Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1106/2025 24.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayonu, Ceyrançöl qış otlaqları sahəsində yerləşən qeydiyyat nömrəsi ********** saylı çıxarışda və Torpaq sahəsinin Plan və Ölçüsündə göstərilən 2034-cü il tarixədək icarəsində olan 599,945 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üstündə yerləşən tövlə və olacaqdan cavabdehin heyvanları və əşyaları ilə birlikdə çıxarılmaları və orada quraşdırılmış su çənin aparılmasının qadağan edilməsinə və icarəsində olan torpaq sahəsinə cavabdehin qanunsuz müdaxilələrinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırılmışdır ki, Ağstafa Rayon İcra Hakimiyyətinin sərəncamı və torpaq icarə müqaviləsinə əsasən babası X1 verilmiş 599,945 ha torpaq sahəsi subicarə müqaviləsinə əsasən xx.xx.2034-cü il tarixədək ona icarəyə verilmişdir. İcarəyə verilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində icarəyə verilən torpaq sahəsi kimi adına qeydə alınmış və bu barədə xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Müvafiq sənədlər əsasında həmin torpaq sahəsinin plan və ölçüsü hazırlanmışdır. Torpaq sahəsi ona verilən gündən təyinatına görə istifadə edilir və müqavilədə nəzərdə tutulan dövrlərdə icarə haqqı ödənilir. Odur ki, Ağstafa rayonu, Ceyrançöl qış otlaqları sahəsində yerləşən qeydiyyat nömrəsi ********** saylı çıxarışda və Torpaq sahəsinin Plan və Ölçüsündə göstərilən 2034-cü il tarixədək icarəsində olan 599,945 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üstündə yerləşən tövlə, olacaqdan cavabdehin heyvanları və əşyaları ilə birlikdə çıxarılmaları və orada quraşdırılmış su çənin aparılmasının qadağan edilməsinə və icarəsində olan torpaq sahəsinə cavabdehin qanunsuz müdaxilələrinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib göstərdi ki, sözügedən iki yataq 600 ha torpaq sahəsinin içindədir. Həmin yataq torpaq alınandan 2-3 il sonra satılıbdır. Həmin 600 ha torpaq sahəsi 2000-ci ildən 2030-cu ilə qədər icarə müqaviləsi ilə onlara verilibdir. İddiaçı firmadan 2 ədəd çən alıbdır. Sözügedən yataq onların yatağıdır, cavabdeh həmin yatağı mənimsəməkdədir. Cavabdeh torpaq sahəsini onlardan icarəyə götürməyibdir, onlar kömək məqsədi ilə həmin torpaq sahəsindən istifadə etməsi üçün ona müvəqqəti vermişlər. Hazırda cavabdehin özü yataq alıb, lakin yenə də onun yatağından çıxmır. Ona görə də, iddia tələbinin təmin olunmasını xahiş edir.
4. Məhkəmənin yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh bildirmişdir ki, onun torpağının yanında boş torpaq sahəsi var. O, bələdiyyəyə müraciət edərək, həmin torpaq sahəsini öz adına keçirmişdir. Torpağı alan zamanı kənar olan torpağı da almışdır. Həmin torpaq sahəsini torpaq islahatı gedən zamanı almışdır. Sözügedən torpaq sahəsi əvvəllər iddiaçının olmayıb, mübahisəli torpaq sahəsi ümumi istifadədədir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının izahatını nəzərdən keçirib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: b) Mülki işin materialları:
7. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastr va Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı adına Ağstafa rayon İcra Hakimiyyəti tərəfindən Ağstafa şəhəri Ceyrançöl qış otlaqları torpaq sahəsindən 599.945 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi qeydə alınmışdır.
8. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş **********58-06301 reyestr nömrəli texniki pasporta əsasən Ağstafa şəhəri, Ceyrançöl qışlağında yerləşən torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır.
9. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş Ağstafa rayonu, Ceyrançöl qış otlaqları ərazisində yerləşən 599.945 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunub-olunmamasını təyin etmək mümkün olmamışdır. Ağstafa rayonu, Ceyrançöl qış otlaqları ərazisində yerləşən İddiaçı xx.xx.2024cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş 599.945 ha torpaq sahəsinin daxilində olan olacaq və tövlə Cavabdeh tərəfindən istifadə edilir. Elektron baza məlumatlarına əsasən iddiaçının tələb etdiyi tövlə və olacaq İddiaçı xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla icarəsində olan torpaq sahəsində yerləşir və iddiaçıya məxsusdur.
10. İş materiallarında olan arayışın surətindən görünür ki, X2 tərəfindən xx.xx.2002-ci il tarixdə Ağstafa rayonu “Ümid” firmasından 2 ədəd dəmir çən alınmışdır.
c)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastr va Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** nömrəli çıxarışa əsasən İddiaçı adına Ağstafa rayon İcra Hakimiyyəti tərəfindən Ağstafa şəhəri Ceyran qış otlaqları torpaq sahəsindən 599.945 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəsində tövlə tikmiş və orada öz təsərrüfatı üçün su çəni yerləşdirmişdir. İddiaçı həmin torpaq sahəsindən, orada olan tövlə və su çənindən cavabdehin qanunsuz olaraq istifadə etməsini, heyvanlarını orada yerləşdirilməsini bildirərək cavabdehin həmin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün məhkəməyə müraciət etmişdir. İş üzrə cavabdeh isə iddiaçının torpağının yanında boş torpaq sahəsinin olmasını, bələdiyyəyə müraciət edərək, həmin torpaq sahəsini öz adına keçirməsini, həmin torpaq sahəsini torpaq islahatı gedən zamanı almasını, mübahisəli torpaq sahəsi ümumi istifadədədə olmasını bildirmişdir. Mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri həvalə edilmişdir. İş üzrə verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş Ağstafa rayonu, Ceyrançöl qış otlaqları ərazisində yerləşən 599.945 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunub-olunmamasını təyin etmək mümkün olmamışdır. Ağstafa rayonu, Ceyrançöl qış otlaqları ərazisində yerləşən İddiaçı xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş 599.945 ha torpaq sahəsinin daxilində olan olacaq və tövlə Cavabdeh tərəfindən istifadə edilir. Elektron baza məlumatlarına əsasən iddiaçının tələb etdiyi tövlə və olacaq İddiaçı xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla icarəsində olan torpaq sahəsində yerləşir və iddiaçıya məxsusdur.
d)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün hesab olunur.
14. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
15. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
16. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
17. Həmin Məcəllənin 711.1-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqda onun qorunması üçün zəruri tədbirlərin görülməsinə yol verməlidir.
18. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110-cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. qadağandır.
19. Torpaq Məcəlləsinin 3-cü maddəsinin 4-cü bəndində qeyd olunur ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
20. Həmin Məcəllənin 111 və 112-ci maddələrində isə Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi tənzimlənir. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.
21. Yuxarıda qeyd olunan mülki və torpaq qanunvericiliklərinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, bütün mülkiyyət növləri, o cümlədən Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq sahələri kateqoriyalarından asılı olmayaraq dövlət tərəfindən müdafiə olunur.
22. Göründüyü kimi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastr va Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** nömrəli çıxarışa əsasən İddiaçı adına Ağstafa rayon İcra Hakimiyyəti tərəfindən Ağstafa şəhəri Ceyran qış otlaqları torpaq sahəsindən 599.945 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilmiş, iddiaçı həmin torpaq sahəsində tövlə tikmiş və orada öz təsərrüfatı üçün su çəni yerləşdirmişdir. Cavabdeh isə qeyd edilən torpaq sahəsindən, orada olan tövlədən və su çənindən qanunsuz istifadə edir. İddiaçı isə icarəyə götürdüyü torpaq sahəsinin qorunması üçün zəruri tədbirlərin görülməsindən ötrü hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqları bərpa olunmalıdır.
23. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Ağstafa rayonu, Ceyrançöl qış otlaqları ərazisində yerləşən İddiaçı xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş 599,945 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üstündə yerləşən tövlə və olacaqdan Cavabdeh heyvanları və əşyaları ilə birlikdə çıxarılmalı, həmin torpaq sahəsindən cavabdehin qanunsuz müdaxilələrinə son qoyularaq qeyd edilən torpaq sahəsində yerləşən su çəni İddiaçı istifadəsində saxlanılmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Nəticə hissə:
27. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Ağstafa rayonu, Ceyrançöl qış otlaqları ərazisində yerləşən İddiaçı xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş 599,945 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üstündə yerləşən tövlə, olacaqdan Cavabdeh heyvanları və əşyaları ilə birlikdə çıxarılsın. Ağstafa rayonu, Ceyrançöl qış otlaqları ərazisində yerləşən İddiaçı xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş 599,945 ha torpaq sahəsindən Cavabdeh qanunsuz müdaxilələrinə son qoyularaq həmin torpaq sahəsində yerləşən su çəni İddiaçı istifadəsində saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova