Məhkəmə qərarları › İş №2(012)-4381/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4381/2024

25.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4381/2024 25.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il təvəllüdlü X6 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Üzümlük y/m, S.Əsgərov küçəsində xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, ərizədə texniki səhvə yol verildiyini, onun atasının atasının adının səhv göstərildiyini bildirmiş, bu səbəbdən atasının soyadı, adı və atasının adının X5 yazılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Nəcəf bəy Vəzirov küçəsində yerləşən 39 saylı fərdi yaşayış evində yaşayır və həmin ünvanda qeydiyyatdadır. xx.xx.1963-cü il təvəllüdlü X10 onun doğma atasıdır. Bildirir ki, atası xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Üzümlük y/m, S.Əsgərov küçəsində yolun kənarında ölmüş vəziyyətdə aşkar edilmişdir. Bu barədə Abşeron rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X14 tərəfindən toplanmış material üzrə xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Atası - X3 qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. O, atasına ölüm haqqında şəhadətnamə almaq üçün qeydiyyat və yaşayış ünvanları üzrə Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs tərəfindən ona xx.xx.2024-cü il tarixli məktub verilmiş və məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. O, mərhum atasına ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X15 xx.xx.1963-cü il təvəllüdlü X7 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Üzümlük y/m, S.Əsgərov küçəsində xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X19 məhkəmədə ifadəsində bildirdi ki, X2 onun doğma dayısıdır və öldüyü vaxta qədər Abşeron rayonu, Saray qəsəbəsində yaşamışdır. X28 17 iyul 2024-cü ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Üzümlük y/m, S.Əsgərov küçəsində yolda gedərkən qəfildən vəfat etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X16 məhkəmədə ifadəsində bildirdi ki, X2 onun dayısı olmuş və Saray qəsəbəsində yaşamışdır. X2 17 iyul 2024-cü ildə vəfat etmiş və Saray qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AA2601127 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 15 iyul 1963-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 825684 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1994-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X4, anası isə X9r. İş materiallarında olan Abşeron Təcili və X13 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X10 həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan Abşeron rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X14 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X7 ölməsi faktı barədə toplanmış 24-3-2-2-400-0348 (225-c-24) nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli, 3-16-5/8-15-1918/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, X16, X11, mərhumun oğlu Ərizəçi, Saray qəsəbə qəbiristanlığının işçisi X1 Xəyyam Xansuvar oğlunun 17 iyul 2024-cü il tarixdə vəfat etdiyi və mərhumun onların iştirakı ilə Saray qəsəbə qəbiristanlığında dəfn olunduğu faktını öz imzaları ilə təsdiq etmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 avqust 2024-cü il tarixli, 2196 saylı arayışdan görünür ki, həqiqətən X2 17 iyul 2024-cü ildə vəfat etmiş və Saray qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, həmçinin şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 15 iyul 1963-cü təvəllüdlü X7 17 iyul 2024-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Üzümlük y/m, S.Əsgərov küçəsində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15 iyul 1963-cü təvəllüdlü X7 17 iyul 2024-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Üzümlük y/m, S.Əsgərov küçəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar