırılsa da, həkimlər gələnədək artıq ərizəçinin qardaşı keçinmişdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron Rayon X8 X11 və X7 Stansiyası tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli xəbərdarlıq vərəqəsinə əsasən ərizəçinin mərhum qardaşının boynunun ön səthində stramqulyasion xəttə oxşar üç ədəd paralel şırım izlənilmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə, həmin şöbədən həkim arayışı olmadığından onun ölümü haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Göründüyü kimi, tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və ərizəçi həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan 01.09.2014-cü il tarixdə ASAN-Sumqayıt tərəfindən verilmiş AZE seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə Abşeron rayonu, Ceyrabatan qəsəbəsində anadan olmuş Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan 11.04.2013-cü il tarixdə Abşeron RPŞ tərəfindən verilmiş AZE seriyalı 13218189 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X3 02.11.1977-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuşdur. Mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi X9 Şəxs Təcili və X7 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, 10.06.2021-ci il tarixdə X1 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayonu Ceyranbatan Bələdiyyəsi tərəfindən verilən 22 iyun 2021-ci il tarixli 56 nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi qardaşı X3 10.06.2021-ci il tarixdə Ceyranbatan qəbirstanlığında dəfn olunmuşdur. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 22 iyun 2021-ci il tarixli, 05/Q-836/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin materiallarında olan Abşeron rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 964 nömrəli məktubdan müəyyən edilir ki, Ərizəçi 02.11.1977-ci il təvəllüdlü X1 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilmədiyi bildirilmişdir. İş materiallarında olan Abşeron rayon prokurorluğunun 19 iyun 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 1977-ci il təvəllüdlü X2 10.06.2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik Məhəlləsində yerləşən internet klubunda ölməsi faktı ilə əlaqədar toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən, 115-C-21 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 10.06.2021ci il tarixdə X1 adına çağırış olub, çağırış yerinə gələn X10 stansiyasının həkimi ölümü təsdiq etmişdir. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 02 noyabr 1977-ci il tarixdə Abşeron rayonunda anadan olmuş X1 10 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02 noyabr 1977-ci il tarixdə Abşeron rayonunda anadan olmuş X1 10 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar