Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4524/2021 14.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı ərizəçi Ərizəçi QİZİ Maraqlı şəxs qismində cəlb etdiyi ərizəsinə və ona əlavə edilmiş sənədlərə 14 iyul 2021-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi QİZİ Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi faktın müəyyən edilməsi barədəərizə ilə müraciət xahiş etmişdir. Ərizəçinin ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin qeydiyyat ünvanı Bakı şəhəri Nərimanov rayonudur.Hüquqi faktın müəyyən edilməsinə daiur ərizələr isə ərizəçinin yaşayış qeydiyyat yeri üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Hesab edirəm ki, qeyd edilənlərə əsasən ərizə və ona əlavə edilən sənədlər geri qaytarılmalı, ərizəçiyə aidiyyatı üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etməsi izah olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi QİZİ Maraqlı şəxs qismində cəlb etdiyi ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydadaBakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etməsi izah olunsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4524/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4524/2021
14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver