Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-477/2021 05.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X7, Cavabdeh1 və onun nümayəndəsi- vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı müəssisənin mərclənməsinə mane olan cavabdehlərin hərəkətlərinə qadağa qoyulması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı mərclənmənin mane olan halların aradan qaldırılması və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən müəssisənin mərclənməsinə mane olan cavabdehin hərəkətlərinə qadağa qoyulması və 0,0051 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesi zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ona məxsus müəssisənin mərclənməsinə mane olan cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 hərəkətlərinə qadağa qoyulması və mülkiyyətində olan 0,0051 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,16 ha torpaq sahəsində əmlak kompleksi vardır. Həmin müəssisəyə dair 29 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Müəssisə bütövlükdə iddiaçının tam mülkiyyətindədir. Kompleksin fəaliyyət göstərdiyi və yerləşdiyi ərazinin torpaq sahəsini cavabdehlər zəbt edərək istifadə edirlər. İddiaçı dəfələrlə aralarında mübahisənin yaranmaması üçün kompleksin ətrafını mərcləmək (hasarlamaq) istəsə də, cavabdehlər buna icazə verməmişlər. Bununla bağlı iddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, rəsmi cavabda iddiaçıya məxsus tikiliyə aid torpaq sahəsinin 0,0051 ha hissəsinin qonşu tərəfindən istifadə olunduğu aydın olmuşdur. Cavabdehlər isə bunu qəbul etmək istəmir. Göründüyü kimi ona məxsus 0,0051 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunduğundan iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir və onun üzərində sərəcam və istifadə hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, qeyd etdiyi ona məxsus torpaq sahəsində 2013-cü il tarixdə tikinti aparmışdır. Ona məxsus 0,16 ha torpaq sahəsi vardır. O, özünə məxsus torpaq sahəsində tikinti işləri aparanda Cavabdeh1 ona məxsus torpaq sahəsindən zəbt edərək tikinti işləri aparmışdır. O, cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilməsinə və həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına etiraz etmişdir. Onunla cavabdehlər arasında narazılıq 2020-ci ilin qış aylarında olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyib izahatında bildirdi ki, iddia əsassızdır. Belə ki, ona məxsus torpaq sahəsində yerləşən tikintidən İddiaçı məxsus torpaq sahəsinə doğru pəncərənin açılması mübahisəyə səbəb olmuşdur. Hazırki mübahisənin əsl səbəbi də budur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X4 iddianı qəbul etməyib izahatında bildirdi ki, hazırki mübahisəli torpaq sahəsini satın almaq üçün təmsil və hüquqlarını müdafiə etdiyi Cavabdeh1 iddiaçı tərəfin özü tapmışdır. Cavabdeh1 həmin torpaq sahəsində tikinti işləri aparanda iddiaçı tərəf heç bir söz deməmişdir. Sonradan Cavabdeh1 tərəfindən aparılan tikintidən İddiaçı məxsus torpaq sahəsinə doğru pəncərə açılanda tərəflər arasında mübahisə yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və 775 kv.m əmlak kompleksi kimi müəssisə 29.12.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarına əlavə olunan əmlak kompleksinin texniki pasportunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tarixdə 28 dekabr 2016-cı il tarixdə İddiaçı məxsus olan reyestr nömrəsi **********94- 12301, inventar nömrəsi 116 olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən əmlak kompleksinin texniki pasportu tərtib edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 21.08.2020-ci il tarixli, **********49 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 29.12.2016-cı il tarixli, **********94-12301 reyestr nömrəli, əmlak kompleksinin yerləşdiyi 0.16 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən əmlak kompleksinin 0.16 ha torpaq sahəsinin 10.3 m2 hissəsi (6.6 m2 tikintialtı, 3.7 m2 isə boş torpaq sahəsi) X5 mülkiyyətində olan (17.03.2014-cü il tarixli, **********88 reyestr nömrəli) 0.03 ha torpaq sahəsi ilə üst-üstə düşür və sənəd üzrə torpaq sahəsinin 0.0051 ha hissəsi başqa şəxs tərəfindən istifadə olunur. **********94-12301 reyestr nömrəli, əmlak kompleksinin yerləşdiyi 0.16 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakılardır: X-401571.6943 Y-4482198.6869, X- 401570.2063 Y-4482218.1333, X-401567.0543 Y-4482239.3213, X-401601.1170 Y- 4482241.8814, X-401609.3927 Y- 4482193.9794. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 01.10.2020-ci il tarixli, **********07 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində İddiaçı mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi 0.16 ha torpaq sahəsinin 29.12.2016-cı il tarixli, **********94- 12301 reyestr nömrəli “torpaq sahəsinin plan və ölçüsündəki döngə nöqtələrinin koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə naturada təyin olunmuşdur. Sözügedən əmlak kompleksinə aid torpaq sahəsinin 10.3 m2 hissəsi (6.6 m2 tikintialtı, 3.7 m2 isə boş torpaq sahəsi) X3 mülkiyyətində olan (10.12.2018-ci il tarixli, **********88 reyestr nömrəli) 0.03 ha torpaq sahəsinin üzərində yerləşir və sənəd üzrə torpaq sahəsinin 0.0051 ha hissəsi isə Cavabdeh1 və Cavabdeh2 (11.04.2014-cü il tarixli, **********86 və **********23 reyestr nömrəli) tərəfindən istifadə olunur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.033 ha torpaq sahəsi 11.04.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 542 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 11.04.2014-cü il tarixdə tərtib edilmiş AA 013997 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, 16.03.2014-cü il tarixli 4Ə/1232 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən **********86 reyestr nömrəli 0.033 ha torpaq sahəsinə dair Cavabdeh1 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 mart 2021-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, İddiaçı adına 29.12.2016-cı il tarixdə **********94-12301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0,16 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində 0,0051 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki olaraq istifadə olunur. Yerinə yetirilmiş işin ümumi smeta dəyəri 95 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1585 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı adına 29.12.2016-cı il tarixdə **********94-12301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0,16 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində 0,0051 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki olaraq istifadə olunduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və 775 kv.m əmlak kompleksi kimi müəssisə İddiaçı mülkiyyətindədir. Hazırda iddiaçı ona məxsus olan qeyd olunan torpaq sahəsinin 0,0051 ha hissəsinin cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 oğlu tərəfindən zəbt olunduğunu iddia edərək, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmaları xahiş edir. Mülki iş üzrə təyin edilmiş inşaat-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi və Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, İddiaçı adına 29.12.2016-cı il tarixdə **********94-12301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mülkiyyətində olan 0,16 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində 0,0051 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki olaraq istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsində, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Beləliklə, məhkəmə iddia tələbinin “iddiaçıya məxsus torpaq sahəsindən cavabdehlərin çıxarılması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə mütəxəssis rəyi və ekspert rəyi ilə təsdiqini tapdığından iddia bu hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin “Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən iddiaçıya məxsus müəssisənin mərclənməsinə mane olan cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 hərəkətlərinə qadağa qoyulması” hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı iddia tələbinin bu hissəsi ilə əlaqədar, yəni cavabdehlərin ona məxsus torpaq sahəsini hasara almasına maneçilik törətmələri ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İddia tələbi təsdiq edən hər hansı mötəbər sübut da iş materiallarında mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, 29.12.2019-cu il tarixli, **********94-12301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsinin 0,0051 ha hissəsindən cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 oğlu çıxarılmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddia tələbi qismən təmin edilmədiyinə görə, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, ekspertizanın keçirilməsi məhkəmənin təşəbbüsü ilə aparıldığından aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə ekspertizası xərcinin 25 manat hissəsi iddiaçıdan, 25 manat hissəsi isə cavabdehlərdən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Eləcə də mütəxəsiss rəyinin alınması üçün 95 manat məhkəmə xərci tərəflərdən bərabər qaydada tutularaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, 29.12.2019-cu il tarixli, **********94-12301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsinin 0,0051 ha hissəsindən cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 oğlu çıxarılsınlar. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin 5 manat hissəsi cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddiaçı 25 manat və Cavabdeh1 oğlu və Cavabdeh2 müştərək qaydada 25 manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına və mütəxəsiss rəyinin alınması üçün 95 manat məbləğində pul vəsaitinin 47,50 manatı İddiaçı və 47,50 manatı cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-477/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-477/2021
05.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver