Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4284/2025 02.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun anası - xx.xx.1959-cu il təvəllüdlü X4 yaşadığı ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi X11 məhkəmə iclasında izahatında bildirdi ki, onun anası X9 birgə yaşadıqları ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixində dünyasını dəyişmişdir. Mərhum anası X9 xx.xx.2025-ci il tarixində Sulutəpə qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. X15 yüksək təzyiq və ürək xəstəliyi səbəbindən vəfat etmişdir. Qardaşı olan Ərizəçi tərəfindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı müraciət olunsa da sözügedən xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli imtina məktubunda ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda ölüm haqqında şəhadətnamə alınması mərhum anasından miras qalmış evə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün vacibdir. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin qəbul edilməsinə zərurət meydana gəlmişdir. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X12 məhkəmədə ifadəsində bildirdi ki, X3 onun həyat yoldaşıdır. Həyat yoldaşı 26 may 2025-ci ildə Sulutəpə qəsəbəsində vəfat etmiş və Sulutəpə qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Mərhum X1 ürək xəstəliyindən əziyyət çəkmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X10 məhkəmədə ifadəsində bildirdi ki, X3 onun qardaşının həyat yoldaşı olmuşdur. Kəmalə Əliyeva 26 may 2025-ci ildə Sulutəpə qəsəbəsində yerləşən evdə vəfat etmiş və Sulutəpə qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. O, mərhumun yas mərasimində iştirak etmişdir, belə ki, onlar bir həyətdə yaşamışdırlar. İş materiallarında olan AZE seriyalı, 17812614 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 04 iyul 1959-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Abşeron rayon VVAQ şöbəsi tərəfindən verilmiş XVİİ-ЖГ № 474672 saylı doğum haqqında şəhadətnamənin və AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1994-cü il tarixdə doğulmuşdur, atası X12, anası X5r. İş materiallarında olan “Respublika Təcili və X7 Mərkəzi” PHŞ Abşeron TTTYS-nin xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 rayonu, Sulutəpə qəsəbəsində həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən verilmiş 03 iyun 2025-ci il tarixli, 18-1-20/2-Ə-23xx-xx- 2340/2025 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ərizəçianın ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 11 iyun 2025-ci il tarixdə verilmiş 3-16-5/8-15- 1723/2025 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilə bilmədiyi üçün ölümün qeydə alınması imkan xaricindədir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsi tərəfindən verilmiş 24 iyun 2025-ci il tarixli, 2333 nömrəli arayışdan görünür ki, Ərizəçi anası mərhumə X9 xx.xx.2025-ci il tarixində, həqiqətən, Xocəsən bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 04 iyul 1959-cu il təvəllüdlü X4 26 may 2025-ci il tarixdə Abşeron rayonu, Sulutəpə qəsəbəsində ölməsi faktı ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04 iyul 1959-cu il təvəllüdlü X4 26 may 2025-ci il tarixdə Abşeron rayonu, Sulutəpə qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4284/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4284/2025
02.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver