Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4377/2024 26.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1, Maraqlı şəxs Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 18 mart 2024-cü il tarixdə mediasiya qaydasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi X3 izahatında bildirmişdir ki, o, Ərizəçi atasıdır. Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə mediasiyaya müraciət etmiş, 04 saylı mediasiya prosesində tərtib olunan 18 mart 2024-cü il tarixli barışıq sazişinə əsasən tərəflər aşağıdakı məsələlər üzrə razılığa gəlmişlər: 1) Birinci tərəf Ərizəçi İkinci tərəf Cavabdeh ilə birgə nikahdan dünyaya gələn övladı xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf Cavabdeh ona xx.xx.2024-cü il tarixən etibarən növbəti ayın 10-dək 235 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin birinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəyəcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır; 2) Birinci tərəf Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və ikinci tərəfə qarşı digər tələblərinin olmadığı təsdiq edir. İkinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır; 3) İkinci tərəf Muradlı X5 tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladı xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəf Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən növbəti ayın 10-dək 235 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür; 4) İkinci tərəf Cavabdeh bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduqda, Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Ərizəçi ilə maraqlı şəxs Cavabdeh arasında barışıq sazişinin olmasına baxmayaraq maraqlı şəxs hələ də alimentin artırılması ilə bağlı hissədə öz öhdəsinə düşən öhdəliyi vaxtlı-vaxtında yerinə yetirməkdən boyun qaçırmışdır. Belə ki, Cavabdeh barışıq sazişində müəyyən edilmiş aliment məbləğini ödəyərkən gecikmələrə yol vermiş, bunun səbəbini soruşduqda isə hansısa anlaşılmazlıq səbəbindən alimentin vaxtında ödənilmədiyini bildirmişdir. Ancaq buna baxmayaraq Cavabdeh hazırda aliment ödənişlərini ödəyir. Qeyd edilənlərə əsasən o, barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Maraqlı şəxs Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, maraqlı şəxs Cavabdeh atasıdır. Tərəflər arasında uşaqla bağlı mübahisə vardır. Artıq 5 ildir ki, qarşı tərəf uşağı onlara göstərmir. Qeyd edir ki, uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi barədə məhkəmə qətnaməsi mövcuddur. Buna baxmayaraq uzun müddətdir ki, onlar uşağı görə bilmirlər. Bundan əlavə qeyd edir ki, ərizəçi özünə məxsus bank kartlarını tez-tez dəyişir. İş materiallarında olan Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-T №187785 nömrəli doğum haqqında şəhadətnamənin və AA4290119 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 19 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda doğulmuşdur, atası Muradov (Muradlı) Zahid Nurəli oğlu, anası Ərizəçidır. İş materiallarında olan Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən 19 avqust 2022-ci il tarixdə verilmiş AZ-İ № 421420 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Ərizəçi nikahı Cəbrayıl Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 27 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı 4 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Cavabdeh ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı bəndlərdə qeyd olunan məsələlərlə bağlı razılığa gəlmişlər: 1. Birinci tərəf Ərizəçi İkinci tərəf Cavabdeh ilə birgə nikahdan dünyaya gələn övladı xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf Cavabdeh ona xx.xx.2024-cü il tarixən etibarən növbəti ayın 10-dək 235 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin birinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəyəcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır; 2. Birinci tərəf Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və ikinci tərəfə qarşı digər tələblərinin olmadığı təsdiq edir. İkinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır; 3. İkinci tərəf Muradlı X5 tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladı xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəf Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən növbəti ayın 10-dək 235 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür; 4. İkinci tərəf Cavabdeh bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir; 5. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur; 6. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir; 7. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər; 8. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır; 9. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar; 10. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 11. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir; 12. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir; 13. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır; 14. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır; 15. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz; 16. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; 17. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər; 18. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 18.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 18.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 18.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 18.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); 19. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir; 20. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir; 21. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır; 22. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir; 23. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir; 24. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır; 25. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır; 26. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir; 27. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (rəqəmlə və sözlə) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələr də hazırlana bilər). Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-in 355-26-ci maddəsi ilə müəyyən edilmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunması ilə bağlı əsaslar müəyyən edilmədiyindən, Bakı 4 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Ərizəçi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 4 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Cavabdeh ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4377/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4377/2024
26.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver