Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4558/2021 16.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs2 cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 16 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs2 cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 17.06.1957-ci ildə Lerik rayonunda doğulmuş X1 10 aprel 2021-ci ildə Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 Ərizəçi bacısıdır, 17.06.1957-ci ildə Lerik rayonunda doğulmuşdur. Ərizəçi ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. 10 aprel 2021ci il tarixdə vəziyyəti ağırlaşmış və təcili yardım çağırmışlar. Həkim gələnə kimi bacısı artıq ölmüşdür. Bacısını Lökbatan qəbirstanlığında dəfn etsələr də, xəstəxanada qeydiyyatda olmadığından həmin vaxtı ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımı orqana müraciət etməmişlər. Sonradan ərizəçi bu barədə poliklinikaya müraciət etsə də, ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda bacısının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ərizəçiyə bəzi hüquqi sənədləri, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan 018989 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, 17 iyun 1957-ci il təvəllüdlü X2 atası X7, anası isə X4r. Mülki işin materiallarında olan 176518 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx xxxxxxxx 1963-cü il təvəllüdlü Ərizəçi atası X7, anası isə X4r. Mülki işin materiallarında olan 21.11.2013-cü il tarixdə Abşeron RPŞ tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Lerik rayonu, Nuravud kəndində anadan olmuşdur, Abşeron rayonu, Masazır kəndində qeydiyyatdadır. Mülki işin materiallarında olan 06.06.2013-cü il tarixdə Sabunçu RPİ tərəfindən verilmiş AZE seriyalı 13583924 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X3 17.06.1957-ci il tarixdə Lerik rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan Bakı şəhər Təcili və X5 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli, 28 nömrəli sorğuya cavabdan görünür ki, 10.04.2021-ci il tarixdə saat 17:02-də Qaradağ raynu, Qardaşlar kafesinə X1 adına çağırış olmuş, həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 18 may 2021-ci il tarixli, 05/Q-713/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qaydanın 8.15-ci bəndinə əsasən ölmüş şəxsin yaxın qohumlarının məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin materiallarında olan 19 saylı Birləşmiş Şəhər Xəstəxanası X11 tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli, 930 nömrəli məktubdan müəyyən edilir ki, 17.06.1957-ci il təvəllüdlü X3 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatında olmadığı üçün tərəflərindən ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 10.04.2021ci il tarixdə X1 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Ərizəçi ölümün qeydə alınması barədə Bakı şəhəri Maraqlı şəxs1nə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 17 iyun 1957-ci il tarixdə Lerik rayonunda anadan olmuş X1 10 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17 iyun 1957-ci il tarixdə Lerik rayonunda anadan olmuş X1 10 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4558/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4558/2021
16.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver