Məhkəmə qərarları › İş №2(012)-4340/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4340/2023

25.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4340/2023 25.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1963-cü il təvəllüdlü X6 ünvan 1 ünvanında xx.xx.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum xx.xx.1963-cü il təvəllüdlü X13 onun əridir. Onlar ünvan 2 ünvanında qeydiyyatda olsalar da, faktiki olaraq ünvan 3 ünvanında yaşayırlar. X13 da elə həmin ünvanda vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 07:55 radələrində həyat yoldaşının halı pisləşdiyi üçün o, Təcili və X5 briqadasına məlumat vermiş, həkim briqadası evə gəldikdə artıq həyat yoldaşının vəfat etməsi barədə məlumat verərək, ona xəbərdarlıq vərəqəsi təqdim etmişlər. Əri Kürdəmir rayonu ərazisində yerləşən Çıxlıq qəbiristanlığında dəfn edilmişdir. O, ərinin ölümünün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə imtina verilmişdir. O, ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin ərinin ölüm səbəbi məlum olmadığına görə həmin şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də ərizənin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısıdır. X2 bacısının əri olmuşdur. X13 xx.xx.2021-ci il tarixdə yaşadıqları evdə olarkən halı pisləşmiş və həmin tarixdə vəfat etmişdir. Bu barədə ona bacısı zəng edərək məlumat vermişdir. Mərhum ölməmişdən əvvəl evdə qaz iyisi hiss etmiş, lakin evdə qazsızma halı olmamışdır. Mərhumu öz vəsiyyətinə əsasən, Kürdəmir rayonunda öz ailəsinin yanında dəfn etmişlər. Ölüm bədbəxt hadisə nəticəsində olmamışdır. Mərhumun yas mərasimlərində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun qayınanasıdır. X2 isə qayınatası olmuşdur. Onlar bir evdə yaşayırlar. Hadisə onun yanında olmuşdur. xx.xx.2021-ci il tarixdə mərhum qaynatası səhər-səhər işə getməyə hazırlaşarkən özünü pis hiss etdiyini demiş və o, qaynatasını öz yatağına uzandırmışdır. Onlar Təcili tibbi yardım çağıranadək, artıq qaynatası vəfat etmişdir. Nə qədər müdaxilə etsələrdə bu mümkün olmamış qayınatası vəfat etmişdir. Evdə qazsızma halı baş verməmişdir. Həkim briqadası evə gələrkən, mərhumun tromb olmasını bildirmişlər. Həmin vaxt “Covid”lə bağlı analiz götürülmüş, lakin mərhumda virus aşkar edilməmişdir Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kürdəmir rayon Qеydiyyаt şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ- 383973 nömrəli çıxarışdan görünür ki, X13, atası X8, anası X1 olmaqla 11 mart 1963-cü ildə Kürdəmir rayonunda anadan olmuşdur. - Abşeron rayon Qеydiyyаt şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-T 046759 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X4 xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 168 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Həmidova” soyadı verilmişdir. -Abşeron rayon Qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16- 5/8/-1741/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur - Tibbi Ərazi Bölmələrini X10 X17 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ/6.20-H-424-42-307/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. F.Həmidovun ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. - Qəbir daşından çəkilmiş fotoşəkillərdən görünür ki, X6 qəbir daşı üzərində xx.xx.1963-xx.xx.2021-ci il tarixi kimi qeydiyyat aparılmışdır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X13 ərizəçinin əri olmuş, sonuncu xx.xx.2021-ci il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və X6 vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadələrində X6 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ərinin ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də ərizəçinin əri X13 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadəsini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1963-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş X6 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş X6 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar