Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4350/2025 15.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi Əhmədova (Şirinova) Fatimə Şahin qızının, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Əhmədova (Şirinova) Fatimə Şahin qızının Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Əhmədova (Şirinova) Fatimə Şahin qızı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/MT13/2024-00387 saylı barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Əhmədova (Şirinova) Fatimə Şahin qızı məhkəmə iclasında izahatında bildirdi ki, o, Maraqlı şəxs qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbi ilə bağlı ilkin olaraq mediasiyaya müraciət etmişdir. Belə ki, onunla Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barşıq sazişinin şərtləri aşağıdakı kimi qəbul edilmişdir: 1. (nikahın pozulması tələbi) Tərəflər 1-ci tərəf X6 və 2-ci Maraqlı şəxs qeyd olunan məzmunda razılığa gələrək Sumqayıt “Asan” xidmət mərkəzində, qeydiyyat şöbəsində bağladıqları 3221 sayı ilə qeydə alınan nikahı pozsunlar. Tərəflərin razılığına əsasən nikahın pozulması tələbini icra edilməsini müvafiq Məhkəmə vasitəsilə iddia qaldırmaqla icra etsinlər; 2. (uşaqların ananın himayəsində saxlanılması tələbi) Tərəflər 1-ci tərəf X6 və 2-ci Maraqlı şəxs birgə nikahdan anadan olan uşaqları xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi 1-ci tərəf X3 himayəsində saxlanılması barədə razılığa gəldilər: 3.(aliment tələbi) Tərəflər 1-ci tərəf X6 2-ci tərəf Maraqlı şəxs hər ayın 27-si ödəmək şərti ilə birgə nikahdan anadan olan uşaqları xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün hər ay, hər uşağa görə 235 manat, ümumi 470 manat sabit pul məbləğində aliment tələb edir. 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf X3 tələbini qəbul edir və birgə nikahdan anadan olan uşaqları xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün hər ay, hər uşağa görə 235 manat, ümumi 470 manat sabit məbləğində alimentin, hər ayın 27-si ödəmək şərti ilə 1-ci tərəf X4 ödəməyə razılaşır və 1-ci tərəfə aid bank hesabına, kart hesabına ödəməklə icra edir. Bildirir ki, Maraqlı şəxs barışıq sazişinin şərtlərini kobud şəkildə pozaraq birgə nikahdan dünyaya gələn xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020ci il təvəllüdlü X1 üçün 470 manat alimenti ödəmir. Dəfələrlə maraqlı şəxsə barşıq sazişinin şərtlərinə əməl etməyi bildirsə də maraqlı şəxs buna məhəl qoymur və barışıq sazişinin şərtlərini pozmuş olur. Bu halları nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs ilə aralarında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiqlənməsinə zərurət vardır. Maraqlı şəxs uşaqların saxlanılması üçün məhkəmədən kənar qaydada aliment ödəyir, lakin aliment məbləğini ona sonuncu dəfə 2025-ci ilin yanvar ayında ödəmişdir. Bildiyi qədəri ilə Maraqlı şəxs hazırda işləyir, həmçinin müharibə veteranıdır. O isə əvvəllər işləmiş, lakin normal iş saatı olmadığı üçün işdən ayrılmışdır və ancaq uşaqlara baxır. Odur ki, qeyd edilənlərə əsasən o, barışıq sazişinin aliment hissəsini özündə əks etdirən 3-cü bəndinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək bildirdi ki, o, 3-cü qrup əlildir və buna görə pensiya almışdır, lakin onun pensiyası 2025-ci ilin yanvar ayında dayandırılmışdır. Hazırda o, kirayə evdə yaşayır. Maddi imkanı yaxşı olmadığı üçün o, aliment məbləğini ödəyə bilmir. Göstərilənlərə əsasən o, barışıq sazişinin təsdiq edilməsinə dair ərizənin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 499897 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09 oktyabr 2019-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası isə Şirinova (Əhmədova) Fatimə Şahin qızıdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 614844 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs 02 oktyabr 2020-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası isə Şirinova (Əhmədova) Fatimə Şahin qızıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3080/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi təmin edilmiş, X6 ilə Maraqlı şəxs arasında xx.xx.2018-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 3221 nömrəli akt qeydli nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Şirinova (Əhmədova) Fatimə Şahin qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00387 nömrəli barışıq sazişinin surətindən görünür ki, tərəflər aşağıdakı bəndlərdə qeyd olunan məsələlərlə bağlı razılığa gəlmişlər: 1.(nikahın pozulması tələbi) Tərəflər 1-ci tərəf X6 və 2-ci Maraqlı şəxs qeyd olunan məzmunda razılığa gələrək, Sumqayıt “Asan” xidmət mərkəzində, qeydiyyat şöbəsində bağladıqları 3221 sayı ilə qeydə alınan nikahı pozsunlar, Tərəflərin razılığına əsasən nikahın pozulması tələbini icra edilməsini müvafiq Məhkəmə vasitəsilə iddia qaldırmaqla icra etsinlər; 2. (uşaqların ananın himayəsində saxlanılması tələbi) Tərəflər 1-ci tərəf X6 və 2-ci Maraqlı şəxs birgə nikahdan anadan olan uşaqları xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi 1-ci tərəf X3 himayəsində saxlanılması barədə razılığa gəldilər; 3. (aliment tələbi) Tərəflər 1-ci tərəf X6 2-ci tərəf Maraqlı şəxs hər ayın 27-si ödəmək şərti ilə birgə nikahdan anadan olan uşaqları xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün hər ay, hər uşağa görə 235 manat, ümumi 470 manat sabit pul məbləğində aliment tələb edir. 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf X3 tələbini qəbul edir və birgə nikahdan anadan olan uşaqları xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün hər ay, hər uşağa görə 235 manat, ümumi 470 manat sabit pul məbləğində alimentin, hər ayın 27-si ödəmək şərti ilə 1-ci tərəf X4 ödəməyə razılaşır və 1-ci tərəfə aid bank hesabına, kart hesabına ödəməklə icra edir; 3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur; 4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir; 5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər; 6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır; 7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar; 8. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir; 10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir; 11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır; 12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır; 13. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz; 14. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; 15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər; 16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 16.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 16.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 16.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 16.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); 17. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir; 18. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının aktları aiddir; 19. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır; 20. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir; 21. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir; 22. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır; 23. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır; 24. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir; 25. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 510954 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X3 nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2024-cü il tarixində xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 375 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Əhmədova” soyadı verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-in 355-26-ci maddəsi ilə müəyyən edilmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin aliment hissəsini özündə əks etdirən 3-cü bəndinin təsdiq edilməsindən imtina olunması ilə bağlı əsaslar müəyyən edilmədiyindən, Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Əhmədova (Şirinova) Fatimə Şahin qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00387 saylı barışıq sazişinin alimentə aid olan 3-cü bəndi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Əhmədova (Şirinova) Fatimə Şahin qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00387 saylı barışıq sazişinin tərəflərin birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf olan Maraqlı şəxs tərəfindən hər ayın 27-si ödəmək şərti ilə hər uşağa görə 235 manat məbləğində olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin 1-ci tərəf olan Əhmədova (Şirinova) Fatimə Şahin qızına aid olan bank və ya kart hesabına ödənilməsi barədə 3-cü bəndi təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4350/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4350/2025
15.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver