Məhkəmə qərarları › İş №2(012)-4761/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4761/2024

24.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4761/2024 24.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixdə MŞQ-3-00462 nömrə ilə mediasiya prosesi nəticəsində Maraqlı şəxs 56000 (əlli altı min) manat olan borcundan hər ay 550 manat alınıb Ərizəçi ödənilməsi üçün bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 56000 (əlli altı min) manat borcu ilə bağlı 28 aprel 2022-ci il tarixdə MŞB / 3-00462 nömrəli barışıq sazişi bağlamışlar. Həmin barışıq sazişinə əsasən Maraqlı şəxs ona olan 56000 (əlli altı min) manat borcu olduğundan onun faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən həyət evini ipoteka ilə bağlı ödənişini 56000 (əlli altı min) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bu barışıq sazişinə görə ev ipotekaya qoyulandan sonra 56000 manat borcdan 550 manat ödəməli idi. Lakin Maraqlı şəxs 56000 manat borcunu hissə-hissə ödəməkdən imtina etdi. O, məcbur olub, ilk 3 ayı banka 550 manat ödəyəndən sonra növbəti ayları ödəyə bilməyib ödənişi dayandırmışdır. Başa düşmüşdür ki, Maraqlı şəxs ona olan 56000 manat borcu hissəvi qaytaracağı vədi ilə bağladığı barışıq sazişini bağlamaqla onu aldatmışdır. Yəni, borcla bağlı bağladığı öhdəlik müqaviləsindən imtina edir. Ona gorə qanunun tələbi əsasında Səmədovla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə ərizə yazmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə gedişatında Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 3 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbi müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul edərək, onun təmin edilməsini xahiş etdi və bu barədə yazılı ərizə təqdim etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 3 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/3-00462 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs faktiki yaşadığı ünvan 1-nı ipoteka ilə almaq istəyir. İkinci tərəf Maraqlı şəxs ona 56.000 (əlli altı min) manat borcu olduğundan 25 il ərzində 56.000-ni İkinci tərəfin ödəməsini tələb etdi. İkinci tərəf Maraqlı şəxs Birinci tərəf Ərizəçi 56.000 (əlli altı min) manat borcu olduğundan Ərizəçi faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən 25 illik ipoteka ilə əldə etdiyi mənzilin ipoteka ödənişi -56.000 (əlli altı min) manatı ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər evin ipoteka ilə alınması və evə görə ödənilməli olan pulun məbləğinin tutulması barədə mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü öhdəlikləri orada göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs Ərizəçi onun faktiki yaşadığı ünvan 2 ünvanda yerləşən, 25 illik ipoteka ilə əldə etdiyi mənzilin ipoteka ödənişi olan 56.000 (əlli altı min) manat pulu ödəməyi öz öhdəsinə götürür”. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar