Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-451/2025 13.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi X14, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “torpaq sahələrinin zəbt edilmiş hissəsinin geri qaytarılması və həmin torpaq sahələri üzərində inşa edilmiş tikililərin sökülərək ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 Qobu Bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 02 №-li qərarı ilə verilmiş 0,10 ha torpaq sahəsinin zəbt olunmuş 0,04 ha hissəsinin, İddiaçı1 Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 №-li qərarı ilə verilmiş 0,08 torpaq sahəsinin zəbt olunmuş 0,04 ha hissəsinin Cavabdeh alınıb verilməsi və torpaq sahəsində tikilmiş tikililərin sökülərək ərazinin boşaldılmasının həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçı2 məhkəmə iclasında izahatında bildirdi ki, o, 2006-cı ilin dekabr ayında Abşeron rayonu, Qobu qəsəbəsində torpaq sahəsi almaq üçün bələdiyyəyə müraciət etmiş, Azərbaycan Respublikası Abşeron rayonu X24 09 fevral 2007-ci il tarixli, 02 №-li Qərarı ilə ona ərizəsi əsasında fərdi yaşayış evi tikmək üçün Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən olan 0,10 ha torpaq sahəsi fərdi mənzil tikintisi məqsədi ilə satılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 №-li Qərarına müvafiq olaraq satılan torpaq sahəsinin normativ qiyməti onun tərəfindən Qobu Bələdiyyəsinin “Kapital Bank”ın Abşeron filialındakı **********0 №-li xüsusi hesabına ödənilərək, ödəniş qəbzinin surətini Abşeron rayon Torpaq şöbəsinə və Qobu Bələdiyyəsinə təqdim etmişdirlər. Bundan əlavə X24 17 may 2007-ci il tarixli, 603 №-li Qərarı ilə onun qardaşı oğlu olan digər İddiaçı1 ərizəsi əsasında fərdi yaşayış evi tikmək üçün 0,08 ha Bələdiyyənin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədi ilə torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 №-li Qərarına müvafiq olaraq satılan torpaq sahəsinin normativ qiymətini İddiaçı1 tərəfindən Qobu Bələdiyyəsinin “Kapital Bank”ın Abşeron filialındakı **********0 №-li xüsusi hesabına ödənilərək ödəmə barəsindəki qəbzin surəti Abşeron rayon Torpaq Şöbəsinə və Qobu Bələdiyyəsinə təqdim edilmişdir. Onunla İddiaçı1 torpaq sahələri qonşudur. Torpaq sahələri bir sırada yan-yana verilmişdir. Onlara verilmiş torpaq sahəsini hasara almış, lakin verilmiş torpaq sahəsində maddi imkanları zəif olduğuna görə tikinti işləri aparmamışdırlar. Daha sonra ona məlum olmuşdur ki, 2013-cü ildə Əziz adlı şəxs ona məxsus torpaq sahəsini almışdır. Abşeron rayonu X24 09 fevral 2006-cı il tarixli, 02 №-li Qərarı ilə Qobu qəsəbə bələdiyyəsinin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında ona verilmiş 0,10 ha torpaq sahəsinin 0,4 ha torpaq sahəsini, eləcə də İddiaçı1 X24 17 may 2007-ci il tarixli, 09 №-li Qərarı ilə verilmiş 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsini Cavabdeh tapşırığı əsasında Əlifağa adlı şəxsin rəhbərliyi ilə tikinti işləri aparılır. Cavabdeh torpaq sahələrinin yanaşı qonşu olduğundan istifadə edərək onunla İddiaçı1 hər birinin yerindən 0,04 ha hissə olmaqla, ümumilikdə, 0,08 ha hissəni hasarları uçurub zəbt edərək tikinti işləri aparır. Onlar tikinti işləri aparan Əlifağa adlı şəxsdən nəyin və hansı sənədin əsasında bələdiyyə qərarı ilə onlara verilmiş torpaq sahəsində özbaşına tikinti işləri apardığını soruşanda həmin şəxs onlara Cavabdeh adına Bakı şəhəri 32 saylı notariat ofisində 05 mart 2024-cü il tarixdə verilmiş alqı-satqı müqaviləsinin kserokopiyasını göstərmiş, nə qədər xahiş etsələr də sənədin əslini onlara göstərməmişdir. Bununla bağlı Qobu bələdiyyəsinə müraciət etmiş, bələdiyyə tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və onlara demişdirlər ki, zəbt edilərək tikinti işləri aparılan 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsi ona, 0,04 ha hissəsi isə İddiaçı1 bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsidir. Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə və DİN-nin Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, həmin qurumlar da torpaq sahəsinə baxış keçirərək cavablarında onlara yaranmış vəziyyət ilə bağlı aidiyyəti məhkəməyə müraciət etmələrini tövsiyə etmişdirlər. Daha sonra onunla İddiaçı1 sözügedən torpaq sahələrinə çıxarış almaq üçün aidiyyəti orqana müraciət etmiş, lakin onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Əlavə olaraq bildirir ki, hazırda ona məxsus 8 sotluq torpaq sahəsinin 5 sotundan istifadə edir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı1 nümayəndəsi X22 İddiaçı2 izahatında qeyd edilənləri təsdiq edərək izahatında bildirdi ki, 2015-ci ilin noyabr ayında İddiaçı1 verilmiş 0,08 ha torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-nin Abşeron Ərazi idarəsinə müraciət edən zaman məlum olmuşdur ki, İddiaçı1 verilmiş torpaq sahəsi X9 adına sənədləşdirilmişdir. Bununla bağlı Qobu Bələdiyyəsinə müraciət etmiş, Qobu bələdiyyəsi tərəfindən DƏDRX-in 4 saylı Ərazi İdarəsinə təqdim etməkdən ötrü 155 №-li, 25 dekabr 2015-ci il tarixli arayış İddiaçı1 verilmişdir. Arayışda yazılmışdır ki, İddiaçı1 verilən 0,08 ha torpaq sahəsi səhvən X9 adına sənədləşdirilmişdir. X28 tərəfindən İddiaçı1 arayış verilməsinə baxmayaraq Qobu Bələdiyyəsi bu işdə maraqlı olduğu üçün səhvən X5 verilmiş sənədin ləğv edilib İddiaçı1 adına sənədləşdirilməsinə dair DƏDRX-yə rəsmi sənəd göndərməmişdir. İddiaçı1 ikinci dəfə bələdiyyəyə müraciət edib torpaq sahəsini onun adına rəsmiləşdirilməməsinin səbəbini soruşduqda Qobu Bələdiyyəsi tərəfindən DƏDRX-in 4 saylı Ərazi İdarəsinin rəisi cənab Fuad Bağırova bələdiyyə tərəfindən 051 №-li, 22 fevral 2019-cu il tarixli məktub göndərilmişdir. Məktubda yazılmışdır, “Qobu Bələdiyyəsi yazıb Sizə bildirir ki, vətəndaş İddiaçı1 bələdiyyəyə müraciət edərək qəsəbə ərazisində mülkiyyətində olan 0,08 ha torpaq sahəsinə Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışın (cizginin) səhvən çəkilməsini bildirmişdir. Yerquruluşu planından çıxarış səhvən X9 adına çəkilmişdir. Ona görə də həmin torpaq sahəsinə səhvən vətəndaş X9 adına çəkilmiş 0,08 ha torpaq sahəsinə yerquruluşu planından çıxarışın (cizginin) elektron bazada dəyişdirilməsini və yeni çıxarışın verilməsini sizdən xahiş edirik”. İmkanları olmadığından onlar torpaq sahəsini qeydiyyatdan keçirə bilməmiş, yalnız torpaq sahəsini hasarlamaqla kifayətlənmişdirlər. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil etirazında və məhkəmə iclasında izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi, yəni Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,08 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixli А-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi X15 tərəfindən X2. xx.xx.2024-cü il tarixli, A-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi X23 isə həmin torpaq sahəsini Cavabdeh satmışdır. Cavabdeh isə həmin torpaq sahəsinin satılması üçün X19 baş etibarnamə vermiş, X26 da həmin etibarnamə əsasında sözügedən 0,08 ha torpaq sahəsinin 0,02 ha hissəsini X16, 0,02 ha hissəsini X10 və 0,04 ha hissəsini isə X1. Mühahisəli 0,08 ha torpaq sahəsi X11 Abşeron rayonu X24 xx.xx.2007-ci il tarixli, 19 nömrəli qərarı əsasında satılmışdır. Həmin torpaq sahəsi X11 bələdiyyənin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi üçün satılmışdır. Həmin torpaq sahəsi X29 kitabında xx.xx.2009-cu il tarixdə 13223 nömrə ilə uçota alınıb. Həmçinin torpaq sahəsinin yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bundan sonra X15 mübahisəli torpaq sahəsi üzərində öz hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və ona xx.xx.2013-cü il tarixdə RХ seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra X15 torpaq sahəsini X4. Həmin torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixdə AA № 054076 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi işlənib hazırlanmışdır. Göründüyü kimi artıq Cavabdeh mübahisəli torpaq sahəsi üzərində heç bir hüququ qalmamış və artıq həmin torpaq sahəsi başqa adamların sahibliyində və istifadələrindədir. Bundan əlavə qeyd edir ki, mühahisəli 0,08 ha torpaq sahəsi X11 Abşeron rayonu X24 xx.xx.2007-ci il tarixli, 19 nömrəli qərarı əsasında satılmışdır. Həmin torpaq sahəsi ona bələdiyyənin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi üçün satılmışdır. Həmin qərar Abşeron rayonu X24 xx.xx.2007-ci il tarixli, 19 nömrəli qərarı həmin dövrdə torpaqlardan qanunauyğun istifadə olunmasına nəzarət funksiyasını həyata keçirən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş yerquruluşu sənədləri (seçim aktı, rəy, yerquruluşu planı) nəzərə alınmaqla qəbul edilmiş və nə X15, nə də bələdiyyə orqanı bu məsələ ilə bağlı heç bir məsuliyyət daşıya bilməz. Bundan əlavə qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi X11 qanunla müəyyən edilmiş prosedur qaydalara əməl edilməklə ayrıldığından, həmin torpaq sahəsinin satılması barədə Abşeron rayonu X24 xx.xx.2007-ci il tarixli, 19 nömrəli qərarı hal-hazıradək heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilmədiyindən həmin qərarın qanunsuz olmasını heç kim iddia edə bilməz və həmin qərar və həmin torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilmədən, kiminsə mübahisəli torpaq sahəsindən çıxarılması yolverilməzdir. İşin müəyyən edilən hallarından görünür ki, mübahisəli torpaq sahəsi bələdiyyənin qərarı əsasında ilk olaraq X3, X15 da həmin torpaq sahəsi üzərində öz hüquqlarını əldə etdikdən sonra X6, X23 da öz növbəsində həmin mübahisəli torpaq sahəsini Cavabdeh satmış, Cavabdeh isə həmin mübahisəli torpaq sahəsini X16, X10 və X1. Buradan görünür ki, mübahisə predmeti olan əmlak ilə bağlı 3 mülkiyyətçi - X20, X13 və X12 vardır. Buna baxmayaraq, iddiaçı iddiaya cavab verməli olmayan şəxsə qarşı iddia tələbi qaldırmışdır. Hesab edir ki, iddiaçılar onlara məxsus olduqlarını iddia etdikləri torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının təsdiq edən çıxarış və həmin torpaq sahəsinin plan və ölçüsü ilə bağlı müvafiq sənəd almalı, həmçinin torpaq sahəsinin koordinatlarının cavabdehə məxsus olmuş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi ilə bağlı məhkəməyə müraciət etməli idilər. Cavabdeh torpağı almış, daha sonra satmışdır və mübahisə predmeti olan torpaq sahəsi hazırda cavabdehin nə sahibliyində, nə istifadəsində, nə də sərəncamındadır. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu X24 09 fevral 2007-ci il tarixli, 02 №-li qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Qobu qəsəbəsinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı2 fərdi mənzil tikintisi məqsədi ilə 0,10 ha torpaq sahəsinin satılması barədə rayon Torpaq şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması, torpaqda tikinti işlərinin aparılması nəzərdə tutularsa, tikinti işlərindən əvvəl tikintinin layihəsinin tərtib edilməsi və Memarlıq Xidmətində təsdiq edilməsi, tikintiyə başlamaq üçün Memarlıq xidmətindən icazə alınması, Qobu bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədi ilə 0,10 ha torpaq sahəsinin satılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998ci il tarixli, 158 №-li qərarına müvafiq olaraq satılan torpaq sahəsinin normativ qiymətinin vətəndaş İddiaçı2 tərəfindən “Kapital Bank”ın Abşeron filialındakı **********0 №-li xüsusi hesabına ödənilməsi və ödəmə barəsindəki qəbzi rayon torpaq şöbəsinə təqdim etməsi, bu sərəncamın icrasına nəzarətin bələdiyyə sədrinin müavini Ə.N.Əmiraslanova həvalə edilməsi qərara alınmış, həmçinin vətəndaşın torpağı alqı-satqı etməsi halında bələdiyyənin rəyini almalı olduğu və fiziki şəxsə torpaq üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsi ilə təmin etməsinin tapşırılması qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayonu Qobu qəsəbə Bələdiyyəsinin nümayəndələri Ə.N.Əmiraslanov və S.B.Rəcəbəliyev tərəfindən 09 yanvar 2007-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Qobu qəsəbə Bələdiyyəsinin nümayəndələri Ə.N.Əmiraslanov və S.B.X8 2006-cı il tarixli qərarına əsasən 0,10 ha torpaq sahəsini yerində ölçüb ayırmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoymuş və vətəndaş İddiaçı2 yerində təhvil vermiş, digər tərəfdən Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazisində fərdi yaşayış evi tikintisi məqsədi ilə qəsəbənin şimal hissəsindən yeni ayrılmış yaşayış massivindən layihələndirilməsi üçün 0,10 ha, 104 saylı torpaq sahəsini vətəndaş İddiaçı2 cizgidə olduğu kimi qəbul etmiş, bu faktı Ə.N.Əmiraslanov və S.B.Rəcəbəliyev ilə yanaşı İddiaçı2 da öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu X24 17 may 2007-ci il tarixli, 09 №-li qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Qobu qəsəbəsinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı1 fərdi mənzil tikintisi məqsədi ilə 0,08 ha torpaq satılması barədə rayon Torpaq şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması, torpaqda tikinti işlərinin aparılması nəzərdə tutularsa, tikinti işlərindən əvvəl tikintinin layihəsinin tərtib edilməsi və Memarlıq Xidmətində təsdiq edilməsi, tikintiyə başlamaq üçün Memarlıq xidmətindən icazə alınması, Qobu bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədi ilə 0,08 ha torpaq sahəsinin satılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998ci il tarixli, 158 №-li qərarına müvafiq olaraq satılan torpaq sahəsinin normativ qiymətinin vətəndaş İddiaçı1 tərəfindən “Kapital Bank”ın Abşeron filialındakı **********0 №-li xüsusi hesabına ödəməsi və ödəmə barəsindəki qəbzi rayon torpaq şöbəsinə təqdim etməsi və bu sərəncamın icrasına nəzarətin bələdiyyə sədrinin müavini Ə.N.Əmiraslanova həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron rayonu Qobu qəsəbə Bələdiyyəsinin nümayəndələri Ə.N.Əmiraslanov və S.B.Rəcəbəliyev tərəfindən 17 may 2007-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Qobu qəsəbə Bələdiyyəsinin nümayəndələri Ə.N.Əmiraslanov və S.B.X8 09 saylı, 17 may 2007-ci il tarixli qərarına əsasən 0,08 ha torpaq sahəsini yerində ölçüb ayırmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoymuş və vətəndaş İddiaçı1 yerində təhvil vermiş, digər tərəfdən Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazisində fərdi yaşayış evi tikintisi məqsədi ilə layihələndirilməsi üçün 0,08 ha, 103 saylı torpaq sahəsini vətəndaş İddiaçı1 cizgidə olduğu kimi qəbul etmiş, bu faktı Ə.N.Əmiraslanov və S.B.Rəcəbəliyev ilə yanaşı İddiaçı1 da öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu X24 29 avqust 2007-ci il tarixli, 19 №-li qərarının surətindən görünür ki, Abşeron rayonu Qobu qəsəbəsinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında X11 fərdi mənzil tikintisi məqsədi ilə 0,08 ha torpaq sahəsinin satılması barədə rayon Torpaq şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması, torpaqda tikinti işlərinin aparılması nəzərdə tutularsa, tikinti işlərindən əvvəl tikintinin layihəsinin tərtib edilməsi və Memarlıq Xidmətində təsdiq edilməsi, tikintiyə başlamaq üçün Memarlıq xidmətindən icazə alınması, Qobu bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədi ilə 0,08 ha torpaq sahəsinin satılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 №-li qərarına müvafiq olaraq satılan torpaq sahəsinin normativ qiymətinin vətəndaş X15 tərəfindən “Kapital Bank”ın Abşeron filialındakı **********0 №-li xüsusi hesabına ödənilməsi və ödəmə barəsindəki qəbzi rayon torpaq şöbəsinə təqdim etməsi, bu sərəncamın icrasına nəzarətin bələdiyyə sədrinin müavini Ə.N.Əmiraslanova həvalə edilməsi qərara alınmış, həmçinin vətəndaşın torpağı alqı-satqı etməsi halında bələdiyyənin rəyini almalı olduğu və fiziki şəxsə torpaq üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsi ilə təmin etməsinin tapşırılması qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayonu Qobu qəsəbə Bələdiyyəsinin nümayəndələri Ə.N.Əmiraslanov və S.B.Rəcəbəliyev tərəfindən 29 avqust 2007-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Qobu qəsəbə Bələdiyyəsinin nümayəndələri Ə.N.Əmiraslanov və S.B.X8 19 saylı, 29 avqust 2007-ci il tarixli qərarına əsasən 0,08 ha torpaq sahəsini yerində ölçüb ayırmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoymuş və vətəndaş X11 yerində təhvil vermiş, digər tərəfdən Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazisində fərdi yaşayış evi tikintisi məqsədi ilə qəsəbənin şimal hissəsindən yeni ayrılmış yaşayış massivindən layihələndirilməsi üçün 0,08 ha, 157a saylı torpaq sahəsini vətəndaş X15 cizgidə olduğu kimi qəbul etmiş, bu faktı Ə.N.Əmiraslanov və S.B.Rəcəbəliyev ilə yanaşı X15 da öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə mülkiyyət hüququ üzrə X9 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan X15 (satıcı) ilə X23 (alıcı) arasında bağlanmış 19 iyun 2013-cü il tarixli, AN - İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X15 (satıcı) Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsini X18 (alıcıya) satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə mülkiyyət hüququ üzrə X17 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı şəhəri 32 saylı notariat ofisində X23 (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış 05 mart 2024-cü il tarixli, AN - İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X23 (satıcı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,08 ha torpaq sahəsini Cavabdeh (alıcıya) satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 05 aprel 2024-cü il tarixli, AZ-İİİ № 292015 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh (etibar edən) Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-in Ərazi İdarəsi tərəfindən **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri (ilkin müqavilə, ilkin müqaviləyə əlavə, müqavilənin ləğvi barədə müqavilə, alqı-satqı və s.), o cümlədən almaq, satmaq, bağışlamaq haqqında. əqdləri bağlamağı, müqavilədə imza etməyi, bu əqdlər üzrə haqq-hesab aparmağı, müəssisələrdə, idarələrdə, təşkilatlarda, Əmlak Xidmətləri Məkanında, ƏMDK yanında DƏDRX-də təmsilçi olmağı, lazımi sənədləri verməyi və ya almağı, ona çatası çıxarışı, texniki pasportu, torpaq sahəsinin planı və ölçüsü və s. sənədləri almağı, o cümlədən bank orqanlarında, notariat ofisində, ASXM-də onu təmsil etməyi, alqı-satqı ilə əlaqədar bankda adına qoyulan pulu almağı, yüklülüyün olub-olmaması barədə arayışı almağı, bütün dövlət idarələrində, dövlət və xüsusi notariat ofislərində onun adından ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlərin edilməsini X19 (etibar edilən) etibar etmişdir. İş materiallarında olan Cavabdeh əmlak məlumatları haqqında “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, hazırda Cavabdeh adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmış hər hansı bir əmlak mövcud deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obeyktiv araşdırıb və toplanmış mötəbər sübutların məcmusuna hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin tənzimləyən normalar Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.5-ci, 157.2-ci və 157.4-cü maddələrindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçılar Qobu Bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 02 №-li qərarı ilə İddiaçı2 verilmiş 0,10 ha torpaq sahəsinin 0,04 ha hissəsinin, Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 №-li qərarı ilə İddiaçı1 verilmiş 0,08 torpaq sahəsinin 0,04 ha hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini bildirsələr də və sübut kimi Qobu Bələdiyyəsi tərəfindən qəbul edilmiş müvafiq qərarları məhkəməyə təqdim etsələr də onlara məxsus olduğunu iddia etdikləri torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestr xidmətində qeydiyyata alınmasını təsdiq edən hər hansı sənəd təqdim etməmişdirlər. Cavabdeh isə vaxtilə həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış almış və hazırda da həmin sənədin şübhə altına alınmasına dair iddiaçılar tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin iddiaçılar tərəfindən sözügedən torpaq sahələrinin rəsmi reyesterdə qeydiyyata alınmış koordinatları ilə bağlı(yəni torpaq sahəsinin məkan göstəricilərini göstərən planı və ölçüsü sənədləri) hər hansı bir rəsmi sənəd məhkəməyə təqdim etmədiyindən cavabdehin mübahisə predmeti olan torpaq sahələrini zəbt etməsi faktı öz təsdiqini tapmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçıların üzərinə qoyulmuşdur. Bundan əlavə məhkəmədə sübutların təhqiqatı zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi Azərbaycan Respublikası Abşeron rayonu X24 29 avqust 2007-ci il tarixli, 19 №-li qərarına əsasən fərdi mənzil tikintisi məqsədi ilə X3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən göründüyü kimi sözügedən torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə mülkiyyət hüququ üzrə X9 adına dövlət qeydiyyatına alınmışdır və həmin hüquqi sənədlərin mübahisələndirilməsi ilə bağlı məhkəmədə hər hansı bir hal müəyyən edilməmişdir. Daha sonra X15 19 iyun 2013-cü il tarixli, AN - İ № ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən mülkiyyətində olan torpaq sahəsini X6, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış əsasında həmin torpaq sahəsi üzərində X17 mülkiyyət hüququ tanınmışdır. İş materiallarında olan Bakı şəhəri 32 saylı notariat ofisində X23 ilə Cavabdeh arasında bağlanmış 05 mart 2024-cü il tarixli, AN - İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X23 ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsini Cavabdeh satmışdır və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Daha sonra Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 05 aprel 2024-cü il tarixli, AZ- İİİ № 292015 nömrəli etibarnamə əsasında Cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-in Ərazi İdarəsi tərəfindən **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri (ilkin müqavilə, ilkin müqaviləyə əlavə, müqavilənin ləğvi barədə müqavilə, alqı-satqı və s.), o cümlədən almaq, satmaq, bağışlamaq haqqında əqdləri bağlamağı, müqavilədə imza etməyi və s. hərəkətlərin edilməsini X19 etibar etmişdir. Həmçinin iş materiallarında olan Cavabdeh əmlak məlumatları haqqında “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan göründüyü kimi hazırda Cavabdeh adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmış hər hansı bir əmlak mövcud olmadığı halda iddiaçılar tərəfindən iddiaya cavab verməli olmayan şəxsə qarşı iddia tələbi irəli sürülmüşdür. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində deyilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı İddiaçı2 Qobu Bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 02 №-li qərarı ilə verilmiş 0,10 ha torpaq sahəsinin zəbt olunmuş 0,04 ha hissəsinin, İddiaçı1 Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 №-li qərarı ilə verilmiş 0,08 torpaq sahəsinin zəbt olunmuş 0,04 ha hissəsinin Cavabdeh alınıb verilməsi və torpaq sahəsində tikilmiş tikililərin sökülərək ərazinin boşaldılmasının həvalə edilməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-451/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-451/2025
13.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver