Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4762/2024 13.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, İddiaçı aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir. Onunla Cavabdeh arasında Bakı 11 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barşıq sazişinin şərtləri aşağıdakı kimi qəbul edilmişdir : “1. Tərəflər saziş imzalandıqdan sonra aralarında olan Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 2057 nömrə ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşırlar. 2. İkinci tərəf övladları xx.xx.2017-cu il təvəllüdlü X2 birinci tərəfin himayəsində qalmasına etiraz etmir. 3. İkinci tərəf birinci tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladıdarı yetkinlik yasına çatanadək, hər ayın sonunadək qədər 220 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. 4. Birinci tərəf ikinci tərəfə yuxarıda qeyd edilən övladları ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına, uşağı götürməyinə, yanında saxlamağına şərait yaradacaq”. Cavabdeh barışıq sazişinin şərtlərini kobud şəkildə pozaraq, sazişin bağlandığı gündən bu günkü günə qədər birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 üçün 220 manat alimenti ödəməmişdir. Dəfələrlə ona barşıq sazişinin şərtlərinə əməl etməyi bildirsə də, o, buna məhəl qoymur və barşıq sazişinin şərtlərini pozmuş olur. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh ərizəni qəbul edərək, onun təmin edilməsinə etiraz etmədi və əlavə olaraq izahatında bildirdi ki, barışıq sazişinə əsasən tələb olunan aliment məbləği üzrə ödəniş etmək üçün maddi imkanı olmayıb. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 11 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01462 saylı barışıq sazişindən görünür ki, tərəflər saziş imzalandıqdan sonra aralarında olan Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 2057 nömrə ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar. Cavabdeh övladları xx.xx.2017-cu il təvəllüdlü X4 İddiaçı himayəsində qalmasına etiraz etmir. Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı yetkinlik yaşına çatanadək, hər ayın sonuna qədər 220 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. İddiaçı Cavabdeh yuxarıda qeyd edilən övladları ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacaq. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər özlərinin nikah münasibətləri və birgə nikahdan doğulmuş uşaqları ilə bağlı bir sıra hüquq və vəzifələri barədə mediasiya prosesində razılaşmış və barışıq sazişi bağlamışlar. Lakin Cavabdeh bu sazişlə üzərinə götürdüyü öhdəlikləri sazişdə göstərilən qaydada yerinə yetirmədiyindən İddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2017-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək, hər ayın sonuna qədər 220 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4762/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4762/2024
13.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver