Məhkəmə qərarları › İş №2(012)-4378/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4378/2024

24.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4378/2024 24.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 aprel 1971-ci ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.2024cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.1971-ci il tarixdə anadan olmuş X7 onun həyat yoldaşıdır və yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Həyat yoldaşı Mübaris Yaqubov vəfat etdikdən sonra o, ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Belə ki, vərəsəlik işinin açılmasında ölüm haqqında şəhadətnamənin olması vacibdir. Lakin Maraqlı şəxs tərəfindən həyat yoldaşının ölüm haqqında şəhadətnaməsinin ona təqdim edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi ilə bağlı ona izah məktubu verilmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, həyat yoldaşı sağlığında qaraciyər serrozundan əziyyət çəkirdi. Mübaris Yaqubovun vəziyyəti pisləşdikdən sonra onlar tərəfindən X19 Xidməti çağırılmış, X19 Xidmətinin əməkdaşları gəldiyi zaman Mübaris Yaqubov sağ olmuş, lakin daha sonra vəfat etmişdir. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X9 01 aprel 1971-ci il təvəllüdlü X3 14 aprel 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X11 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X7 onun doğma qardaşıdır. X2 14 aprel 2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində vəfat etmiş və Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X5 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X7 onun qonşusu olmuşdur və 1992-ci ildə məcburi köçkün olaraq vaxtilə yaşadığı evdə məskunlaşmışdır. X7 bu ilin aprel ayında vəfat etmiş və Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AA0503141 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 01 aprel 1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ermənistan SSR Kadnaran kənd soveti tərəfindən verilmiş İ-ЗЖ № 155060 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01 aprel 1971-ci il tarixdə Qafan rayonu, Kadnaran kəndində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu, Leyla nikah evi tərəfindən verilmiş Vİİ- ЖГ № 291797 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X10 21 noyabr 1996-cı il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 671 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Yaqubova” soyadı verilmişdir. İş materiallarında olan “Bakı Şəhər Təcili və X8 Stansiyası” PHŞ-nin 16 saylı bölməsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X1 rayonu, Mehdiabad qəsəbəsi ünvanında həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan Abşeron rayon Mehdiabad bələdiyyəsi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli arayışdan görünür ki, mərhum X7 xx.xx.2024-cü il tarixdə Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 10 may 2024-cü il tarixli, 3-16-5/8-15-1093/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən verilmiş 06 avqust 2024-cü il tarixli, 18-1-20/2-Y-42-269/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. M.Yaqubovun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, həmçinin şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 01 aprel 1971-ci ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş X3 14 aprel 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 aprel 1971-ci ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş X3 14 aprel 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar