Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-217/2025 05.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Şamxal Yəhya oğlunun katibliyi, İddiaçı hüquq varisi X5 və Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması və müdaxilənin qadağan edilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması və müdaxilənin qadağan edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə daxil olmuş ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində ölmüşdür. X9 mərhum İddiaçı oğludur və sonuncu hüquq varisi kimi əvəz olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Məhkəmə X6 mərhum İddiaçı hüquq varisi kimi əvəz etmişdir. Məhkəmə iclasında İddiaçı hüquq varisi X9 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarına əsasən ona və onun ailə üzvlərinə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndi ərazisindən 2,96 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair onların adlarına JN 0043 kod 60808018 nömrəli dövlət aktı verilmişdir. Sonradan həmin torpaq sahəsinə dair adlarına reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan (1,457 ha torpaq sahəsinə dair) və reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan (1,503 ha torpaq sahəsinə dair) Çıxarışlar verilmişdir. Cavabdeh ona və onun ailə üzvlərinə məxsus torpaq sahəsini özbaşına tutaraq istifadə edir. Bu səbəbdən torpaq sahəsindən sərbəst istifadə edə bilmirlər. Cavabdeh torpaq sahəsindən onların sərbəst istifadə etməsinə müdaxilə olunur və maneçilik törədir. Torpaq sahəsindən çıxarılması, maneələrin aradan qaldırılması və müdaxilənin qarşısının alınması cavabdehdən tələb olunsa da bu mümkün olmamışdır. Ona görə də iddianın təmin edilərək cavabdehin onlara məxsus 2,96 ha (1,457 ha + 1,503 ha) torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və müdaxilənin cavabdehə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X8 iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının iddia etdiyi torpaq onların özlərinə məxsusdur. Cavabdeh həmin torpaq sahəsindən istifadə edir. Cavabdeh istifadə etdiyi torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 0043 kod 60808018 nömrəli dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndi ərazisindən 2,96 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair onların adlarına JN 0043 kod 60808018 nömrəli dövlət aktı verilmişdir. İş materiallarında olan daşınmaz əmlakın reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci tarixli Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,457 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətindədir. İş materiallarında olan daşınmaz əmlakın reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,503 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-45/2-4859/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi **********) Çıxarışa əsasən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən 1,457 ha torpaq sahəsinin mövcud baza məlumatlarının əks olunduğu X1 X2 (TEKUİS) qeyd olunan koordinatlara uyğun olaraq sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi **********) Çıxarışa əsasən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən 1,503 ha torpaq sahəsinin mövcud baza məlumatlarının əks olunduğu X1 X2 (TEKUİS) qeyd olunan koordinatlara uyğun olaraq sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi **********) Çıxarışa əsasən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən 1,457 ha və 1,503 ha torpaq sahələri başqa şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1,457 ha və 1,503 ha torpaq sahələri Cavabdeh tərəfindən əkin sahəsi kimi istifadə olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Torpağa mülkiyyət hüququna dair JN 0043 kod 60808018 nömrəli dövlət aktına əsasən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndi ərazisindən 2,96 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair onların adlarına JN 0043 kod 60808018 nömrəli dövlət aktı verilmişdir. Daşınmaz əmlakın reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci tarixli və daşınmaz əmlakın reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli Çıxarışlara əsasən Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,457 ha və 1,503 ha torpaq sahələri İddiaçı və ailə üzvlərinin mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi **********) Çıxarışa əsasən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən 1,457 ha torpaq sahəsinin mövcud baza məlumatlarının əks olunduğu X1 X2 (TEKUİS) qeyd olunan koordinatlara uyğun olaraq sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi **********) Çıxarışa əsasən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən 1,503 ha torpaq sahəsinin mövcud baza məlumatlarının əks olunduğu X1 X2 (TEKUİS) qeyd olunan koordinatlara uyğun olaraq sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi **********) Çıxarışa əsasən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən 1,457 ha və 1,503 ha torpaq sahələri başqa şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1,457 ha və 1,503 ha torpaq sahələri Cavabdeh tərəfindən əkin sahəsi kimi istifadə olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh qanunsuz və əsassız olaraq istifadə etdiyi, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi **********) Çıxarışlara əsasən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən 1,457 ha və 1,503 ha torpaq sahələrindən çıxarılmalı, cavabdeh tərəfindən torpaq sahəsindən istifadəyə yönəlmiş maneələr aradan qaldırılmalı və torpaqdan istifadəyə yönəlmiş müdaxilə cavabdehə qadağan edilməlıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(017)-217/2025 nömrəli qərardadı üzrə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. Mütəxəssis rəyinin verilməsi üçün tərtib edilmiş smeta və hesab vərəqi üzrə göstərilmiş 100 manat məbləğində pul X9 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin bank hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza (mütəxəssis) xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manat cavabdehdən alınaraq hüquq varisi X7 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması və müdaxilənin qadağan edilməsi" tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********27, qeydiyyat nömrəsi **********) Çıxarışlara əsasən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən 1,457 ha və 1,503 ha torpaq sahələrindən çıxarılsın. Cavabdeh tərəfindən torpaq sahəsindən istifadəyə yönəlmiş maneələr aradan qaldırılsın və torpaqdan istifadəyə yönəlmiş müdaxilələr cavabdehə Cavabdeh qadağan edilsin. Aparılmış tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza (mütəxəssis) xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manat Cavabdeh alınaraq İddiaçı hüquq varisi X7 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-217/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-217/2025
05.03.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver