Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4385/2024 28.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 19 iyul 1982-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1982cü il təvəllüdlü qardaşı X6 xx.xx.2024-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, YuxarıSulutəpə qəsəbəsi, R.Allahverdiyev, döngə 7, ev 46-da yerləşən mənzildə rəhmətə getmişdir. xx.xx.2024-ci il tarixdə saat 22:15-də Təcili və X7 Stansiyasına müraciət etsələrdə qardaşı həkim gələnə qədər rəhmətə getmişdir. X1 Bakı şəhəri Zığ qəsəbəsi Dədə Qorqudda yerləşən qəbiristanlığda dəfn etmişlər. Evlə bağlı sənədləşmə aparmaq istədikdə qardaşının ölüm haqqında şəhədatnaməsini istədikləri üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm faktını tibbi şəhadətnamə olmadığı üçün imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən, o, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 məhkəmədə ifadəsində bildirdi ki, Ərizəçi qonşusudur.X2 ərizəçinin qardaşıdır və 13 iyun 2024-cü ildə vəfat etmiş və yas mərasimində iştirak etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X4 məhkəmədə ifadəsində bildirdi ki, Ərizəçi qonşusudur.Ceyranbatan qəsəbəsində yaşayırlar. X2 ərizəçinin qardaşıdır və 13 iyun 2024-cü ildə vəfat etmişdir.Dəfn olunanda və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan AZE Seriyalı, 17338338 saylı şəxsiyyət vəqisəsindən görünür ki, X6 19 iyul 1982-ci ildə Ermənistan, Kalinin rayonunda anadan olmuşdur. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 Bakı Baş Səhiyyə Mərkəzi X14 5 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 19 iyun 2024-cü il tarixli, 601 №-li cavab məktubundan görünür ki, xx.xx.1982-cı il təvəllüdlü,Bakı şəhəri.Nəsimi rayonu, F.Qasımzadə 8 ünvanda qeydiyyatda olan,ünvan 3şayan X6 xx.xx.2024-cü il tarixdə rəhmətə gedib.Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədikləri üçün Forma N 106 almaq üçün məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Azərbaycan Respublikası Suraxanı Rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli məktubdan görünür ki, X6 xx.xx.2024-cü ildə Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn olunduğu məlum olmuşdur. İş materiallarında olan Təcili və X7 Stansiyasının 17 saylı bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 4 ünvanında 1982-cı il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə həkimə qədər vəfat etmişdir. İş materiallarında olan foto şəkildən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X6 xx.xx.2024-cü ildə ölmüşdür. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.1982-ci il təvəllüdlü X3 13 iyun 2024-cü il tarixdə ünvan 4 ünvanında ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X3 13 iyun 2024-cü il tarixdə ünvan 5 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4385/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4385/2024
28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver