Məhkəmə qərarları › İş №2(012)-4763/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4763/2024

17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4763/2024 17.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X7 1962-ci ildə Ermənistan SSR, Qafan rayonu, Pürülü kəndində ölümünün qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan SSR, Qafan rayonu, Pürülü kəndində anadan olmuşdur. O, xx.xx.1981-ci il tarixdə Nəzərova (Hökməliyeva) Mirvari Nəbi qızı ilə rəsmi nikaha daxil olmuşdur. Nikah dövründə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı əldə etmiş və həmin fərdi yaşayış evini həyat yoldaşının adına dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyatdan keçirmişdir. xx.xx.2024-cü il tarixdə həyat yoldaşı vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 686 saylı qeydiyyat aparılmışdır. Ümumi birgə mülkiyyət olan fərdi yaşayış evində həyat yoldaşının payına münasibətdə vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət edərkən, ona bildirilmişdir ki, birinci dərəcə vərəsə olduğu üçün həyat yoldaşının valideynlərinə dair sənəd təqdim edilməlidir. M.Hökməliyevanın X6 xx.xx.2013-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində vəfat etmiş və buna dair ölüm haqqında akt qeydləri kitabında 251 saylı qeydiyyat aparılmışdır. M.Hökməliyevanın anası X13 onun 2 yaşı olanda (1962-ci ildə) Ermənistan SSR, Qafan rayonu, Pürülü kəndində vəfat etmiş və həmin zaman ölüm haqqında akt qeydləri kitabında aparılmasına dair hər hansı sənəd qalmamışdır. Buna dair məlumatın əldə edilməsi üçün 2 saylı Sumqayıt Regional "ASAN Xidmət" Mərkəzində Qeydiyyat şöbəsinə rəsmi müraciət etsə də, ona xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə müraciət etməli olması bildirilmişdir. İşin hallarından göründüyü kimi M.Hökməliyevanın vərəsələrinin dairəsinin müəyyən edilməsi üçün onun anası F.Nəzərovanın ölüm faktının qeydə alınmasına dair sənədin əldə edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin nümayəndəsi X8 ərizənin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, mərhum Nəzərova (Hökməliyeva) Mirvari Nəbi qızı onun əmisi qızıdır. O təsdiq edir ki, X13 1962-ci ildə Ermənistan SSR, Qafan rayonu, Pürülü kəndində ölmüş və orada dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, mərhum Nəzərova (Hökməliyeva) Mirvari Nəbi qızının atasının bibisi oğludur. O da təsdiq edir ki, X13 1962-ci ildə Ermənistan SSR, Qafan rayonu, Pürülü kəndində ölmüş və orada dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - doğum haqqında 217800 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1960-cı il tarixdə Ermənistan SSR, Qafan rayonu, Pürülü kəndində doğulmuşdur. X6, anası X11r. - nikah haqqında 424267 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X10 xx.xx.1981-ci il tarixdə nikaha girmişlər. nikahdan sonra arvada Hökməliyeva soyadı verilmişdir. - ölüm haqqında AZ-İİ 342370 saylı şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2015-ci il tarixdə ölmüşdür. - ölüm haqqında AZ-İİ 438684 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə ölmüşdür. - xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, 12 saylı evin 58 saylı mənzili X1 adına qeydə alınmışdır. - 2 saylı Sumqayıt Regional "ASAN Xidmət" X3 Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-79-570/2024saylı məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəiiər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X13 ərizəçinin qayınanası olmuş, 1962-ci ildə Ermənistan SSR, Qafan rayonu, Pürülü kəndində vəfat etmişdir. X7 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər ifadələrində X7 1962-ci ildə Ermənistan SSR, Qafan rayonu, Pürülü kəndində vəfat etməsini təsdiq etmişlər. Hazırda müvafiq sənədlər olmadığına görə, ərizəçi qayınanasının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin qayınanası X13 1962-ci ildə Ermənistan SSR, Qafan rayonu, Pürülü kəndində ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X7 1962-ci ildə Ermənistan SSR, Qafan rayonu, Pürülü kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 1962-ci ildə Ermənistan SSR, Qafan rayonu, Pürülü kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar