Məhkəmə qərarları › İş №2(012)-4366/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4366/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4366/2023 29.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün qərb sahili, ev 6-da yerləşən 10.2 sot torpaq sahəsi və üzrəindəki tikili Cavabdeh MTK-nın üzərinə kompensasiya olaraq ona 4 otaqlı öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizə verərək, mülki iş üzrə Cavabdeh əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Eyni zamanda mülki işin aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə baxılması üçün göndərilməsinə etirazının olmadığını bildirmişdi. Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə məhkəmə iclasında cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə etiraz etməmişdir. Məhkəmə Cavabdeh MTK-nı əsl cavabdeh "xxxx" MMC ilə əvəz etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmənin elektron sistemindən çıxarılmış Vergi ödəyicilərinin məlumatlarından görünür ki, "xxxx" MMC (VÖEN: **********) Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev ev 113B ünvanında yerləşir. Azərbaycan Respublikası MPM-nin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Beləliklə, iş materiallarında olan sənədlərdən müəyyən oldu ki, iddiaçı iddia tələbində cavabdeh kimi Cavabdeh MTK-nı qeyd etdiyindən iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, lakin hazırda Cavabdeh MTK əsl cavabdeh "xxxx" MMC ilə əvəz edildiyindən, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 3 Məhkəmə hesab edir ki, qanunun qeyd edilən tələbləri nəzərə alınaraq mülki iş aidiyyəti üzrə cavabdeh "xxxx" MMC-nin ünvanının olduğu yerə görə göndərilməlidir. Göstərilənlər nəzərə alınaraq ərizə təmin edilməli, cavabdeh “Kristal ünvan 5 ünvanında yerləşdiyindən mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmlak tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar