Məhkəmə qərarları › İş №2(012)-4738/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4738/2023

21.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4738/2023 21.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1942-ci il təvəllüdlü X3 18.07.203-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1942-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1942-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1942-ci il təvəllüdlü X9 ərizəçinin atasıdır. O, xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 167 “AAAF Park” yaşayış massivi, 1a saylı küçə, 01 saylı yaşayış binası, mənzil 22 ünvanında iddiaçı və anası X10 ilə birgə yaşadıqları evdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə Təcili və X11 Stansiyası tərəfindən verilmiş sənədə əsasən X3 ölümü təsdiq edilmişdir. AAAF İnşaat MMC ilə X10 arasında xx.xx.2017-ci il tarixdə M-2167 saylı Mənzil alqı-satqısı haqqında müqavilə bağlanmış, lakin daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına ilə bağlı sənəd alınmamışdır. Hal hazırda həmin proses davam edir. İddiaçı atasına ölüm haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət" X12nə müraciət etsə də bundan imtina edilmiş və həmin qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə, həmin sənəd olmadıqda vətəndaşın ölüm faktı məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi izah edilmişdir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında göstərdi ki, atası xx.xx.1942-ci il təvəllüdlü X9 13 ildir ki, yataq xəstəsi olmuşdur. Son 5 ildə səhhəti daha da ağırlaşmışdır, gəzə bilmirdi. Yataq rejimində olduğundan bədənində yaralar yaranmış, sonra həmin yaralar nəticəsində temperaturu yüksəlmişdir. Həkim çağırılsa da heç bir müdaxilə edə bilməmişdir. Maraqlı şəxs Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X12 məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, iş yükünün çoxluğunu nəzərə alaraq qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxmışdır. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin xalası qızıdır. Mərhum X9 vəfat edən vaxtı yanında olmuşdur. Mərhum iflic xəstəsi olmuş, müalicə edilsə də, sağalması mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə vəfat etmiş, Qurd qapısında dəfn edilmişdir. Mərhum kənar müdaxilə, bədbəxt hadisə nəticəsində vəfat etməmiş, vəfat etməsinin nəticəsi təbii bioloji plmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçinin əridir. Mərhum X9 anadangəlmə əlil idi. Son zamanlar yataq xəstəsi olmuşdur. Vəziyyəti ağır olduğundan 2 gün can vermişdir. xx.xx.2023-cü il tarixdə vəfat etmiş, Qurd qapısında dəfn edilmişdir. Mərhumun ölümünə səbəb xəstəlik olmuş təbii-bioloji ölüm olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X16 (AA*******/xx.xx.1984) qızına ondan ötrü ki, X5 (AA1056353/xx.xx.1947) məxsus "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli M-2167 saylı Mənzilin alqı-satqısı haqqında müqaviləsinə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti -167 “AAAF Park” yaşayış massivi, 1a saylı küçə, 01 saylı yaşayış binasının, 22 saylı mənzilində qeydiyyatsız ailəsi ilə birlikdə faktiki olaraq yaşayır. Atası, mərhum X2 (AA 1049908/xx.xx.1942) xx.xx.2023-cü il tarixində vəfat etmiş və dəfn xərcləri qızı X8 tərəfindən çəkilmşdir. Mərhum rəhmətə gedənə qədər bu mənzildə yaşamışdır. - xx.xx.1983-cü il tarixli İİİ-ЖГ № 361824 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 arasında xx.xx.1983-cü ildə nikah bağlanmışdır. - xx.xx.1984-cü il tarixli X-ЖГ № 377441 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X2, anası X6r. - xx.xx.2023-cü il tarixli Təcili və X11 X1 görünür ki, X3 adına həmin tarixdə, saat 15:07 radələrində ünvan 3 ünvanına çağırış daxil olmuş, həkimə qədər ölüm kişi cinsli meyit. Meyit üzərində zorakılıq əlamətləri yoxdur. Meyitdən Covid 19 infeksiyasına görə yoluxma götürüldü. - Tibbi Ərazi Bölmələrini X17 X21 Rayon Mərkəzi Xəstəxanası X22 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-20/2-H-42-306/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. R.Minsəfəroviçin ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. - Abşeron rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/7-764-23 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş SER TSE-01 № 977898 nömrəli arayışdan görünür ki, 1942-ci il təvəllüdlü X9 ümumi xəstəlik səbəbindən əlillik verilmiş, əmək qabiliyyətsiz, kənar şəxsin qulluğuna ehtiyac var. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X9 ərizəçinin atası olmuş, sonuncu xx.xx.2023-cü il tarixdə halı pisləşdiyindən vəfat etmiş və X3 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X3 xx.xx.2023cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 “AAAF Park” yaşayış massivi, 1a saylı küçə, 01 saylı yaşayış binası, mənzil 22 ünvanında vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin atası X3 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 “AAAF Park” yaşayış massivi, 1a saylı küçə, 01 saylı yaşayış binası, mənzil 22 ünvanında vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1942-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1942-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar