Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4525/2023 13.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1966-cı il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə elektrik cərəyanın vurması nəticəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il tarixdə Gədəbəy rayonu Zamanlı kəndində anadan olmuş X4 xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu Zamanlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı il təvəllüdlü X9 iddiaçı Ərizəçi atasıdır. O, xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Zamanlı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində elektriklə işləyən su qurğusunu (su motorunu) cəryana qoşarkən elektrik cəryanı vurması nəticəsində vəfat etmişdir. Atasını cərəyan vurduqdan dərhal sonra təcili tibbi yardın stansiyasına və Gədəbəy rayon Polis Şöbəsinə məlumat vermişdir. Baş vermiş olan bu ölüm halı ilə bağlı Gədəbəy rayon Prokurorluğun çağırılıb izahatlar verilmişdir. Həmin prokurorluğun 12 iyul 2023-cü il tarixli, 107C-23 nömrəli material üzrə cinayət işinin rədd edilməsi haqqında qərara əsasən mərhum atası X5 elektrik cəryanı vurması nəticəsində ölməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı ölüm haqqında şəhadətnamənin alnması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, 1 saylı Sumqayıt regional "ASAN" xidmət mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin Şöbədən imtina bildirişi almış səbəb kimi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X2 X8" 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisələrinin müvafiq sənədi ilə təsdiq edilməməsini və atasının adına ölüm kağızı olmadığı üçün müraciətindən imtina edilmiş, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəməyə müraciət etməkdə məqsədi oğlunun əksər dövlət orqanları, idarə və təşkilatlarında yaşaması kimi qeydə alınması ilə bağlıdır. Bundan əlavədə gələcəkdə vərəsəlik və digər hüquqlarını həyata keçirməyi ilə bağlı müəyyən maneələrin yaranmasıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, mərhum onun əri, ərizəçi oğludur. xx.xx.2023-cü ildə Gədəbəy rayonu, Zamanlı kəndində tikdirdikləri evə istirahətə getmişlər. X1 su qurğusunu elektrik cərəyanına qoşmaq üçün zirzəmiyə düşmüşdür. Həmin vaxt onu elektrik cərəyanı vurmuşdur. Onun qışqırığına zirzəmiyə düşdükdə yerə uzandığını görmüşdür. O, qonşuların köməyi ilə mərhumu zirzəmidən çıxartmışdır. Bundan sonra təcili tibbi yardım göstərdikdən sonra öldüyünü görmüşlər. Onu Abşeron rayon Saray qəsəbə qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ramiz Zamanov məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 2023-cü ilin iyul ayının 4-də ona zəng olunaraq X6 elektrik cərəyanı vurduğu bildirilmişdir. Təcili tibbi yardım və ekspert çağırılmış, prokurorluqdan gəlib araşdırma aparılmışdır. Mərhumun elektrik cərəyanı vurması səbəbindən vəfat etməsi təsdiqlənmişdir. Həmin gün onu Bakı gətirmişlər. səhər tezdən Abşeron rayonu Saray qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. “Qayalı” mərasim evində yas mərasimləri keçirilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «X2 dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Abşeron rayon İHB-nın Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixli 2200 nömrəli arayışdan görünür ki. Aslanlı X13 rayonu, saray qəsəbəsi, F.B.Köçərli küçəsi, ev 31 ünvanında qeydiyyatdadır. - 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli 05/Q-2481/15 saylı məktubdan görünür ki, “X2 dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X5 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” X19i tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Zamanlı kəndindən Gədəbəy rayon Mərkəzi Xəstəxanasının TTTYŞ -ə çağırış verilmişdir. Çağırış yerinə gedən zaman xx.xx.1966-cı il təvəllüdlü Abşeron rayon Saray qəsəbəsi sakini X7 aid kişi meyiti aşkar olundu. - Gədəbəy Rayon Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixdə X11 ünvanlanmış məktubdan görünür ki, əri X5 04 iyul 2023-cü il tarixdə saat 18 radələrində Gədəbəy rayonu, Zamanlı kəndində yerləşən fərdi yaşayış evində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat üzrə araşdırma aparılmışdır. Araşdırma zamanı toplanmış material üzrə X5 ölümündə hər hansı kənar şəxsin təqsiri və cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilmişdir. Qəbul edilmiş qərarın surəti ona göndərilməklə, izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 212.3-cü maddəsinə əsasən həmin qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud məhkəməyə şikayət vermək hüququ vardır. - xx.xx.2023-cü il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 107 C-23 nömrəli material üzrə X5 04 iyul 2023-cü il tarixdə təxminən saat 18 radələrində Gədəbəy rayonu, Zamanlı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində elektrik cərəyanının təsirindən ölməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. - Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X14 arasında xx.xx.1993-cü ildə rəsmi nikah bağlanmışdır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü ildə Tovuz rayonu, Bozalqanlı kəndində doğulmuş, atası X9, anası X12r. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X10 ərizəçinin atası olmuş, sonuncu xx.xx.2023-cü il tarixdə ev şəraitində elektrik cərəyanı vurması nəticəsində vəfat etmiş və X4 vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadəsi, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahid məhkəməyə verdiyi ifadəsində X4 xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Zamanlı kəndində yerləşən özünə məxsus evində elektrik cərəyanı vurması nəticəsində vəfat etməsini təsdiq etmişdir. Bu Gədəbəy Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə də öz təsdiqini tapmışdır. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi anasının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də ərizəçinin atası X10 xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Zamanlı kəndində yerləşən özünə məxsus evində elektrik cərəyanı vurması nəticəsində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadəsini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1966-cı il tarixdə Gədəbəy rayonu Zamanlı kəndində anadan olmuş X4 xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu Zamanlı kəndində yerləşən özünə məxsus evində elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı il tarixdə Gədəbəy rayonu Zamanlı kəndində anadan olmuş X4 xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu Zamanlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4525/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4525/2023
13.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver