Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-446/2024 24.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 nümayəndəsi Nümayəndə və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt edilmiş torpaq sahəsində qeyri-qanuni tikdirdiyi evin sökülməsinə və cavabdehin zəbt etdiyi, iddiaçılardan İddiaçı1 məxsus 5,5 sot torpaqdan və iddiaçılardan İddiaçı2 məxsus 8,5 sot torpaqdan çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılarda İddiaçı1, 23 aprel 2023-cü il tarixli ( AN-nömrə 1149158) alqı-satqı müqaviləsi ilə X3 Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha ( 10 sot) torpaq sahəsini satın almışdır. Sahənin 13 may 2023 tarixli plan ölçüsü də tərtib olunmuşdur. Qeyd olunan sənədlərə əsasən sahə AR ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli 12 may 2023-cü il tarixli çıxarışı ilə onun mülkiyyətindədir. Cavabdeh onun sahəsinə bitişik torpaq sahəsi vardır. Lakin cavabdeh onun mülkiyyətində olan sahənin 5,5 ha sotunu da tutub, orada ev tikib və zəbt etmiş olduğu sahəni qaytarmaq istəmir. İddiaçılardan İddiaçı2 də cavabdehin qonşuluğunda, onun torpaq sahəsinə bitişik olan torpaq sahəsi olub, 0,13 hadan ibarət olan həmin sahənin 24 sentyabr 2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışı vardır. Sahənin də 23 sentyabr 2022-ci il tarixli, AN 846829 saylı plan ölçüsü tərtib olunub və orada sahəsi 0, 13 ha göstərilib. Cavabdeh onun mülkiyyətində olan sahənin də 8,5 sotunu tutub və zəbt etmiş olduğu sahəni qaytarmaq istəmir. Cavabdeh öz sahəsinin onların sahələri ilə qonşu sahə olmağından istifadə edib sahələrini zəbt edib. İndi cavabdeh nə onların sahələrindən çıxır, nə də onların zəbt etdiyi torpaq sahələrini öz torpağı ilə əvəzləyib qaytarmaq istəmir. Həmin torpaqlar pay torpaqlarıdır və orada yaşayış evi tikilməsi qanunsuz olub qadağandır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh onlara məxsus torpağı zəbt etmə ilə razılaşmır. Bir neçə dəfə də, məlumatların elektron bazaya yerləşdirilməsi ilə maraqlanmış, sonuncu dəfə isə elektron bazaya yerləşdirildiyi söylənmişdir. Buna görə də sorğu göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, 15 ildir ki, həmin torpaq sahəsi ona məxsusdur. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında göstərmişdir ki, 2008-ci il tarixində Abşeron rayonu, Novxanı kəndində 0.26 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin onun adına olması barədə çıxarışı vardır. Bundan əlavə onun mülkiyyətində olan torpaq sahəsində iki il ərzində ev tikilmiş, evin tikintisi bitən zaman iddiaçılar özlərinə məxsus torpaq sahəsi ilə onun torpaq sahəsinin üst-üstə düşdüyünü söyləmişdir. Bununla əlaqədar aiddiyəti quruma müraciət edən zaman Mehdiabad ərazisinin elektron kadastr bazasına salındığını, növbəti ərazi isə Novxanı olacağını söyləmişdirlər. Məhkəmə tərəflərin münasibətini araşdırıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.26 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 58 saylı reyestr kitabının 118 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********07 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AA № 007648 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.26 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas DƏDRX Abşeron rayon ərazi idarəsi, xx.xx.2008-ci il tarixli 1********. ********* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Abşeron rayon 1 saylı DNK, xx.xx.2008-ci il tarixli 4ə/02-289. 4ə/02-288 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. -Sumqayıt ASAN xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ № 396351 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X6 xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 860 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, A № 846829 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.129958 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2, müqavilənin ləğvi barədə saziş, 3M-641, xx.xx.2022; DƏDRX Abşeron rayon ərazi idarəsi, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, **********, **********, xx.xx.2015 olmuşdur. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.129958 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, A № 984255 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Sumqayıt şəhəri 3 saylı Notariat ofisi, X1, alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi, 4ə-646, xx.xx.2023 olmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-İ-00xx-xx/2023 saylı məktubundan görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində etibarnamə üzrə nümayəndəsi olduğu X5 mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin yerinin və koordinatlarının dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli (d/0 **********) Nümayəndə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Abşeron rayonu, Novxanı kəndi ərazisində xx.xx.2016-cı il tarixli, **********27 reyestr nömrəli çıxarışla X5 mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək tanıdılmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 321332/2-0000334/24 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Novxanı kəndi “Novxanı” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.“Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Həmin ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/863 nömrəli ekspert rəyindən görünür ki, məhkəmənin 2(012)-5217/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyində Qərardadın birinci, ikinci, üçüncü və dördüncü sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 321332/2-0000334/24 saylı mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Novxanı kəndi “Novxanı” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yer quruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra Abşeron rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı1, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarışa əsasən isə Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.129958 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətinə verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə məxsus torpaq sahələrinin cavabdeh tərəfindən müəyyən hissələri zəbt edildiyi üçün qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh zəbt edilmiş torpaq sahəsində qeyri-qanuni tikdirdiyi evin sökülməsinə və cavabdehin zəbt etdiyi, iddiaçılardan İddiaçı1 məxsus 5,5 sot torpaqdan və iddiaçılardan İddiaçı2 məxsus 8,5 sot torpaqdan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Yaranmış mübahisənin daha obyektiv və ədalətli həll edilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyi alınmış və məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/863 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 321332/2- 0000334/24 saylı mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Novxanı kəndi “Novxanı” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yer quruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İşdə olan mütəxəssis rəyindən və ekspertiza rəyindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Novxanı kəndi “Novxanı” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yer quruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması;
5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. İş materiallarından görünür ki, iddiaçıların çıxarışlarında qeyd edilən torpaq sahələri, cavabdehin çıxarışında qeyd edilən torpaq sahəsi ilə onların naturada istifadə etdiyi torpaq sahəsi arasında uyğunsuzluqlar(sürüşmələr) mövcuddur. Başqa sözlə, torpaq sahələrinin sənədləri ilə onların istifadəsində uyğunsuzluqların mövcud olması iş materiallarındakı mütəxəssis rəyi və ekspert rəyi ilə təsdiq edilir. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçılar ilk öncə sənəddə qeyd edilən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsindəki uyğunsuzluqları aradan qaldırmalı, bundan sonra isə zəbt etmə halı varsa, bu barədə iddia qaldırmalıdır. Hazırki halda iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinin hüquqi əsası yoxdur. Eyni zamanda rəydə, hazırda ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirilib, elektron kadastr məlumat bazasına daxil edildikdən sonra Abşeron rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olunması qeyd edilmişdir, iddiaçılar isə mövcud sübutlarla iddia ərizəsinə baxılıb qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçıların iddia tələbi sübut olunmadığından iddianın təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlandırılacaq) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin;
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən mülki iş üzrə ekspertiza tədqiqatının aparılması üçün ödənilmiş vəsait iddiaçının özünə aid edilməli, iddiaçıdan ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov