Məhkəmə qərarları › İş №2(012)-4677/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4677/2025

04.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4677/2025 04.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, Ərizəçi X2, Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi X2 (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X4 (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, nənəsi xx.xx.1937-ci il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi,Məcburi köçkün qəsəbəsi, ev 8, mənzil 6 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X4 ərizəsini onunla əsaslandırmışdır ki, o, Xocavənd rayonundan məcburi köçkündür, ailə üzvləriylə birlikdə məcburi köçkünlər üçün inşa edilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, Məcburi köçkün qəsəbəsi, ev 8, mənzil 6 ünvanında yaşayır. Ana nənəsi X9 onunla yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, Məcburi köçkün qəsəbəsi, ev 8, mənzil 6 ünvanında xx.xx.2025-ci il tarixində dünyasını dəyişmişdir. Mərhum ana nənəsi X9 xx.xx.2025-ci il tarixində Füzuli şəhər qəbirsanlığında dəfn olunmuşdur. Ölüm hadisəsi xx.xx.2025-ci il tarixdə baş vermişdir və bununla bağlı “Respubilika Təcili və X5 stansiyası” RHŞ Binəqədi TTTYS ərəfındən həkim xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Onun tərəfindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına ölüm haqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı müraciət olunsa da, sözügedən xəstəxana tərəfindən ölüm haqında tibbi şəhadətnamənin verilməsində imtina edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli imtina məktubunda ölüm faktının təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün, ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmiş və aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Odur ki, ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin müəyyən edilməsinə zərurət meydana gəlmişdir. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, vətəndaşın ərizəsinin təmin edilməsinə heç bir etirazları yoxdur. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin anasıdır, mərhumə X9 isə onun anasıdır. X9 yaşı ilə əlaqədar səhhətində bəzi problemləri olmuş və xx.xx.2025-ci il tarixində yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, Məcburi köçkün qəsəbəsi, ev 8, mənzil 6 ünvanında dünyasını dəyişmişdir. Mərhumənin ölümünə səbəb xəstəliyi olmuş, bioloji ölüm olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, X9 ərizəçinin nənəsidir. X9 xx.xx.2025-ci il tarixində yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, Məcburi köçkün qəsəbəsi, ev 8, mənzil 6 ünvanında rəhmətə getmiş və xx.xx.2025-ci il tarixində Füzili şəhər qəbirsanlığında dəfn olunmuşdur. Mərhumənin ölümünə səbəb hər hansı bədbəxt hadisə və xəsarət alması nəticəsində deyil, yalnız xəstəlik nəticəsində təbii ölüm olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, X9 ərizəçinin nənəsidir. X9 xx.xx.2025-ci il tarixində yaşadığı evdə rəhmətə getmiş və xx.xx.2025-ci il tarixində Füzili şəhər qəbirsanlığında dəfn olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Füzuli Rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş Xİİİ-ЖГ 423301 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1989-cu ildə anadan olmuşdur. X3, anası isə Şahid2dır. -AZE Seriyalı 02413216 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1937-ci ildə anadan olmuşdur. -Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-2159/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1- 20/2-Ə-26xx-xx-2670/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X6 ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəfilərindən verilmir. -Respublika Təcili və X5 Mərkəzi PHŞ Binəqədi TTYS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Təcili və X5 X1 görünür ki, xx.xx.1937-ci il təvəllüdlü X9 xx.xx.2025-ci il saat 22:45də Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi,Məcburi köçkün qəsəbəsi, ev 8, mənzil 6 ünvanında vəfat etmişdir. Ölümün ilkin səbəbi həkimə qədər ölümdür. -Füzuli Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X9 həqiqətəndə xx.xx.2025-ci il tarixində vəfat etmiş və Füzuli şəhər qəbiristanlığında dəfn olunmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X9 ərizəçinin anası olmuş, sonuncu xx.xx.2025-ci il tarixdə xəstələnərək vəfat etmişdir. X6 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X6 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, Məcburi köçkün qəsəbəsi, ev 8, mənzil 6 ünvanında vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında tədqiq edilmiş halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin anası X9 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, Məcburi köçkün qəsəbəsi, ev 8, mənzil 6 ünvanında vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1937-ci il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, Məcburi köçkün qəsəbəsi, ev 8, mənzil 6 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, Məcburi köçkün qəsəbəsi, ev 8, mənzil 6 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar