Məhkəmə qərarları › İş №2(012)-4433/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4433/2024

25.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4433/2024 25.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi, həmçinin birgə nikah dövründə çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qızıl əşyaları: 1. Komplekt - 1 cüt sırğa, üzük - 750 əyarlı - 2000 manat; 2. Boyunbağı - 400 manat; Cehiz əşyaları: 1. Divan-kreslo - 700 manat (Türkiyə istehsalı); 2. Divar dəsti (qorka) - 900 manat (Malaziya istehsalı); 3. Jurnal stolu - 100 manat (Malaziya istehsalı); 4. Serviz - 3000 manat (Almaniya istehsalı); 5. Stol-stullar - 800 manat (Malaziya istehsalı); 6. Pərdələr - 200 manat; 7. Çil-çıraq - 600 manat; 8. Yataq mebeli dəsti - 1000 manat (taxt, şifoner, güzgülü tumba, 2 balaca tumba) - Türkiyə istehsalı; 9. Uşaq mebeli - 500 manat (Türkiyə istehsalı); 10. Kompüter - 650 manat; 11. 4 ədəd döşək - 300 manat (yun); 12. 6 ədəd yorğan - 200 manat (yun); 13. Süfrə - 3 ədəd - 200 manat; 14. Dəsmal - 12 ədəd - 200 manat; 15. Mətbəx mebeli - 1500 manat; 16. Qazan, tava dəsti - 300 manat; 17. Xalça - 3 ədəd - 800 manat; 18. Qab-qacaq, şirniyat qabları - 1300 manat; 19. Televizor - 750 manat; 20. Soyuducu - 1000 manat; 21. Dırnaq aparatları - 400 manat; 22. Ramkalar - əl işləri - 4 ədəd - 1000 manat; 23. Misdən tas va kəfkir -180 manat; 24. Evin damı üçün xərc - 1000 ABŞ dolları; 25. Damın üst xərci - 500 ABŞ dolları əşyalarının Cavabdeh alınaraq ona verilməsi və cehiz əşyaları aşkar edilməzsə, onların dəyəri olan 19130 manat pul məbləğinin və ödədiyi 150 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2005-ci tarixdə nikaha daxil olmuşdur. Onların birgə nikahdan üç övladı - xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamışlar, lakin sonradan münasibətləri kəskinləşmiş, xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Onlar arasında bağlanmış nikah Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1769/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh ilə münasibətləri kəskinləşdiyindən cavabdeh onu uşaqlarla birlikdə evdən qovmuşdur, sonra evə qayıtmaq istəsə də cavabdeh onu evə buraxmamışdır. Bildirir ki, onun cehiz əşyaları və ona məxsus toy hədiyyəsi olan qızılları cavabdehin evində qalmışdır. Cavabdehdən ona verilməsini tələb etdiyi mətbəx mebelini cavabdeh ilə birgə nikah dövründə, soyuducu və televizoru isə sonradan o, özü almışdır. Cavabdeh onu döyərək evdən qovduğundan o, özünə məxsus qızıllarını evdən götürə bilməmişdir. Qeyd edir ki, onunla Cavabdeh 2024-cü ilin yanvar ayından ayrı yaşayırlar, belə ki, o, paltarlarını və bəzi əşyaları götürərək 20 yanvar 2024-cü il tarixindən yaşadıqları evdən çıxmışdır, evdən getdiyi gün qızılların evdə olmadığını görmüşdür. Bildirir ki, cavabdeh onun tərəfindən təqdim edilmiş siyahıda qeyd edilən 650 manat dəyərində kompüteri sonradan ona vermişdir. O, vaxtilə anasının ona verdiyi pulla mətbəx mebeli almışdır. Bundan əlavə onun anası evin damının təmiri üçün 1500 ABŞ dolları məbləğində pul vermişdir. O, cavabdehdən 14 il bundan əvvəl dam üçün çəkdikləri xərci, həmçinin damın üst hissəsi üçün çəkilən xərcləri tələb edir, hansı ki damın təmiri üçün müvafiq olaraq 1000 ABŞ dolları və 500 ABŞ dolları məbləğində pul ödəmişdir. O, qızının təhsili üçün 900 manat məbləğində təhsil haqqı ödəyir, bundan əlavə oğlunun harada təhsil aldığını cavabdeh bir ata olaraq bilmir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı evdən çıxarkən qızıl-zinət əşyalarını götürmədiyi ilə bağlı dedikləri həqiqəti əks etdirmir, belə ki, iddiaçı özünə məxsus qızılziynət əşyalarını özü ilə aparmışdır, lakin ona böhtan atır. O, İddiaçı tərəfindən təqdim olunmuş siyahıda cehiz əşyaları içərisindən 1. Divan-kreslo - 700 manat (Türkiyə istehsalı); 2. Divar dəsti (qorka) - 900 manat (Malaziya istehsalı); 3. Jurnal stolu - 100 manat (Malaziya istehsalı); 4. Serviz - 3000 manat (Almaniya istehsalı); 5. Stol-stullar - 800 manat (Malaziya istehsalı); 7. Çil-çıraq - 600 manat; 8. Yataq mebeli dəsti - 1000 manat (taxt, şifoner, güzgülü tumba, 2 balaca tumba) - Türkiyə istehsalı; 11. 4 ədəd döşək - 300 manat (yun); 13. Süfrə - 3 ədəd - 200 manat; 14. Dəsmal - 12 ədəd - 200 manat; 16. Qazan, tava dəsti - 300 manat; 17. Xalça - 3 ədəd - 800 manat; 18. Qabqacaq, şirniyat qabları - 1300 manat; 20. Soyuducu - 1000 manat; 21. Dırnaq aparatları - 400 manat; 22. Ramkalar - əl işləri - 4 ədəd - 1000 manat; 23. Misdən tas va kəfkir - 180 manat əşyaları hazırda onların vaxtilə birlikdə yaşadıqları evdədir və iddiaçının həmin əşyaları götürməsinə etiraz etmir. İddiaçı tərəfindən ondan tələb edilən pərdələri birgə nikah dövründə vaxtilə onun anası almışdır. Uşaq mebelinə gəldikdə isə 2 nəfərlik uşaq mebeli onun vəsaiti hesabına alınmışdır və ondadır, bir uşaq mebeli isə dəst olmuşdur, mebel dəsti 2 ədəd çarpayıdan ibarətdir və o, həmin çarpayılardan yalnız birinin iddiaçı tərəfindən götürülməsinə etiraz etmir. İddiaçı ondan kompüterin də verilməsini tələb etməsinə baxmayaraq qeyd edir ki, iddiaçı evdən çıxarkən kompüteri özü ilə aparmışdır. Siyahıda 6 ədəd yorğanın onda olması ilə bağlı bildirir ki, yorğanın sayını dəqiq bilməsə də evdə yorğanlar mövcuddur. Ondan tələb edilən mətbəx mebelinin pulunu vaxtilə anası ödəmiş, yeznəsi isə həmin mebeli düzəltmişdir. Bundan əlavə iddiaçının tərtib etdiyi siyahıda göstərilən televizor ona iddiaçının xalası oğlu tərəfindən hədiyyə verilmişdir. Qeyd edir ki, evin damının təmiri üçün ona pul verilməmiş, yalnız 500 ABŞ dolları məbləğində borc almış, daha sonra isə borcunu ödəmişdir. Qızıllar barədə isə bildirir ki, o, keçmiş həyat yoldaşı olan İddiaçı ilə 17 ildən artıq müddət ərzində bir yerdə yaşamışlar və iddiaçının qızılları mövcud olmuşdur, lakin iddiaçı evdən çıxarkən həmin qızılları özü ilə aparmışdır. Onun İddiaçı döyməsi ilə bağlı deyilənlər doğru deyildir. İddiaçı evdən çıxdıqdan təxminən 5 gün və ya bir həftə sonra evə gələrək qalan paltarlarını və qızıllarını da aparmışdır. Bundan əlavə bildirir ki, oktyabrın 27-də, yəni övladının doğum günündə o, övladı ilə görüşmək istəmiş, ancaq övladı ona anasının icazə vermədiyini demişdir. Hazırda iddiaçının himayəsində olan övladlarından ikisi əvvəllər onun yanında qalaraq iddiaçı ilə qalmaq istəmədiklərini bildirmiş, lakin sonra anaları olan iddiaçının yanına getmişlər. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1769/2024 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon Qeydiyyat şöbəsində xx.xx.2006-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 383 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 180 manat olmaqla, ümumilikdə, 540 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən, cavabdeh tərəfindən etiraf olunan hissədə təmin edilməli, cehiz əşyalarından Divan-kreslo - 700 manat (Türkiyə istehsalı); Divar dəsti (qorka) - 900 manat (Malaziya istehsalı); Jurnal stolu - 100 manat (Malaziya istehsalı); Serviz - 3000 manat (Almaniya istehsalı); Stol-stullar - 800 manat (Malaziya istehsalı); Çil-çıraq - 600 manat; Yataq mebeli dəsti - 1000 manat (taxt, şifoner, güzgülü tumba, 2 balaca tumba) - Türkiyə istehsalı; 4 ədəd döşək - 300 manat (yun); 6 ədəd yorğan - 200 manat (yun); Süfrə - 3 ədəd - 200 manat; Dəsmal - 12 ədəd - 200 manat; Qazan, tava dəsti - 300 manat; Xalça - 3 ədəd - 800 manat; Qab-qacaq, şirniyat qabları - 1300 manat; Televizor - 750 manat; Soyuducu - 1000 manat; Dırnaq aparatları - 400 manat; Ramkalar - əl işləri - 4 ədəd - 1000 manat; Misdən tas va kəfkir - 180 manat cavabdeh tərəfindən qəbul edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddia tələbində qeyd edilən 200 manat dəyərində olan pərdələr və 500 manat dəyərində olan uşaq mebeli cehiz əşyaları deyil, tərəflərin birgə nikah dövründə əldə etdikləri əşyalardandır. Məhkəmə qeyd edir ki, 200 manat dəyərində olan pərdələr birgə nikah dövründə Cavabdeh anası tərəfindən onlara hədiyyə edildiyindən, həmçinin cavabdehin məhkəmə iclasında uşaq mebelini öz vəsaiti hesabına almasına baxmayaraq uşaq mebelinə daxil olan 1 ədəd çarpayının iddiaçı tərəfindən götürülməsinə etiraz etmədiyindən, iddia tələbi 200 manat dəyərində olan pərdələrə aid hissədə rədd edilməli, 500 manat dəyərində olan uşaq mebelinə daxil olan 1 ədəd çarpayıya aid hissədə isə təmin edilərək İddiaçı verilməlidir. Beləliklə iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci, 225.2-ci, 225.3-cü, Azərbaycan Respublikası Ailə Məcəllənin 34.1-ci və Azərbaycan Respublikası MPM-in 14.2-ci və 77.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmçinin iddia tələbinin 650 manat dəyərində kompüter və 1500 manat dəyərində mətbəx mebeli ilə bağlı hissəsi barədə məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh siyahıda qeyd olunmuş 650 manat dəyərində kompüterin iddiaçı tərəfindən aparıldığını, 1500 manat dəyərində mətbəx mebelinin vaxtilə anasının vəsaiti hesabına düzəltdirildiyini bildirmiş, iddiaçı isə kompüteri özü ilə götürdüyünü etiraf etmiş, həmçinin 1500 manat dəyərində mətbəx mebelinin onun vəsaiti hesabına əldə edildiyini qeyd etsə də tələbini əsaslandıra bilməmiş və məhkəməyə bu faktı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Odur ki, iddia tələbinin 650 manat dəyərində kompüter və 1500 manat dəyərində mətbəx mebelinə aid hissələrdə təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə iddia tələbinin qeyd edilən hissələrdə rədd edilməsi nəticəsinə gəlir. İddia ərizəsində göstərilən qızıl-ziynət əşyaları - 2000 manat dəyərində komplekt (1 cüt sırğa, üzük - 750 əyarlı) və 400 manat dəyərində boyunbağı, eyni zamanda evin damı üçün tələb edilən 1000 ABŞ dolları və damın üst hissəsi ilə bağlı tələb edilən 500 ABŞ dolları xərc cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddianın bu hissəsinin təmin edilməsinə əsas verən sübutlar kifayət qədər olmadığından məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Həmçinin iddia tələbinin 150 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun yarısı, yəni 75 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Divan-kreslo - 700 manat (Türkiyə istehsalı); Divar dəsti (qorka) - 900 manat (Malaziya istehsalı); Jurnal stolu - 100 manat (Malaziya istehsalı); Serviz - 3000 manat (Almaniya istehsalı); Stol-stullar - 800 manat (Malaziya istehsalı); Çil-çıraq - 600 manat; Yataq mebeli dəsti - 1000 manat (taxt, şifoner, güzgülü tumba, 2 balaca tumba) - Türkiyə istehsalı; 500 manat dəyərində olan uşaq mebelinə daxil olan 1 ədəd çarpayı; 4 ədəd döşək - 300 manat (yun); 6 ədəd yorğan - 200 manat (yun); Süfrə - 3 ədəd - 200 manat; Dəsmal - 12 ədəd - 200 manat; Qazan, tava dəsti - 300 manat; Xalça - 3 ədəd - 800 manat; Qab-qacaq, şirniyat qabları - 1300 manat; Televizor - 750 manat; Soyuducu - 1000 manat; Dırnaq aparatları - 400 manat; Ramkalar - əl işləri - 4 ədəd - 1000 manat; Misdən tas va kəfkir - 180 manat və ya onların dəyəri alınıb İddiaçı verilsin. İddia tələbi Komplekt - 1 cüt sırğa, üzük - 750 əyarlı - 2000 manat; Boyunbağı - 400 manat; Pərdələr - 200 manat; Kompüter - 650 manat; Mətbəx mebeli - 1500 manat; Evin damı üçün xərc - 1000 ABŞ dolları; Damın üst xərci - 500 ABŞ dolları aid olan hissələrdə rədd edilsin. Cavabdeh dövlət rüsumuna görə 75 (yetmiş beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar