Məhkəmə qərarları › İş №2(012)-4460/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4460/2023

31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4460/2023 31.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə vəfat etmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə uyğun olaraq ərizə təqdm edərək, məhkəmədən ərizənin xahiş edirəm hissəsinin xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində Nəsimi rayonu ərazisində vəfat etməsi faktının müəyyən edilməsi kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, onun X3 xx.xx.1962-ci ildə anadan olub, xx.xx.2023-cü ildə Bakı şəhəri Nəsimi rayon ərazisində, çöl-küçə şəraitində qəflətən baş verən ürək tutmasından vəfat etmişdir. Həmin vaxt depressiya vəziyyətində olduğundan hadisə yerində olan Bakı şəhəri Təcili və X4 Stansiyasının və Hüquq mühafizə orqanlarının əməkdaşlarına mərhum atasının vəfatı ilə bağlı heç kimdən şikayətinin olmadığını bu səbəbdən atasının ölüm səbəbinin araşdırılması üçün atasının cənazəsinin Məhkəmə-Tibbi Ekspertiza və X1 aparılmasına etiraz etmişdir. Qeyd olunanlara görə atasının ölüm səbəbi rəsmi tibbi sənədlər üzrə müəyyən olunmaması səbəbindən atası üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir. X3 xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri ərazisində yerləşən “Xırdalan”qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxs Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin kiçik əmisidir. Mərhum qardaşı ürək xəstəliyindən əziyyət çəkmişdir. Evdə olarkən qardaşının ölüm ayağında olması barədə ona məlumat verilmişdir. Tez onlara getmiş, orada polislərin də olduğunu görmüşdür. Qardaşı 2023-cü ilin iyun ayında vəfat etmişdir. Bədbəxt hadisə nəticəsində deyil, xəstəlikdən vəfat etmişdir. Xırdalan şəhərində yerləşən qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşı, mərhum isə atasıdır. İşdən çıxıb evə gələndə atasının Bakı şəhəri Nəsimi rayonu ərazisində halının pisləşdiyini eşitmiş, dərhal həmin əraziyə getmiş, atasının ürək tutmasından vəfat etdiyini görmüşdür. Atası uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkirdi. O xəstəlikdən vəfat etmiş, hər hansı bədbəxt hadisə olmamışdır. Onu Xırdalan şəhərində yerləşən qəbiristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: ASAN-Sumqayıt tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE № 16357140 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. - Abşeron rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli Xİİ-ЖГ № 347494 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə Abşeron rayon Xırdalan şəhərində anadan olmuş, X3, anası X2r. - Xırdalan Bələdiyyəsinin əməkdaşları tərəfindən tərtib edilmiş, 12 saylı, 12 iyul tarixli Aktdan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə Xırdalan Qəbirstanlığında dəfn olunmuşdur. - Xırdalan Bələdiyyəsinin X13-152 saylı, xx.xx.2023-cü il tarixli Arayışında atam X5 həqiqətən də xx.xx.2023-cü il tarixdə Xırdalan Qəbirstanlığında dəfn olunduğu qeyd olunmuşdur. - Bakı şəhəri Nəsimi rayon prokurorluğu tərəfindən 28 iyun 2023-cü il tarixli Arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X7 28 iyun 2023-cü il tarixdə qəflətən baş verən ürək tutmasından vəfat etmiş, onun ölümü hər-hansı bir zorakılıqla bağlı olmamış və hadisədə cinayət xarakterli hallar aşkar edilməmişdir. - Cavabdeh 04 iyul 2023-cü il tarixli, 3-16-5/8-1621/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. - Azərbaycan Respublikası “TƏBİB” X10 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X6 11 iyul 2023-cü il tarixli, PHŞ-6-20/2-R-371-42- 296/202 saylı müraciətə cavab məktubundan görünür ki, X5 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” həmin qurum tərəfindən verilmir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X7 ərizəçinin atası olmuş, sonuncu xx.xx.2023-cü il tarixdə halı pisləşdiyindən (ürək tutmasından) vəfat etmiş və X5 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində Nəsimi rayonu ərazisində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etməsi faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar