Məhkəmə qərarları › İş №2(012)-4382/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4382/2024

25.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4382/2024 25.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X5 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin qətnamənin icrasının Abşeron rayon X4 Dövlət Qeydiyyat İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, onun atası X8 xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində vəfat etmiş və atasını qohumları ilə birgə Gədəbəy rayonu, Çanaqçı kənd qəbiristanlığında dəfn etmişlər. Hazırda atasının qəbri Gədəbəy rayonu Çanaqçı kənd qəbiristanlığında yerləşir. Qeyd edir ki, atasının ölüm faktını şahidlər, həmçinin müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edə bilər. Hazırda atasının ölüm haqqında şəhadətnaməsini almaq istəyirlər, lakin bunun üçün atası X5 ölüm faktının müəyyən edilməsi lazımdır. Bundan əlavə bildirir ki, ailədə problem olduğu üçün atası sağlığında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən həyət evində tək yaşamışdır və həmin evdə də vəfat etmişdir. X5 vəfat etdiyini onun ölümündən üç gün sonra bilmişlər. Belə ki, mərhum Cavanşir Məmmədovun meyidi üç gün ərzində yaşadığı evdə qalmış, evdən iy-qoxu gəldikdən sonra Cavanşir Məmmədovun vəfat etdiyi müəyyən olunmuş və evə X23 Xidmətinin əməkdaşları çağırılmışdır. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X1 Cavanşir Məhər oğlunun 22 iyun 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X9 məhkəmədə ifadəsində bildirdi ki, X3 onun atası olmuşdur və sağ ikən Abşeron rayonu, Saray qəsəbəsində yaşamışdır. X8 22 iyun 2024-cü il tarixdə vəfat etmiş və Gədəbəy rayonu, Çanaqçı kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X10 məhkəmədə ifadəsində bildirdi ki, X3 onun qonşusu olmuşdur, vaxtilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda yaşamış, daha sonra Abşeron rayonu, Saray qəsəbəsinə köçmüşdür. 22 iyun 2024-cü il tarixdə mərhumun oğlu olan dostu X9 ona zəng edərək, atasının vəfat etdiyini bildirmiş, daha sonra o, mərhumun yaşadığı evə getmiş, nəşin dəfn edilməsi və Gədəbəy rayonuna göndərilməsi üçün hazırlanmasına şahid olmuşdur. X3 vəfat etdikdən sonra Gədəbəy rayonu, Çanaqçı kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AA4341805 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 31 mart 1959-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu, Leyla nikah evi tərəfindən verilmiş XX- ЖГ № 311540 saylı doğum haqqında şəhadətnamənin surətindən və AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X8, anası X7r. İş materiallarında olan Abşeron rayon X14 X24 və X12 Stansiyasının xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X2 rayonu, Saray qəsəbəsi, 48-ci küçə ünvanında həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli, 3-16-5/8-15-1553/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X25 tərəfindən verilmiş 04 iyul 2024-cü il tarixli, 18-1-20/3-1523/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. M.Cavanşirin ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan Gədəbəy rayon Nərimankənd bələdiyyəsi tərəfindən verilmiş 16 iyul 2024-cü il tarixli, 18 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum atası X5 dəfn mərasimi Gədəbəy rayonunun Çanaqçı kəndində təşkil edilmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, həmçinin şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 31 mart 1959-cu il təvəllüdlü X5 22 iyun 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 31 mart 1959-cu il təvəllüdlü X5 22 iyun 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar