Məhkəmə qərarları › İş №2(012)-4522/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4522/2021

19.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4522/2021 19.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşyaların yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əşyaların yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus əşyaların onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və mülkiyyətində olan torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus əşyaların onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, mülkiyyətində olan yaşayış evi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının bacısı, Cavabdeh özünə məxsus əşyaları müvəqqəti olaraq, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yerləşdirmişdir. Hal-hazırda cavabdeh iddiaçıya qarşı Abşeron rayon Polis İdarəsinə müraciət edərək, Digah qəsəbəsində yerləşən torpaq sahəsinin və üzərində inşa edilmiş tikililərin ona məxsus olmasını iddia etmişdir. Cavabdeh özünə məxsus mənzilini satdığına görə, özünə məxsus əşyalarını da iddiaçının razılığı ilə mülkiyyətində olan yaşayış evinə müvəqqəti yerləşdirmişdir. Lakin hal-hazırda cavabdeh həmin əmlakların yaşayış evindən çıxarılmasından imtina edir. Mübahisəli mənzilin mülkiyyətçisi kimi iddiaçı ilə cavabdeh arasında mənzildən istifadəyə dair notarial qaydada bağlanmış hər hansı bir müqavilə və eləcə də cavabdehin mənzildən istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə müqavilə mövcud deyildir. İddiaçının mülkiyyətçi kimi öz mənzilinə sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, həmin mənzilə başqa şəxslərin sahibliyinə yol verməmək, ona məxsus əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək hüququ vardır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən mənzil onların ata mülkləri olmuşdur. Həmin ev plana düşdükdən sonra mənzilin satışından əldə olunmuş pul bölünərək 120000 manat iddiaçıya, 80000 manat ona və 150000 manat isə qardaşı Fərhada çatmışdır. O və bacısı-iddiaçı həmin pul vəsaiti hesabına fərdi yaşayış evləri almışlar. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsini almış, üzərində 108.3 kv.m olan fərdi yaşayış evini inşa etdirmiş, həmin daşınmaz əmlaklar İddiaçı adına dövlət qeydiyyatına alınsa da onun şəxsi pul vəsaiti hesabına alınmış və inşa edilmişdir. İddiaçı həmin ikimərtəbəli evdə heç vaxt yaşamamışdır. O, özünə məxsus olan əşyaları isə həmin evə yerləşdirmişdir. Belə ki, iddiaçı borc içində olduğuna görə o, Bakı şəhəri Binəqədi qəsəbəsindəki evini 68500 manata satmış və 15000 manatı borc vermişdir. İddiaçı qalan pula Digah qəsəbəsində torpaq alıb ev tikməyi ona məsləhət görmüşdür. Bu işdə ona tanışı, makler Rövşən Salmanovun kömək edəcəyini söyləmişdir. Rövşən Salmanov əvvəllər polisdə xidmət etmişdir. İlk baxışda Rövşənin və iddiaçının çoxdan tanış olduqları təəsüratı yaransa da iddiaçı bunu təkzib etmişdir. Sonradan o, bunun həqiqətən belə olduğunu öyrənmişdir. İddiaçı onun puluna Digah qəsəbəsində tikilmiş evi ondan xəbərsiz öz adına keçirmiş və bu evi də satmaq istəmişdir. İddiaçı keçmiş həyat yoldaşı Xəlilov Dəyanəti də aldadaraq Masazırdakı evini öz adına qeydiyyatdan keçirmiş və satmışdır. Hal-hazırda o, evsiz qalmışdır, qohumların, tanışların evində müvəqqəti yaşayır. Bu haqda dəfələrlə Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon Prokurorluğuna, Daxili İşlər Nazirliyinin özünə, Dövlət Təhlükəsizlik Xidmətinə, Dövlət Sərhəd Xidməti İdarəsinə, Azərbaycan Respublikası Prokurorluğuna şikayət etməyinə baxmayaraq heç bir nəticə olmamışdır. Hər dəfə də müəmmalı şəkildə eyni cavablarla işi bağlayıb arxivə vermişlər. İddiaçı ona vurduğu ziyanı, dələduzluq yolu ilə pulunu və əmlakını ələ keçirməklə bərabər etdiyi cinayətin ağırlıq dərəcəsini başa düşüb özünə məhkəmə yolu ilə bəraət qazanmağa çalışır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.04.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Digah qəsəbəsi ünvanında yerləşən 0.02 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1121 saylı reyestr kitabının 13 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********47 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.09.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində yerləşən 108.3 kv.m olan fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 245 saylı reyestr kitabının 79 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********47- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayon Polis İdarəsinin 17.05.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Abşeron rayonu Saray qəsəbəsi M.Ələsgərov küçəsi 52 saylı evdə yaşayan Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. -Abşeron rayon Polis İdarəsinin 21.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Abşeron rayonu Saray qəsəbəsi M.Ələsgərov küçəsi 52 saylı evdə yaşayan Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qərardan daha sonra görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı onun bacısıdır. O, Bakı şəhəri, Binəqədi rayonu ərazisində özünə məxsus fərdi yaşayış evini 26 oktyabr 2020-ci il tarixdə satmış və bundan sonra bacısı Cəmilə borclu olduğu üçün ona 15000 manat pul verməsini xahiş etmişdir. O da həmin puldan 15000 manatı Cəmiləyə vermişdir. Evini satdıqdan sonra kirayədə yaşadığı üçün Cəmilə ona kirayədə yaşamamağını, birlikdə yaşamaqlarını tövsiyyə görmüş, o da bacısı Cəmilə ilə razılaşıb ev əşyalarını da götürərək Cəmilənin yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evinə getmişdir. Daha sonra isə əlində saxladığı 53000 manat dəyərində pula Abşeron rayonu, Masazır qəsəbəsində ev almaq üçün axtarışlara başlamışdır, həmin ərəfələrdə söhbət əsnasında Cəmilə ona ev almaqdansa, tanışı Rövşənə pulu verməsini və onun üçün iki mərtəbəli ev tikməsini təklif etmiş, o da bununla bağlı qardaşı Fərhada zəng edib Cəmilənin dediklərini ona danışmışdır. Fərhad da onun dediklərindən sonra öz razılığını bildirmiş və buna görə də onlar da Cəmiləgillə razılaşmışlar. Bundan sonra, yəni 2020-ci ilin noyabr ayında bacısı Cəmiləyə məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 1-də yerləşən fərdi yaşayış evində 50.000 manat pulu qardaşı Fərhada vermiş, Fərhad da sözügedən məbləği Cəmilənin yanında tanışı Rövşənə vermişdir. Təxminən 2-3 gün sonra Rövşən ona Abşeron rayonu, Digah qəsəbəsində torpaq sahəsi satıldığını demiş, onlar da hər üçü gedib torpaq sahəsinə baxmışlar. Torpaq sahəsini bəyəndiyi üçün almaq qərarına gəlmişdir. Rövşən ona satılan 2 sot torpaq sahəsini Zöhrab adlı şəxs 16000 manata satdığını söyləmişdir. Bundan sonra Rövşənin dediyinə görə torpağın sahibinə 1000 manat pulu beh kimi vermək lazım olduğundan həmin pulu Digah qəsəbəsində Rövşənə vermişdir. Lakin Rövşənin torpağın sahibi Zöhrab adlı şəxsə pulu verdiyini görməmişdir. 3-4 gün keçdikdən sonra Rövşən yenidən Zöhrabın 5000 manat pul istədiyini demiş, o da 5000 manatı Rövşənə vermişdir. Bir neçə gün keçdikdən sonra onlar hər üçü, yəni o, bacısı Cəmilə və tanışı Rövşən ilə birlikdə Digah qəsəbəsində aldığı və inşa etdirdiyi evə gedib baxmışlar. Həqiqətən də həmin vaxt orada fərdi evin tikintisinin aparıldığının şahidi olmuşdur. Bu zaman Rövşən yenə də Zöhraba 1000 manat pul verməyin lazım olduğunu söyləmiş, o da 25 noyabr 2020-ci il tarixdə 1000 manat pulu onların yanında Zöhraba vermişdir. Razılaşmaya görə qalan 9000 manat pulu ev tikilib qurtardıqdan sonra verməli olduğu üçün, həmin pulu verməmişdir. 25 dekabr 2020-ci il tarixdə Rövşən ona evinin hazır olduğunu bildirmiş, o da gedib evə baxarkən evdə heç bir təmir işlərinin aparılmadığını görmüşdür. Bunun səbəbini soruşanda Rövşən ona Zöhraba veriləcək 9000 manatdan sonra işlərinin görülməsinin mümkün olacağı cavabını söyləmişdir. Bundan sonra bacısı Cəmilə ilə aralarında mübahisələri yaranmağa başlamışdır. 2021-ci ilin fevral ayında Cəmilə ona evini satdığını və evdə olan əşyalarını evdən çıxartmasını demişdir. 13.02.2021-ci il tarixdə Rövşən maşın göndərtdirib evdə olan əşyaları onun xəbəri olmadan Digah qəsəbəsində inşa olunmuş evə yerləşdirmişdir. 19 fevral 2021-ci il tarixdə Cəmilə ona evi satdığını və 120 manat kirayə üçün pul verərək evdən çıxıb getməsini demiş, o da Cəmilədən onun verdiyi 15000 manat pulunu istəmişdir. O isə hələ satdığı evin pulunu almadığını, alanda verəcəyini bildirmişdir. Bundan sonra 120 manat pulu Cəmilədən alıb getmişdir. Halhazırda Saray qəsəbəsində qohumlarının birinin evində yaşayır. Digah qəsəbəsində tikilən evi göstərmək üçün getmiş və həmin vaxt ona məlum olmuşdur ki, bacısı Cəmilə həmin evi öz adına sənədləşdirmişdir. Buna görə də aldadıldığını başa düşərək bacısı Cəmilə və onun tanışı Rövşən barəsində şikayət etmək qərarına gəldiyini göstərmişdir. Qərardan daha sonra görünür ki, izahatı alınmış İddiaçı bildirmişdir ki, Cavabdeh onun bacısıdr. Belə ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində onların ata mülkləri olmuş və həmin mülkü (evi) valideynləri vəfat etdikdən sonra sataraq öz aralarında (bacı-qardaş) bölmüşlər. Satılan evdən ona 120.000 manat, bacısı Kəmaləyə 80.000 manat və qardaşı Fərhada da 150.000 manat pul çatmışdır. O, həmin pulla Binəqədi rayonunda və Masazır qəsəbəsində özünə evlər almış, eyni zamanda bacısı Kəmalə də 67.000 manat müqabilində Binəqədi rayonundan özünə fərdi yaşayış evi almış, qardaşı Fərhadın isə ona çatmış pulla nə etdiyindən məlumatı yoxdur. Bundan sonra Kəmalə ondan xəbərsiz aldığı evi satmış və müvəqqəti yaşamaq üçün onun evinə gələrək birlikdə yaşamağa davam etmişdir. Təxminən 3 ay onun yaşadığı evdə qalmışdır. Daha sonra o, evi satdığına görə Kəmalə öz əşyalarını Digah qəsəbəsində onun 2020-ci ilin fevral ayında Zöhrab adlı şəxsdən 2 sot torpaq alaraq üzərində inşa etdirdiyi evə yerləşdirmişdir. Bunun müqabilində Rövşənlə Kəmalənin yanında Zöhraba 7000 manat pul vermişdir. 2021-ci ilin mart ayında Zöhrab Bağırovla alqı-satqı edərək öz adına rəsmiləşdirmişdir. Həmin ərəfələrdə işləri çox olduğu üçün işlərin görülməsini Rövşənə tapşırmışdır. Bacısı Cavabdeh göstərdiklərinin yalan və qərəzli olduğunun, onun Digah qəsəbəsində evi olmadığını, Digah qəsəbəsində olan evin ona məxsus olduğunu, bunun üçün Kəmalənin Rövşənə torpaq sahəsi almaq üçün 13500 manat pul vermədiyini, eləcə də evin inşa olunmasından ötrü 50.000 manat pul vermədiyini, bundan başqa bacısı Kəmalənin ona 15.000 manat borca pul vermədiyini göstərmişdir. -Asan3 tərəfindən verilmiş 27.06.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu R.Tağıyev küçəsi 21 saylı evdə qeydiyyatdadır. -Asan3 tərəfindən verilmiş 09.08.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi döngə 10, 52 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, hazırki iş üzrə İddiaçı və Cavabdeh Bakı şəhəri Yasamal rayonunda yerləşən ata evi plana düşdükdən sonra mənzilin satışından əldə olunmuş pul vəsaiti bir ailənin üzvü olan hazırki iş üzrə tərəflər arasında bölünmüşdür. Tərəflər onlara çatmış pul vəsaiti hesabına Abşeron rayonu və Bakı şəhəri Binəqədi rayonu ərazisində torpaq sahəsi almış və fərdi yaşayış evi inşa etdirmişlər. ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1121 saylı reyestr kitabının 13 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********47 reyestr nömrəsi ilə, həmin torpaq sahəsi üzərində yerləşən 108.3 kv.m olan fərdi yaşayış evi isə daşınmaz əmlakın dövlət reyestrində 245 saylı reyestr kitabının 79 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********47-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmaqla sonuncunun qanuni istifadəsində və sahibliyindədir. İddiaçıya məxsus torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evində cavabdehə məxsus olan əşyalar yerləşdiyindən hazırda, İddiaçı onun mülkiyyətində olan fərdi yaşayış evində cavabdehə məxsus olan əşyaların çıxarılması və torpaq sahəsi, fərdi yaşayış evinin ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında Cavabdeh ona məxsus olan mənzilin satışından əldə olunmuş pul vəsaitindən 15000 manatı iddiaçıbacısı İddiaçı verdiyini, sonuncunun həmin pul vəsaiti hesabına hazırki torpaq sahəsi alıb fərdi yaşayış evi inşa etdirdiyini qeyd etsə də, 15000 manat pul vəsaitinin həqiqətən də onun tərəfindən verildiyini sübuta yetirə bilməmiş, buna dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə cavabdehin etirazında göstərdiyi halları sübut kimi qəbul etmir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı nasnİ˝ hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, rəh˝ bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, istər daxili qanunvericilikdə, istərsə də insan hüquq və azadlıqlarına dair beynəlxalqhüquqi aktlarda nasnİ˝) hüquqları haqqında Ümumi Bəyannamə˝nin 17-ci maddəsi, iklüM˝ və siyası hüquqlar haqqında Beynəlxalq Pakt˝ın 14-cü maddəsi və s.) əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. Bununla belə, qanunvericilik həmçinin mülkiyyət hüququnun yaranma anına mühüm əhəmiyyət verir. Belə ki, Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. zamnışaD˝ əmlakın dövlət reyestri haqqında˝ Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin: 1-ci bəndinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2-ci bəndinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Göründüyü kimi qanunverici mülkiyyət hüququnun yaranma anını onun dövlət reyestrində qeydiyyatı anı ilə əlaqələndirir. Burada məqsəd dövlət tərəfindən həqiqi mülkiyyətçinin hüquqlarının qorunmasının təmin edilməsi və onun öz mülkiyyətini kənar şəxslərdən müdafiəsini təşkil edə bilməsidir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin nınavodəmhƏ.G˝ şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ 24.07.2019-cu il tarixli Qərarında göstərmişdir ki, ...˝ Mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcmusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur. Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir...˝. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qanunvericiliyin tələbləri ilə yanaşı qiymətləndirib belə qənaətə gəlir ki, İddiaçı mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, cavabdehin ona məxsus olan əşyalarını hər hansı bir hüququ olmadığı fərdi yaşayış evinə yerləşdirməsi iddiaçının həmin evə dair mülkiyyət hüququnu məhdudlaşdırdığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsinin üzərindəki 108.3 kv.m olan fərdi yaşayış evindən Cavabdeh məxsus olan əşyalar çıxarılmaqla həmin torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı təhvil verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar