Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4735/2023 11.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, atası – xx.xx.1954cü il tarixdə Ordubad rayonunda doğulmuş X3 Abşeron rayonu Xırdalan şəhərində xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 onun atasıdır. O, xx.xx.1953-cü il tarixdə Ordubad rayonunda doğulub, xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində yaşadığı evdə ağır xəstəlikdən vəfat etmişdir. Atasına ölüm haqqında şəhadətnamə almaqdan ötrü Cavabdehnə və Abşeron Rayon Mərkəzi X6 Şəxsinə müraciət etmiş, lakin həm qeydiyyat şöbəsi, həm də xəstəxana imtina cavabı vermiş, məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Atasına ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsinin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, mərhum Sabir Qurbanov onun bacısının əridir. xx.xx.2023-cü ildə Sabirgildən ona zəng etmişlər ki, vəziyyəti pisdir. Onda beyin xərçəngi vardı. Evə təcili tibbi yardım çağırmışlar, lakin Sabir həmin gün öz evində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, mərhum onun qonşusu olmuşdur. Sabir Qurbanov xx.xx.2023-cü ildə Xırdalan şəhərindəki evində ölmüşdür. O, ağır xəstəlikdən əziyyət çəkirdi. Təsdiq edir ki, Sabir Qurbanov xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində ölmüşdür. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - AZE 08674780 saylı, xx.xx.2011-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1954-cü il tarixdə Ordubad rayonunda doğulmuşdur. - AZ-İ 153406 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1r. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Tibbi Ərazi Bölmələrini X9 X14 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X3 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. S.Qurbanovun ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - Abşeron Rayon Mərkəzi Xəstəxanası Təcili və X4 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 16:55 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Qaşqay -22 ünvanında yaşayan X3 adına çağırış daxil olmuş, həkim gələnə qədər kişi cinsində meyit aşkar edilmişdir. - Novxanı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X7 xx.xx.2023-cü il tarixdə Novxanı kənd qəbiristanlığında dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X7 ərizəçinin atası olmuş, xx.xx.2023-cü il tarixdə ev şəraitində vəfat etmişdir. X3 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər ifadələrində X3 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində vəfat etməsini təsdiq etmişlər. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin atası X7 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1954-cü il tarixdə Ordubad rayonunda doğulmuş X3 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1954-cü il tarixdə Ordubad rayonunda doğulmuş X3 xx.xx.2023-cü il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4735/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4735/2023
11.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver