Məhkəmə qərarları › İş №2(012)-4493/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4493/2021

06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4493/2021 06.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 20.11.1960-cı il təvəllüdlü X6 16.03.2021-ci ildə Xırdalan şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, mərhum 20 noyabr 1960-cı il təvəllüdlü X9 onun həyat yoldaşıdır. 16.03.2021-ci il tarixdə gecə saatlarında Xırdalan şəhərində yaşadıqları evdə həyat yoldaşı Qəşəm Əhmədovun qəfildən vəziyyəti pisləşmişdir. Həmin vaxt təcili-tibbi yardıma zəng edilsə də, həkimlər gələnədək artıq X9 vəfat etmişdir. O, mərhum həyat yoldaşı X7 ailə üzvlərinin və qohumlarının iştirakı ilə 16.03.2021-ci il tarixdə Masazır qəbiristanlığında dəfn etmiş olsalar da, mərhumun ölümü ilə bağlı müvafiq həkim şəhadətnaməsi olmadığı üçün Maraqlı şəxs tərəfindən ölüm haqqında şəhadətnamə verilməmişdir. O, mərhumun yas və hüzur mərasimlərini keçirdikdən sonra ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etsə də, onun həmin müraciətinə imtina cavabı verilmiş və məhkəməyə müraciət etməli olduğu tövsiyyə olunmuşdur. Bundan başqa, ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də oradan da imtina cavabı almışdır. Ona görə də, 20 noyabr 1960-cı il təvəllüdlü həyat yoldaşı X6 16.03.2021-ci il tarixdə Xırdalan şəhərində yaşadığı evdə ölməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 09.09.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, atası X9 16.03.2021-ci il tarixdə vəfat etmişdir. Anası dərhal ona zəng edərək hadisə barədə məlumat vermiş, o isə dərhal atasının evinə getmişdir. Evə daxil olduqda, atası artıq vəfat etmişdir. Onun yaşadığı ev ikimərtəbəli ev olmaqla birinci mərtəbəsində onun anası və atası, ikinci mərtəbəsində isə qardaşı yaşayırdı. Atasının halı pisləşəndə atasının yanında təkcə anası olmuşdur. Anasının deməsinə görə atasının halı qəflətən pisləşmiş, əyləşmiş və dünyasını dəyişmişdir. Atasının ölümünə səbəb hər hansı bədbəxt hadisə, yıxılma, xəsarət alma olmamış və təbii ölüm olmuşdur. Atası ürək çatışmazlığından əziyyət çəkirdi və bir dəfə infarkt keçirmişdir. 06.10.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi və mərhum X6 yaşadıqları ev onun evindən arxa hissədə yerləşirdi. Mehriban qonşuluq münasibətləri var idi. Mərhumu yaxından tanımış, münasibətləri çox yaxşı olmuşdur. 16.03.2021-ci il tarixdə axşam saat 7-8 radələrində qonşularının evində səs-küy olmuş, qonşu kimi onların evinə getmiş və X6 vəfat etdiyini görmüşlər. O, X6 evində olarkən təcili tibbi yardım maşını xeyli müddət sonra gəlmişdir. Sonradan, X6 infarkt keçirməsi səbəbindən vəfat etməsi bəlli olmuşdur. Mərhum Masazır qəbiristanlığında dəfn olunmuş və dəfn mərasimində o da iştirak etmişdir. Lakin pandemiya səbəbindən geniş yas mərasimi olmamışdır. Mərhumun ölümünə səbəb hər hansı bədbəxt hadisə olmamış, təbii ölüm olmuşdur. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Mirbəşir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.12.1983-cü il tarixli № 307446 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 ilə Ərizəçi 03.12.1983-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 226 nömrəsi ilə qeyd edilmişdir. -Abşeron rayonu Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 16.03.2021-ci il tarixli Təcili və X5 X1 görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə ünvanına X6 adına həmin tarixdə çağırış daxil olmuş, həkimə qədər ölüm halı aşkar edilmiş, kişi cinsindən olan meyid üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməmiş, Covid-19 virusu ilə əlaqədar yaxma götürülmüşdür. -Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə X15 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 25.06.2021ci il tarixli 961 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"-nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Q.Əhmədovun ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli 114/A saylı arayışdan görünür ki, Ərizəçi həyat yoldaşı mərhum X10 16.03.2021-ci il tarixində Masazır kənd qəbristanlığında dəfn olunmuşdur. -Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı 12.06.2021-ci il tarixli 05/Q-792/15 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 24.06.2015-ci il tarixli AZE № 15179751 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivi döngə 1, 9 saylı evdə qeydiyyatda olmuşdur. -Abşeron RPŞ tərəfindən verilmiş 05.03.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivi döngə 1, 9 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X9 ərizəçinin həyat yoldaşı olmuş, sonuncu 16.03.2021-ci il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və X6 ölüm faktı ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi şahidlər də məhkəməyə verdikləri ifadələrində X6 16.03.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi həyat yoldaşının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin həyat yoldaşı X9 16.03.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 20.11.1960-cı il tarixdə Tərtər rayonu Səhləbad kəndində anadan olmuş X6 16.03.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.11.1960-cı il tarixdə Tərtər rayonu Səhləbad kəndində anadan olmuş X6 16.03.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar